Məhkəmə qərarları › İş №2(041)-93/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-93/2023

12.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-93/2023 12.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respubliaksı Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı 1710,42 manat borcun tutulması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixdə ******* nömrəli aktın etibarsız hesab edilməklə həmin akt əsasında hesablanmış 216 manat borc olmaqla, ümumilikdə Abonent saldosu üzrə hesablanmış 1786,10 manat məbləbində borcun onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz” İsehsalat Birliyi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin İddiaçı cavabdeh “Azəriqaz” İsehsalat Birliyinə qarşı Birliyin əməkdaşları tərəfindən barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 216 manat borc olmaqla, ümumilikdə abonent saldosu üzrə hesablanmış 1786,10 manat məbləğində borcun onun hesabından silinməsi tələbinin rədd edilməsi, cavabdeh “Azəriqaz” İsehsalat Birliyinin İddiaçı qarşı 1710,42 manat borcun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, İddiaçı 1710,42 manat əsas borcun, 37 manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidməti haqqının, ümumilikdə 1747,82 manat borcun tutularaq “Azəriqaz” İsehsalat Birliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etməyərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Atakişili kəndində yaşayır. Yaşadığı evin qaz abunə kodu öz adınadır. Bu yaxınlarda istifadə etdiyi təbii qazın dəyərini ödəyərkən onun hesabına 1786,10 manat məbləğində əlavə borc hesablandığını görmüşdür. Həmin borcun nədən yaranmasını öyrənmək üçün Kürdəmir Qaz İdarəsinə müraciət etmişdir. Qaz idarəsində əvvəl istifadə etdiyi qaz sayğacına labaratoriyada baxılarkən müdaxilə halı müəyyən edildiyinə görə barəsində xx.xx.2021-ci il tarixdə ******* nömrəli akt tərtib edildiyini və həmin akta əsasən də ona borc hesablandığını bildirib, barəsində tərtib edilən xx.xx.2021ci il tarixdə ******* nömrəli aktı və dəymiş ziyanın bərpasına dair tələbnaməni ona vermişlər. İstifadə etdiyi qaz sayğacı küçədə quraşdırılmaqla, qoruyucu şkafı olmayıb. Ümumiyyətlə onlar qaz sayğacına müdaxilə etməmiş və açılan qaz sayğacına labaratoriyada baxılacağı barədə ona heç bir məlumat verilməmiş və qaz sayğacına labaratoriyada onun iştirakı və məlumatı olmadan baxılmışdır. Hesab edir ki, xx.xx.2021-ci il tarixdə ******* nömrəli akt qanunsuz tərtib edildiyindən etibarsız hesab edilməli və həmin akt əsasında itirilmiş təbii qazın miqdarı 2160 kub metr, dəyəri isə 216 manat hesalandığı halda, abonent saldosunda onun təbii qazdan istifadəyə görə ümumi borcunun 1786,10 manat olduğu qeyd edilmişdir. Həmin məbləğində borcun hansı mənbəədən yarandığı ona məlum deyil. Ona görə də ilk iddia tələbinin təmin edilməklə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixdə ******* nömrəli aktın etibarsız hesab edilməklə həmin akt əsasında hesablanmış 216 manat borc olmaqla, ümumilikdə Abonent saldosu üzrə hesablanmış 1786,10 manat məbləbində borcun onun hesabından silinməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X5 ilk iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini isə müdafiə edərək göstərdi ki, ilk iddia üzrə İddiaçı istehlakçı kimi qeydiyyatda olmaqla abonent bazasında qeydiyyatdadır və hazırda **********00570 saylı qaz hesabında ödənilməmiş 1710,42 manqat borc vardır. Həmin borc onun istifadə etdiyi sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən mənzilində təbii qazdan istifadə etmiş və dəyərini tam şəkildə ödəniş etməməsinin nəticəsində yaranmışdır. İddiaçı Saltanəli oğlu 2010-cu il ərzində 54 manat dəyərində qazdan istifadə etmiş 50 manat, 2011-ci il ərzində 135 manat dəyərində təbii qazdan istifadə etmiş, 130 manat, 2012-ci il ərzində 85 manat dəyərində təbii qazdan istifadə etmiş 48 manat, 2013-cü il ərzində 424,90 manat dəyərində təbii qazdan istifadə etmiş 294 manat, 2014-cü il ərzində 180,30 manat dəyərində təbii qazdan istifadə etmiş 135 manat, 2015-ci il ərzində 129,50 manat dəyərində təbii qazdan istifadə etmiş 130 manat, 2016-cı il ərzində 307,70 manat dəyərində təbii qazdan istifadə etmiş 230 manat, 2017-ci il ərzində 194,20 manat dəyərində təbii qazdan istifadə etmiş 25 manat, 2018-ci il ərzində 186,20 manat dəyərində təbii qazdan istifadə etmiş, ödəniş etməmiş, 2019-cu il ərzində 514,70 manat dəyərində təbii qazdan istifadə etmiş 140 manat, 2020-ci il ərzində 719,80 manat dəyərində təbii qazdan istifadə etmiş 279 manat, 2021-ci il ərzində 339,70 manat dəyərində təbii qazdan istifadə etmiş 380 manat, 2022-ci ilin müvafiq dövrünə 121,20 manat dəyərində təbii qazdan istifadə etməmiş, 120 manat ödəniş etmişdir. İlk iddia üzrə iddiaçının 2022-ci ilin müvafiq dövrünə 1710.42 manat debitor borcu vardır. Ona görə də ilk iddia üzrə İddiaçı cavabdeh “Azəriqaz” İsehsalat Birliyinə qarşı Birliyin əməkdaşları tərəfindən barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 216 manat borc olmaqla, ümumilikdə abonent saldosu üzrə hesablanmış 1786,10 manat məbləğində borcun onun hesabından silinməsi tələbinin rədd edilməsi, cavabdeh “Azəriqaz” İsehsalat Birliyinin İddiaçı qarşı 1710,42 manat borcun tutulması tələbinə dpair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, İddiaçı 1710,42 manat əsas borcun, 37 manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidməti haqqının, ümumilikdə 1747,82 manatborcun tutularaq “Azəriqaz” İsehsalat Birliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür İddiaçı Sotanəli oğlunun istifadə etdiyi Elster tipli, G-4T markalı qaz sayğacı dəyişdirilib, əvəzində Zenner tipli, G-4T markalı yeni qaz sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı Sotanəli oğlunun yaşadığı yaşayış evində “Azəriqaz” X4 RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən xx.xx.2021-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “sayğacın hesablama mexanizminin qapağı yan tərəfddən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var” göstərilmişdir. Qeyd edilən akt “Azəriqaz” X4 RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları tərəfindən imzalanmışdır. İstehlakçının adı aktda qeyd olunsa da, onun akta imzpa etməkdən imtina etməsi qeyd edilmişdir. İş materiallarında olan “Azəriqaz” İB-nin X7 İstismarı İdarəsinin rəisinin təsdiq etdiyi xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surəti ilə müəyyən edilir ki, İddiaçı Sotanəli oğlunun fərdi yaşayış evində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 kub metr/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və cəmi 2160 kub.metr üzrə hesablanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus xx.xx.2022-ci il tarixdə çap edilmiş **********00570 nömrəli Abonent saldosunda İddiaçı təbii qazdan istifadəyə görə 2010-cu ilin oktyabr ayından 2022-ci ilin avqust ayına olan borcunun 1786,10 manat olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus xx.xx.2022-ci il tarixdə çap edilmiş **********00570 nömrəli Abonent saldosunda İddiaçı təbii qazdan istifadəyə görə 2010-cu ilin oktyabr ayından 2022-ci ilin noyabr ayına olan borcunun 1710,42 manat olduğu göstərilmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ilk iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Sroltanəli oğlu ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Atakişili kəndində yaşayır. Yaşadığı evin qaz abunə kodu öz adınadır. Bu yaxınlarda istifadə etdiyi təbii qazın dəyərini ödəyərkən onun hesabına 1786,10 manat məbləğində əlavə borc hesablandığını görmüşdür. Həmin borcun nədən yaranmasını öyrənmək üçün Kürdəmir Qaz İdarəsinə müraciət etmişdir. Qaz idarəsində əvvəl istifadə etdiyi qaz sayğacına labaratoriyada baxılarkən müdaxilə halı müəyyən edildiyinə görə barəsində xx.xx.2021-ci il tarixdə ******* nömrəli akt tərtib edildiyini və həmin akta əsasən də ona borc hesablandığını bildirib, barəsində tərtib edilən xx.xx.2021-ci il tarixdə ******* nömrəli aktı və dəymiş ziyanın bərpasına dair tələbnaməni ona vermişlər. İstifadə etdiyi qaz sayğacı küçədə quraşdırılmaqla, qoruyucu şkafı olmayıb. Ümumiyyətlə onlar qaz sayğacına müdaxilə etməmiş və açılan qaz sayğacına labaratoriyada baxılacağı barədə ona heç bir məlumat verilməmiş və qaz sayğacına labaratoriyada onun iştirakı və məlumatı olmadan baxılmışdır. Hesab edir ki, xx.xx.2021-ci il tarixdə ******* nömrəli akt qanunsuz tərtib edildiyindən etibarsız hesab edilməli və həmin akt əsasında itirilmiş təbii qazın miqdarı 2160 kub metr, dəyəri isə 216 manat hesalandığı halda, abonent saldosunda onun təbii qazdan istifadəyə görə ümumi borcunun 1786,10 manat olduğu qeyd edilmişdir. Həmin məbləğində borcun hansı mənbəədən yarandığı ona məlum deyil. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunun tələbi birmənalı olaraq kobud surətdə pozulmuş, onun bir abonent kimi qanunla qorunan hüquqlarını pozaraq istifadə etdiyi qaz sayğacı hansı şəraitdə yararsız hala salınmasından onun heç bir məlumatı olmayıb. İş materiallarına əlavə edilmiş ilk iddia üzrə İddiaçı məxsus **********00570 nömrəli Abonent saldosunda 2021-ci ilin fevral ayında onun barəsində akt tərtib edilmiş və həmin akta əsasən ona 216 manat məbləbində borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş ilk iddia üzrə İddiaçı məxsus xx.xx.2022-ci il tarixdə çap edilmiş **********00570 nömrəli Abonent saldosunda 2022-ci ilin avqust ayına onun təbii qazdan istifadəyə görə borcunun 1786,10 manat olduğu göstərilmiş, xx.xx.2022-ci il tarixdə çap edilmiş eyni nömrəli Abonent saldosunda isə onun 2022-ci ilin noyabr ayına borcunun 1710,42 manat olduğu göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilk iddia üzrə İddiaçı iddia tələbində barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməklə həmin akta əsasən hesablanmış 216 manat borc olmaqla ümumilikdə abonent saldosu üzrə hesablanmış 1786,10 manat məbləğində borcun hesabından silinməsini tələb etsə də o, həmin məbləğlərin onun hesabından silinməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İş materiallarından görünür ki, ilk iddia üzrə İddiaçı silinməsini tələb etdiyi 1786,10 manat məbləğdən 2022-ci ilin sentyabr, oktyabr və noyabr aylarında 80 manat ödəmiş və hazırda abonent saldosuna əsasən onun ümumilikdə 1710,42 manat məbləğində borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia üzrə İddiaçı barəsində xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməklə həmin akta əsasən hesablanmış 216 manat onun hesabından silinməli, qalan 1494,42 manat məbləğ isə ilk iddia üzrə iddiaçının təbii qazdan istifadəyə görə yaranmış debitor borcu olduğundan həmin məbləğ ondan tutularaq X1 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İşin hallarından göründüyü kimi, qaz sayğacının istehlakçı təqsiri üzündən zədələnməsi müəyyən olunmamaqla, istehlakçı tərəfindən onun təşəbbüsü ilə sayğıcın texniki baxışdan keçirilməsi tələb edilməmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, ilk iddia tələbi qismən təmin edilməklə ilk iddia üzrə cavabdeh “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli, həmin akt əsasında hesablanmış 216 manat məbləğində borc onun hesabından silinməli, ilk iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməklə ilk iddia üzrə İddiaçı 1494,42 manat məbləğində borc və qarşılıqlı iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 10 manat dövlət rüsumu alınaraq “Azəriqaz” İsehsalat Birliyinin hesabına ödənilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməli, ilk iddia üzrə iddiaçı “Azəriqaz” İsehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 216 manat məbləğində borc onun hesabından silinsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı 1494,42 manat məbləğində borc borc və qarşılıqlı iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 10 manat dövlət rüsumu alınaraq “Azəriqaz” İsehsalat Birliyinin hesabına ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. İlk iddia üzrə iddiaçı “Azəriqaz” İsehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar