Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-958/2024 05.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ümumilikdə 2250 manat dəyərində 1 ədəd qızıl qolbağ, bir cüt qızıl halqa sırğalar, bir ədəd aburçolni qızıl üzük, üç ədəd qadıq qızıl üzüyü, bir ədəd qızıl kişi üzüyü və bir cüt qırmızı qaş qızıl üzüyün özlərinin, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların dəyərləri olan 2250 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, pula ehdiyacı olduğuna görə 2022-ci ildə Lombart fəaliyyəti ilə məşğul olan Cavabdeh müraciət edib özünə məxsus olan 400 manat dəyərində qızıl sepini girov qoyub ondan nağd pul götürmüşdür. Sonradan cavabdehdən götürdüyü nağd pulu cavabdehə ödəyib qızıl sepi geri alıb. 2023-cü ildə nağd pula ehdiyacı olduğuna görə xx.xx.2023-cü il tarixdə yenidən Cavabdeh müraciət edərək özünə məxsus 1 ədəd qızıl qolbağ, bir cüt qızıl halqa sırğalar girov qoyub 800 manat, xx.xx.2023-cü il tarixdə bir ədəd aburçolni qızıl üzüyü girov qoyub 450 manat,xx.xx.2023-cü il tarixdə qızıl üzüyü, bir ədəd kişi üzhüyü və bir cüt qırmızı qaş qızıl üzüyü cavabdehə girov qoyub100 manat nəğd pul götürüb. Cavabdehlə aralarında olan razılaşmaya görə cavabdehdən aldığım pulları ona ödədikdən sonra ona girov verdiyim qızıllarını ona qaytarmalı idm. O, cavabdehdən aldığı pulları faizi ilə birlikdə cavabdehə qaytarsada cavabdehə girov verdiyi qızıllarını cavabdeh satdığını bildirib ona qaytarmaqdan imtina edib. Dəfələrlə cavabdehə aralarında olan razılaşmaya əməl etdib qızıllarını qaytarmasını tələb etməsinə baxmayaraq cavabdeh ona məxsus olan qızılları yaytarmaq istəmir. O, buna görə də məhkəməyə müraciət etmək qərarına gəlib. Ona görə də Cavabdeh 2250 manat dəyərində 1 ədəd qızıl qolbağ, bir cüt qızıl halqa sırğalar, bir ədəd aburçolni qızıl üzük, üç ədəd qadıq qızıl üzüyü, bir ədəd qızıl kişi üzüyü və bir cüt qırmızı qaş qızıl üzüyün özlərinin, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların dəyərləri olan 2250 mapnat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, təkrar məhkəməyə gəlməmişdir. İddiaçı X2 məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İş materiallarına əlavə edilmiş Cavabdeh Polis şöbəsində verdiyi izahatın surətindən görünür ki, onun İddiaçı girov qızıllar götürdüyünü və həmin qızılları ona qaytarmadığını və onun iddiaçıya borcunun olduğunu bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı pula ehdiyacı olduğuna görə 2022-ci ildə Lombard fəaliyyəti ilə məşğul olan Cavabdeh müraciət edib özünə məxsus olan 400 manat dəyərində qızıl sepini girov qoyub ondan nağd pul götürmüşdür. Sonradan cavabdehdən götürdüyü nağd pulu cavabdehə ödəyib qızıl sepi geri alıb. 2023-cü ildə nağd pula ehdiyacı olduğuna görə xx.xx.2023-cü il tarixdə yenidən Cavabdeh müraciət edərək özünə məxsus 1 ədəd qızıl qolbağ, bir cüt qızıl halqa sırğalar girov qoyub 800 manat, xx.xx.2023-cü il tarixdə bir ədəd aburçolni qızıl üzüyü girov qoyub 450 manat,xx.xx.2023-cü il tarixdə qızıl üzüyü, bir ədəd kişi üzhüyü və bir cüt qırmızı qaş qızıl üzüyü cavabdehə girov qoyub100 manat nəğd pul götürüb. Cavabdehlə aralarında olan razılaşmaya görə cavabdehdən aldığım pulları ona ödədikdən sonra ona girov verdiyi qızıllarını ona qaytarmalı idi. O, cavabdehdən aldığı pulları faizi ilə birlikdə cavabdehə qaytarsada, cavabdehə girov verdiyi qızıllarını cavabdeh satdığını bildirib ona qaytarmaqdan imtina edib. Dəfələrlə cavabdehə aralarında olan razılaşmaya əməl etdib qızıllarını qaytarmasını tələb etməsinə baxmayaraq cavabdeh ona məxsus olan qızılları yaytarmaq istəmir. O, buna görə də məhkəməyə müraciət etmək qərarına gəlib. Ona görə də Cavabdeh 2250 manat dəyərində 1 ədəd qızıl qolbağ, bir cüt qızıl halqa sırğalar, bir ədəd abruçolni qızıl üzük, üç ədəd qadıq qızıl üzüyü, bir ədəd qızıl kişi üzüyü və bir cüt qırmızı qaş qızıl üzüyün özlərinin, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların dəyərləri olan 2250 mapnat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən təkrar məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən borc alınan borcu qaytarmaması borc verənin vəziyyətini pisləşdirirsə borc verdiyi pulu dərhal tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh 2250 manat dəyərində 1 ədəd qızıl qolbağ, bir cüt qızıl halqa sırğalar, bir ədəd abruçolni qızıl üzük, üç ədəd qadıq qızıl üzüyü, bir ədəd qızıl kişi üzüyü və bir cüt qırmızı qaş qızıl üzüyün özlərinin, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların dəyərləri olan 2250 manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 222-ci və 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2250 manat dəyərində 1 ədəd qızıl qolbağ, bir cüt qızıl halqa sırğalar, bir ədəd abruçolni qızıl üzük, üç ədəd qadıq qızıl üzüyü, bir ədəd qızıl kişi üzüyü və bir cüt qırmızı qaş qızıl üzüyün özlərinin, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların dəyərləri olan 2250 manat pul alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-958/2024
Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-958/2024
05.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver