Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-979/2024 08.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Navzirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 9 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, vergi öhdəliklərini Azərbacan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Kürdəmir rayonu Karrar Bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2886,11 manat, İcbari Tibbi Sığorta Fonduna 0 manat İşsizlikdən sığorta fonduna 0 manat, dövlət büdcəsinə 84,53 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 84,53 manat) olmaqla, ümumilikdə 2970 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, **********248300, xx.xx.2023cü il tarixli, **********634900, xx.xx.2023-cü il tarixli, **********801700, xx.xx.2022-ci il tarixli, **********082500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Bayramov X1 rayonu, Karrar Ərazi Dairəsi, Ərşəli kəndi ünvanda yaşayır. Ona görə də yuxarıda qeyd olunan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan 84,53 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2886, 11 manat, İşsizlikdən sığorta fonduna olan 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0 manat, məbləğində borcun ödənilməsini təmin təmsin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi 9 saylı Ərazi Vergilər İdarəsinin Hüquq şöbəsinin böyük dövlət vergi müfəttişi, 3-cü dərəcəli müfəttiş X2 məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılıb ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsinin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsində göstərilir ki, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Karrar Bələdiyyəsinin şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2024-cü il tarixinə Dövlət Sosial Müdafiə Fonduna 2886,11 manat, İcbari Tibbi Sığorta Fonduna 0 manat, İşsizlikdən sığorta fonduna 0 manat, dövlət büdcəsinə 84,53 manat məbləğində ödənilməmiş borcu var. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs göndərilmiş xx.xx.2024-cü il tarixli, **********135200 nömrəli xəbərdarlıqdan görünür ki, Maraqlı şəxs İşsizlikdən sığorta fonduna, İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Sığorta Fonduna və dövlət büdcəsinə olan borclarını ödəməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə işdə olan rəsmi sənədləri tədqiq edərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayon Karrar Bələdiyyəsinin icra orqanının rəhbəri Maraqlı şəxs vergi ödəyicisi olmaqla üzərinə düşən vergi öhdəliklərini yerinə yetirməmiş və hazırda onun Dövlət Sosial Müdafiə Fonduna 2886,11 manat və dövlət büdcəsinə 84,53 manat məbləğində borcu olmaqla, ümumilikdə 2970,64 manat borcu var. Borcun ödənilməsi ilə bağlı Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, **********135200 nömrəli xəbərdarlıq məktubu göndərilsə də, Maraqlı şəxs borcun ödənilməsi üçün zəruri tədbirlər görməmiş və ödəməni təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən məhkəmələr xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedilən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməklə Kürdəmir rayonu Ərşəli kəndində yaşayan Maraqlı şəxs Əlqavra oğlu vergi öhdəliklərini yerinə yetirmədiyinə görə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 355-7.4-cü maddəsinin tələbinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220 və 355- 5-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1989-cu il tarixdə Kürdəmir rayonunun Ərşəli kəndində anadan olmuş, Kürdəmir rayonu, Ərşəli kəndində yaşayan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qanuni qüvvəyə minsin və dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-979/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-979/2024
08.04.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver