Məhkəmə qərarları › İş №2(041)-953/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-953/2024

25.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-953/2024 25.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən qanunsuz tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AKT R 314087 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 548,55 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmşdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə iddiaçının əvvəlki məhkəmə iclasına gələrək iş üzrə izahat verməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Öyləqulu kəndində yaşayır. Evində istifadə etdiyi elektrik enerjisinin pulunu hər ay vaxtında ödəyir. Evinə gələn elektrik xəttinin üzərinə elektrik sayğacı quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə o, özü evdə olmadığı vaxt "xxxx" ASC-nin əməkdaşları yaşadığı evin həyətinə gəlib evdə olan ailə üzvlərinə heç bir xəbərdarlıq etmədən elektrik sayğacına baxış keçirmişlər. Sonradan cavabdehin əməkdaşları tərəfindən barəsində xx.xx.2023-cü il tarixdə 314087 nömrəli akt tərtib edildiyini öyrənmiş və X5 müraciət edib həmin aktı almışdır. Həmin aktda guya sayğacın sxemdən kənarlaşdırılaraq birbaşa X2 etdiyi qeyd edildiyini görmüşdür. Cavabdehin əməkdaşları istifadə etdiyi elektrik sayğacına baxış keçirərkən ona heç bir məlumat vermədən, nə onun və nə də hal şahidlərinin iştiakını təmin etməyib barəsində saxta akt tərtib etmişlər. Aktın saxtalığı həmçinin akt tərtib edilərkən ona məlumat verilməmiş, aktda adı qeyd edilsə də, akt imza edilməsi üçün ona təqdim edilməmiş, cavabdehin 3 nümayəndəsinin adı qeyd edilməklə kifayətlənmişlər. Göründüyü kimi qeyd edilən akt qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla tərtib edilmiş və bununla da istehlakçı kimi onun hüquqları pozulmuşdur. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən barəsində tərtib edilən xx.xx.2023-cü il tarixli, AKT R 314087 nömrəli akt tamamilə əsassız və qanunsuz tərtib edilmiş və həmin akta əsasən ona ümumilikdə 545,58 manat məbləğində qanunsuz cərimə hesablanmışdır. Ona görə də cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən qanunsuz tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AKT R 314087 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 548,55 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmşdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməyərək İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddiaya etiraz ərizəsini məhkəməyə göndərmişdir. Məhkəmə işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsinə etiraz ərizəsində iddia tələbini qəbul etməyərək göstərmişdir ki, "xxxx" ASC-nin X3 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik eknerjisindən istifadə Qaydaları”na və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, abonent sayğacı sxemdən kənarlaşdıraraq birbaşa eldektrik enerjisindən istifadə edir. Bu isə EEİQ-nin 8,17-ci, həmçinin EQQQ-nin ı-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə İddiaçı barəsində xx.xx.2023-cü il tarixli, R 314087 saylı akt tərtib edilərək 0,75 kvt x 24 saat x 0,7 x 360 gün = 4435 kvts, Tarif (-400 kvts x 0,08 man = 32,00 man, Tarif (-200 kvts x 0,09 man = 18,00 man, Tarif (-3835 kvts x 0,13 man = 498,55 man, cəmi 548,55 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 4435 kvts itirilmiş elaktrik enerjisinin dəyərini bərpa etmişlər. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. İddiaçı 548,55 manat məbləğində maddi zərər vurduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə görə həmin zərəri tam həcmdə ödəməlidir. Ona görə də İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, R 314087 saylı aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 548,55 manat məbləğində cərimənin silinməsi barədə tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 002395 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İ qrup əlildir. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş X2 qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, AKT R 314087 nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı Kürdəmir rayonu Öyləqulu kənqdində yerləşən yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən abonentin sayğacın sxemdən kənarlaşdıraraq birbaşa X2 etməsi müəyyən edilmiş və keçən yük ölçülərək İ=3,2 A; U=220 v = 0,22 kv, P=0,704 kvt üzrə hesablanmışdır. Akt tərtib edilərkən həmin akt "xxxx" ASC-nin 3 nəfər nümayəndələri imzalanmış, məişət abonenti kimi İddiaçı adı aktda qeyd olunsa da o, həmin akta imza etməmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 tərəfindən məhkəməyə ünvanlanmış İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddiaya etiraz ərizəsinə əlavə edilmiş İddiaçı adına qeydə alınmış **********00139 nömrəli Abunə haqqında bağlanan aktlar bölməsində onun barəsində tərtib olunmuş R 314087 nömrəli akta əsasən 548,55 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək və sübutlara məcmuu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Öyləqulu kəndində yaşayır. Evində istifadə etdiyi elektrik enerjisinin pulunu hər ay vaxtında ödəyir. Evinə gələn elektrik xəttinin üzərinə elektrik sayğacı quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə o, özü evdə olmadığı vaxt "xxxx" ASC-nin əməkdaşları yaşadığı evin həyətinə gəlib evdə olan ailə üzvlərinə heç bir xəbərdarlıq etmədən elektrik sayğacına baxış keçirmişlər. Sonradan cavabdehin əməkdaşları tərəfindən barəsində xx.xx.2023-cü il tarixdə 314087 nömrəli akt tərtib edildiyini öyrənmiş və X5 müraciət edib həmin aktı almışdır. Həmin aktda guya sayğacın sxemdən kənarlaşdırılaraq birbaşa X2 etdiyi qeyd edildiyini görmüşdür. Cavabdehin əməkdaşları istifadə etdiyi elektrik sayğacına baxış keçirərkən ona heç bir məlumat vermədən, nə onun və nə də hal şahidlərinin iştiakını təmin etməyib barəsində saxta akt tərtib etmişlər. Aktın saxtalığı həmçinin akt tərtib edilərkən ona məlumat verilməmiş, aktda adı qeyd edilsə də, akt imza edilməsi üçün ona təqdim edilməmiş, cavabdehin 3 nümayəndəsinin adı qeyd edilməklə kifayətlənmişlər. Göründüyü kimi qeyd edilən akt qanunvericiliyin tələbləri qismən pozulmaqla tərtib edilmiş və bununla da istehlakçı kimi iddiaçının hüquqları qismən pozulmuşdur. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən barəsində tərtib edilən xx.xx.2023-cü il tarixli, AKT R 314087 nömrəli akt qismən əsassız və qanunsuz tərtib edilmiş və həmin akta əsasən ona ümumilikdə 545,58 manat məbləğində qanunsuz cərimə hesablanmışdır. “X2 Qaydaları”nın 8.17-2-ci bəndində göstərilir ki, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verdiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfinedən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülazizələr akta əlavə olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixli, R 314087 nömrəli akt tərtib edilərək itirilmiş enerjinin miqdarı İ=3,2 A; U=220 v = 0,22 kv, P=0,704 kvt üzrə hesablanaraq cavabdeh qurum tərəfindən iddiaçıdan 548,55 manat borc tələb etməsi iddiaçının maddi vəziyyətini ağırlaşdırır. Həmçinin həmin akt tərtib edilərkən iddiaçının sayğacın sxemdən kənarlaşdıraraq birbaşa X2 etməsi qeyd olunmaqla, cavabdehin nümayəndəsi bu barədə məhkəməyə heç bir əyani sübut (fota və ya videoçəkiliş) təqdim etməmişdir. İş materiallarından göründüyü kimi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətin əməkdaşları tərəfindən İddiaçı barəsində xx.xx.2023-cü il tarixli, R 314087 nömrəli akt tərtib edilərkən “X2 Qaydaları”nın 8.17-2-ci bəndinin tələbləri cavabdeh təşkilatın nümayəndələri tərəfindən qismən pozulmuşdur. Belə olan halda İddiaçı İ qrup əlil olmaqla barəsində X2 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, AKT R 314087 nömrəli akt qismən etibarsız hesab edilməklə itirilmiş elektrik enerjisinin miqdarı akt üzrə 200 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İş materiallarından və iddiaçının izahatından da göründüyü kimi iddiaçının barəsində tərtib olunan mübahisəli akt müəyyən edilmiş qayda pozulmaqla tərtib edilmişdir. Qeyd edilən və iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli, AKT R 314087 nömrəli aktın qismən etibarsız hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 15 manat döıvlət rüsumu cavabdeh "xxxx" ASC-dən, iddia tələbi qismən təmin edildiyinə görə 15 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində X2 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, AKT R 314087 nömrəli akt qismən etibarsız hesab edilməli, həmin akt əsasında hesablanmış 200 manat borc İddiaçı tutularaq "xxxx" ASC-nin hesabına ödənilməli, qalan 348,55 manat məbləğində borc İddiaçı adına qeydə alınmış abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində X2 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, AKT R 314087 nömrəli akt qismən etibarsız hesab edilsin. Həmin akt əsasında hesablanmış 200 manat borc İddiaçı tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin, qalan 348,55 manat məbləğində borc İddiaçı adına qeydə alınmış abonent hesabından silinsin. İddiaçı 15 manat, cavabdeh "xxxx" ASC-dən 15 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar