Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-905/2023 22.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respubliaksı Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı 819,90 manat əsassız olan borcun silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız hesab edilmiş borc 819,19 manatın hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh tərəfindən ona Kürdəmir rayon məhkəməsində 819,90 manat debitor borcun və ödənilmiş 30,40 manat borcun tutulması tələbi ilə iddia qaldırmışdır. Kürdəmir rayon məhkəməsi tərəfindən mülki işə baxılaraq Cavabdeh tələbinin təmin edilməməsi barədə xx.xx.2022-ci il tarixli, 2(041)-1600/2022 saylı qətnamə çıxarılmışdır. Məhkəmə gedişatı zamanı o, qaz pulu dəyəri ilə bağlı məhkəməyə çoxlu sayda ödəniş qəbzləri təqdim etmişdir. Məhkəmə onun təqdim etdiyi ödəniş qəbzlərini araşdırmış və bütün ödənişlərin həyata keçirildiyi məlum olmuşdur. Lakin cavabdeh onun hesabına əsassız olaraq debitor borc yazmışdır. Borc əsasən 2010-2018-ci illərdə yazılmışdır. Məhkəmə gedişatı zamanı eyni zamanda hətta borcu olsa da, belə borcun tələb edilməsi üçün hazırki işdə cavabdeh tərəfindən iddia müddətinin buraxıldığı barədə ərizə təqdim edilmişdir. O, həmin qətnaməni dəfələrlə Qaz İdarəsinə, Cavabdeh İB-nə və Ağsuya təqdim etməsinə baxmayaraq 819,90 manat borc onun hesabından silinməmişdir. Ona görə də əsassız hesab edilmiş borc 819,90 manatın onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, Cavabdeh hazırki iş üzrə iddiaçı olan İddiaçı qarşı debitor borcun ödənilməsi tələbinə dair iddia tələbi Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-cİ il tarixli, 2(041)-1600/2022 nömrəli qətnaməsinə əsasən iddia müddəti tətbiq edilməklə təmin edilməmişdir. Əslində isə məhkəmə həmin iş üzrə düzgün nəticəyə gəlməyərək iddia müddətini tətbiq etmişdir. İddiaçıya hesablanmış 819,90 manat borc debitor borc olmaqla onun özü tərəfindən ödənilməlidir. Ona görə də əsassız hesab edilmiş borc 819,90 manatın İddiaçı hesabından silinməsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavıə edilmiş İddiaçı adına qeydə alınmış **********00 nömrəli Abonentin saldosundan görünür ki, 10.2010-cu ildən 02.2023-cü il tarixə kimi olan dövr ərzində İddiaçı təbii qazdan istifadəyə görə 820,04 manat borcunun olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1600/2022 nömrəli qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “debitor borcun ödənilməsi tələbinə” dair iddiası təmin edilməməsi qət edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən ona Kürdəmir rayon məhkəməsində 819,90 manat debitor borcun və ödənilmiş 30,40 manat borcun tutulması tələbi ilə iddia qaldırmışdır. Kürdəmir rayon məhkəməsi tərəfindən mülki işə baxılaraq Cavabdeh tələbinin təmin edilməməsi barədə xx.xx.2022-ci il tarixli, 2(041)-1600/2022 saylı qətnamə çıxarılmışdır. Məhkəmə gedişatı zamanı o, qaz pulu dəyəri ilə bağlı məhkəməyə çoxlu sayda ödəniş qəbzləri təqdim etmişdir. Məhkəmə onun təqdim etdiyi ödəniş qəbzlərini araşdırmış və bütün ödənişlərin həyata keçirildiyi məlum olmuşdur. Lakin cavabdeh onun hesabına əsassız olaraq debitor borc yazmışdır. Borc əsasən 2010-2018-ci illərdə yazılmışdır. Məhkəmə gedişatı zamanı eyni zamanda hətta borcu olsa da, belə borcun tələb edilməsi üçün hazırki işdə cavabdeh tərəfindən iddia müddətinin buraxıldığı barədə ərizə təqdim edilmişdir. O, həmin qətnaməni dəfələrlə Qaz İdarəsinə, Cavabdeh İB-nə və Ağsuya təqdim etməsinə baxmayaraq 819,90 manat borc onun hesabından silinməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1600/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İB-nin cavabdeh (hazırki iş üzrə iddiaçı) İddiaçı qarşı debitor borcunun ödənilməsi tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı tələb edilən 2018-ci ilin sentyabr ayına olan debitor borcuna iddia müddəti tətbiq edilməsinə baxmayaraq həmin borc iddiaçının hesabından silinməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh nümayəndələri tərəfindən İddiaçı hesablanmış 819,90 manat məbləğində borc onun hesabından silinməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğac göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan isitifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. ”Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini kifayət qədər mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, 30 manat dövlət rüsumu Cavabdeh İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, əsassız hesab edilmiş 819,90 manat borc X2 hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən X3 hesablanmış və əsassız hesab edilmiş 819,90 manat borc onun hesabından silinsin. Cavabdeh“ Azəriqaz” İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-905/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-905/2023
22.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver