Məhkəmə qərarları › İş №2(041)-91/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-91/2023

02.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-91/2023 02.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı üçüncü şəxs X32 cəlb edilməklə Cavabdeh qarşı Cavabdeh və onun fəhlə köməkçisi 3-cü şəxs X27 tərəfindən sökülmüş miras əmlakın əvvəlki vəziyyətinə qaytarılması və dəymiş maddi ziyanın 5000 manat məbləğin ödənilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qeydiyyatda olduğu fərdi yaşayış evini həmin evdə qeydiyyatsız yaşayan Cavabdeh və onun fəhlə köməkçisi Qarasaqqal kənd sakini X32 tərəfindən sökərək darmadağın edib yararsız hala salınmış yaşayış otağını və eyvanını əvvəlki vəziyyətinə qaytarılmasına və dəymiş maddi ziyanın 5000 AZN Cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Kürdəmir rayonunun Qarasaqqal kəndində yaşayır. X1 vərəsələrindən biri kimi həmin ünvanda qeydiyyatdadır. Ondan başqa vərəsələrdən heç biri həmin ünvanda qeydiyyatda yoxdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 15.00 radələrində o, qeydiyyatda olduğu ünvana gələrkən ondan yaşca kiçik olan xx.xx.1974-cü il təvəllüdlü Bakı şəhərində qeydiyyatda olan və Qarasaqqal kəndində həmin ünvanda qeydiyyatsız yaşayan Cavabdeh və onun fəhləsi Qarasaqqal kənd sakini X32 ilə əlbir olub 1961-ci ildə atası mərhum X13 və onun həyat yoldaşı mərhum X8 məxsus 4,55 ha, o cümlədən xüsusi mülkiyyətində (həyətyanı torpaq sahəsi) 0,50 ha və həmin torpaq sahəsinin üstündə yerləşən ümumi s ahəsi 148 kv.m. o cümlədən 88 kv.metrdən ibarət olan fərdi yaşayış evini heç bir vərəsələri xəbərdar etmədən ikinci mərtəbədə yerləşən yaşayış oğağının taxta döşəməsini və taxta tavanı, qapı və pəncərəsini, eyvanın da taxta döşəməsini və taxta tavanını söküb darmadağın edərək yararsız hala salmışlar. Fərdi yaşayış evinə cavabdehlər tərəfindən təxminən 5000 manat məbləğində maddi ziyan vurulmuşdur. O, hadisə barəsində DİN-nin 102 qaynar xəttinə zəng edib cavabdeh və onun köməkçi fəhləsinin qanunsuz hərəkətləri və özbaşnalıqları barəsində məlumat vermişdir. Bundan bir gün sonra cavabdeh və onun köməkçi fəhləsi qanunsuz hərəkətləri, yəni söküntü işləri aparmağa cəhd edərkən telefonla Kürdəmir rayon polis şöbəsinə məlumat vermiş və bundan sonra onlar söküntü işlərini müvəqqəti dayandırmışlar. Cavabdehi qanunsuz hərəkətlərdən əl çəkməsini tələb etsə də cavabdeh onun tələbinə heç bir əhəmiyyət vermir. Ona görə də qeydiyyatda olduğu fərdi yaşayış evini həmin evdə qeydiyyatsız yaşayan Cavabdeh və onun fəhlə köməkçisi Qarasaqqal kənd sakini X32 tərəfindən sökülərək darmadağın edib yararsız hala salınmış yaşayış otağını və eyvanını əvvəlki vəziyyətinə qaytarılmasına və dəymiş 5000 manat maddi ziyanın Cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, mərhum atası ilə mərhum anasının birgə nikahlarından 5 qardaş, 3 bacı olmuşlar. 4 qardaşı və 3 bacısı hazırda özlərinə məxsus olan evdə ailə üzvləri ilə birlikdə yaşayırlar. O, özü isə Bakı şəhərində qeydiyyatda olmasına baxmayaraq mərhum valideynlərinin vəsiyyətinə əsasən uzun illərdir ki, ailə üzvləri ilə birlikdə valideynlərindən qalan və Kürdəmir rayonunun Qarasaqqal kəndində yerləşən 2 mərtəbəli 4 otaqdan ibarət evdə yaşayır. 1961-ci ildə tikilmiş həmin evin təməli köhnə olduğuna görə məcburiyyət qarşısında qalıb həmin evə bitişik kubikdən tikilmə evin birinci mərtəbəsinə köhnə evin materialını söküb pol və patalokuna istifadə etmiş və digər bacı-qardaşlarının halallığı və razılığı əsasında hazırda ailə üzvləri ilə birlikdə orada yaşayır. İddiaçı olan qardaşı Mədəd isə ailəsi ilə birlikdə özünə məxsus olan evdə yaşayır. O, yaşadığı mərhum valideynlərindən qalma evə görə İddiaçı heç bir ziyan vurmamışdır. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Kürdəmir rayonunun Qarasaqqal kəndində yerləşən hazırda Cavabdeh ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evinə Kürdəmir RİHB-nin Qarasaqqal kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini X9, İddiaçı, Cavabdeh və Qarasaqqal kənd sakinləri X3, X14 və X15 iştirakı ilə baxış keçirilərəkən mübahisəli fərdi yaşayış evinin 2 mərtəbəli olmaqla, birinci mərtəbədə 3 otaq, balkon, ikinci mərtəbədə isə 4 otaq, 1 zal olduğu, ikinci mərtəbənin giriş hissəsi sağ və sol hissələri, pəncərə, polun, üst patalokun taxtalarının sökülməsi, digər otaqların yaşayışa yararlı vəziyyətdə olmamsı, mübahisəli evlə üzbə-üz dayananda sonradan inşa edilmiş köhnə evə birləşmiş tikili olması müəyyn edilmişdi. Mübahisəli fərdi yaşayış evinə baxış keçirilərkən şahid qismində didirilmiş Kürdəmir RİHBnin Qarasaqqal kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini X24 göstərdi ki, hazırda Cavabdeh ailə üzvləri ilə birlikdə yaşadığı mübahisəli ev 1961-ci ildə onun mərhum valideynləri tərəfindən tikilmişdir. Nicat Bakı şəhərində qeydiyyatda olmasına baxmayaraq valideynləri vəfat etdikdən sonra həmin evdə o, ailə üzvləri ilə birlikdə yaşayır. 1961-ci ildə tikilmiş həmin evin təməli köhnə olmaqla qəzalı vəziyyətdə olduğuna görə Cavabdeh məcburiyyət qarşısında qalıb həmin evə bitişik kubikdən tikilmə evin birinci mərtəbəsinə köhnə evin otağının birinin taxtalarını söküb pol və patalokuna istifadə edib yaşayış üçün yararlı vəziyyətə gətirmişdir. İddiaçı isə öz ailə üzvləri ilə birlikdə, mübahisəli evin arxa tərəfində özünə məxsus həyətyanı torpaq sahəsində tikdirdiyi 2 mərtəbəli fərdi yaşayış evində yaşayır. Mübahisəli fərdi yaşayış evinə baxış keçirilərkən şahid qismində didirilmiş X14 ifadəsində göstərdi ki, Cavabdeh ailə üzvləri ilə birlikdə yaşadığı mübahisəli fərdi yaşayış evi onun mərhum valideynləri tərəfindən 1961-ci ildə tikilmişdir. O, həmin evin tikintisində iştirak etmişdir. Həmin ev qəzalı vəziyyətdə olduğuna görə Cavabdeh həmin edə bəzi təmir işləri apararaq həmin evə bitişik kubikdən tikilmə evin birinci mərtəbəsinə köhnə evin otağının birinin taxtalarını söküb pol və patalokuna istifadə edib yaşayış üçün yararlı vəziyyətə salmışdır. İddiaçı isə mübahisəli fərdi yaşayış evinin arxa tərəfində ailə üzvləri ilə birlikdə özünə məxsus 2 mərtəbəli fərdi yaşayış evində yaşayır. Mədədin mərhum anası ilə münasibəti olmamış və anası vəfat edərkən Mədəd hətda anasının tabutuna belə girməmidşdir. Mübahisəli fərdi yaşayış evinə baxış keçirilərkən şahid qismində dindirilmiş X28 ifadəsində göstərdi ki, İddiaçı və Cavabdeh onun qardaşlarıdır. Hazırda Nicatın yaşadığı mübahisəli fərdi yaşayış evi 1961-ci ildə mərhum valideynləri tərəfindən tikilmişdir. Mərhum valideynlərinin ölümündən sonra mübahisəli evdə valideynlərinin vəsiyyətinə əsasən qardaşı Nicat öz ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ev qəzalı vəziyyətdə olduğuna görə Cavabdeh həmin edə bəzi təmir işləri apararaq həmin evə bitişik kubikdən tikilmə evin birinci mərtəbəsinə köhnə evin otağının birinin taxtalarını söküb pol və patalokuna istifadə edib yaşayış üçün yararlı vəziyyətə salmışdır. Anası vəfat edərkən Mədədin onunla münasibəti olmamış və hətda anasının tabutuna belə girməmidşdir. Qardaşı Mədədin mübahisəli evin arxa tərəfində özünə məxsus 2 mərtəbəli fərdi yaşayış evi var və o, hazırda öz ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Mübahisəli fərdi yaşayış evinə baxış keçirilərkən şahid qismində didirilmiş X3 ifadəsində göstərdi ki, o, İddiaçı ilə Cavabdeh bacısının əridir. Hazırda Nicatın yaşadığı mübahisəli fərdi yaşayış evi 1961-ci ildə onun mərhum valideynləri tərəfindən tikilmişdir. Nicat valideynlərinin ölümündən sonra onların vəsiyyətinə əsasən mübahisəli evdə Nicat öz ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ev qəzalı vəziyyətdə olduğuna görə Cavabdeh həmin edə bəzi təmir işləri apararaq həmin evə bitişik kubikdən tikilmə evin birinci mərtəbəsinə köhnə evin otağının birinin taxtalarını söküb pol və patalokuna istifadə edib yaşayış üçün yararlı vəziyyətə salmışdır. Mədədin anası vəfat edərkən onunla münasibəti olmamış və hətda anasının tabutuna belə girməmidşdir. İddiaçı mübahisəli evin arxa tərəfində özünə məxsus 2 mərtəbəli fərdi yaşayış evi var və o, hazırda öz ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə üçüncü şəxs X25 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən təkrar məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 183452 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1995-ci il tarixdə Kürdəmir rayonuvnun Qarasaqqal kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 183451 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2011-ci il tarixdə Kürdəmir rayonunun Qarasaqqal kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İŞB-nin Qarasaqqal kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli, 181 nömrəli arayışın surətindən görünür ki, onun mərhum anası X2 rayonunun Qarasaqqal kəndində onunla birlikdə yaşamışvə mərhumun ailə üzvləri (vərəsələri) X19, X6, X10, X28, X29, Nümayəndə, İddiaçı və Cavabdeh ibarətdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Qarasaqqal kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Qarasaqqal kəndi ünvanının təsərrüfat kitabından 177 nömrəli çıxarışın surətindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Muradov X11 ünvanının 03 nömrəli Təsərrüfat kitabında 290 nömrə ilə təsərrüfat başçısı kimi qeyd edilmiş və ailə üzvləri, arvadlı X20,oğlunları X21, X30 və X7 ibarətdir. İş materiallarına əlavə edilmiş Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisinin notariusu Rauf Sarıyev tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 1047 nömrəli məktubdan görünür ki, X16 etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2011-ci il tarixdə vəfat etmiş anası X5 ünvan 4i ünvanında miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciəti araşdırılmış, lakin X1 adına həmin miras əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, həmçinin İddiaçı X5 vərəsələrindən biridir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli, 196 nömrəli Arxiv arayışından görünür ki, İddiaçı mərhum anası X5 adına Kürdəmir rayon İHB-nin Qarasaqqal kənd İƏD-i üzrə Nümayəndəliyinin Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan 1996-2000-ci illərə aid Qarasaqqal kəndinin 2 saylı təsərrüfatbaşına kitabın 130 nömrəli şəxsi hesabına əsasən onun başçılıq etdiyi təsərrüfatda cəmi torpaq sahəsi 4,55 ha, o cümlədən xüsusi mülkiyyətində (həyətyanı torpaq sahəsi) 0,50 ha və ümumi sahəsi 148 kv.m., o cümlədən yaşayış sahəsi 88 kv.m. olan fərdi yaşayış evi qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyavtı haqqında daşınmaz əmlakı Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 4i ərazisində 4,0474 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeyd edilmişdir. Həmin çıxarışın Hüquq sahibləri bölməsində İddiaçı, Cavabdeh və X5 adları ümumi birgə mülkiyyətçi kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İŞB-nin Qarasaqqal kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Cavabdeh verilmiş xx.xx.2022-ci il tarixli, 2022 nömrəli arayısın kserosurətindən görünür ki, Cavabdeh ünvan 4ində qeydiyyatda deyil, yaşayır. Məhkəmə iddiaçının və cavabdehin izahatını və şahidlərin ifadəsini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Muradov X23 rayonunun Qarasaqqal kəndində yaşayır. X1 vərəsələrindən biri kimi həmin ünvanda qeydiyyatdadır. Ondan başqa vərəsələrdən heç biri həmin ünvanda qeydiyyatda yoxdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 15.00 radələrində o, qeydiyyatda olduğu ünvana gələrkən ondan yaşca kiçik olan xx.xx.1974-cü il təvəllüdlü Bakı şəhərində qeydiyyatda olan və Qarasaqqal kəndində həmin ünvanda qeydiyyatsız yaşayan Cavabdeh və onun fəhləsi Qarasaqqal kənd sakini X32 ilə əlbir olub 1961-ci ildə atası mərhum X13 və onun həyat yoldaşı mərhum X8 məxsus 4,55 ha, o cümlədən xüsusi mülkiyyətində (həyətyanı torpaq sahəsi) 0,50 ha və həmin torpaq sahəsinin üstündə yerləşən ümumi s ahəsi 148 kv.m. o cümlədən 88 kv.metrdən ibarət olan fərdi yaşayış evini heç bir vərəsələri xəbərdar etmədən ikinci mərtəbədə yerləşən yaşayış oğağının taxta döşəməsini və taxta tavanı, qapı və pəncərəsini, eyvanın da taxta döşəməsini və taxta tavanını söküb darmadağın edərək yararsız hala salmışlar. Fərdi yaşayış evinə cavabdehlər tərəfindən təxminən 5000 manat məbləğində maddi ziyan vurulmuşdur. O, hadisə barəsində DİN-nin 102 qaynar xəttinə zəng edib cavabdeh və onun köməkçi fəhləsinin qanunsuz hərəkətləri və özbaşnalıqları barəsində məlumat vermişdir. Bundan bir gün sonra cavabdeh və onun köməkçi fəhləsi qanunsuz hərəkətləri, yəni söküntü işləri aparmağa cəhd edərkən telefonla Kürdəmir rayon polis şöbəsinə məlumat vermiş və bundan sonra onlar söküntü işlərini müvəqqəti dayandırmışlar. Cavabdehi qanunsuz hərəkətlərdən əl çəkməsini tələb etsə də cavabdeh onun tələbinə heç bir əhəmiyyət vermir. İş üzrə Cavabdeh məhkəmədə izahat verərkən Bakı şəhərində qeydiyyatda olmasına baxmayaraq mərhum anası vəfat etdikdən sonra valideynlərinin vəsiyyətinə əsasən vaiideynlərindən qalan, Kürdəmir rayonunun Qarasaqqal kəndində yerləşən və mərhum atası X13 tərəfindən tikilmiş mübahisəli fərdi yaşayış evində öz ailə üzvləri ilə birlikdə yaşayır. Digər bacı-qardaşları, o cümlədən İddiaçıda öz ailə üzvləri ilə birlikdə ayrı-ayrı ünvanlarda özlərinə məxsus fərdi yaşayış evlərində yaşayırlar. Onun ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evi köhnə olmaqla təmirə ehtiyacı olduğuna görə evin istifadə olunmayan otağının taxta döşəməsini və patalokun taxtasını söküb təmir işləri aparmış və yaşayış üçün yararlı vəziyyətə salmışdır. Qardaşı İddiaçı baqşqa digər bacı-qardaşları onun valideynlərindən qalma evdə yaşamasına öz xeyir dualarını vermişlər. İş üzrə dindirilmiş şahidlərin ifadəsindən görünür ki, İddiaçı Kürdəmir rayonunun Qarasaqqal kəndi ərazisində mərhum valideynlərindən miras qalan mübahisəli evin arxasında özünə məxsus 2 mərtəbəli fərdi yaşayış evi olmaqla, o, hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı mərhum valideynlərindən qalan evdə qeydiyyatsız yaşayan Cavabdeh ailə üzvləri ilə birlikdə yaşadığı mərhum valideynlərindən miras qalan fərdi yaşayış evinin ona məxsus olduğunu bildirsə də o, həmin evin onun mülkiyyətində olması, həmçinin həmin evdə Cavabdeh apardığı söküntü işləri ilə əlaqədar ona 5000 manat ziyan vurmasını göstərsə də o, həmin mübahisəli fərdi yaşayış evinin onun mülkiyyətində olmaı və vurulmuş ziyanla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Halbu ki, bu onun birbaşa vəzifəsidir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən və Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisinin notariusu Rauf Sarıyev tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 1047 nömrəli məktubun kserosurətindən görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2011-ci il tarixdə vəfat etmiş anası X5 ünvan 4i ünvanında miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciəti araşdırılarkən X1 adına həmin miras əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, həmçinin İddiaçı X5 vərəsələrindən biridir. İş materiallarından göründüyü kimi hazırda Cavabdeh yaşadığı mübahisəli fərdi yaşayış evi onun digər bacı-qardaşları, o cümlədən İddiaçı valideynlərindən miras qalmış ev olmaqla onların heç birinin xüsusi mülkiyyətində deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİ bəndində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı üçüncü şəxs X22 cəlb edilməklə Cavabdeh qarşı Cavabdeh və onun fəhlə köməkçisi 3-cü şəxs X27 tərəfindən sökülmüş miras əmlakın əvvəlki vəziyyətinə qaytarılması və dəymiş maddi ziyan 5000 manat məbləğin Cavabdeh tərəfindən ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı üçüncü şəxs X22 cəlb edilməklə Cavabdeh qarşı Cavabdeh və onun fəhlə köməkçisi 3-cü şəxs X27 tərəfindən sökülmüş miras əmlakın əvvəlki vəziyyətinə qaytarılması və dəymiş maddi ziyan 5000 manat məbləğin Cavabdeh tərəfindən ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar