Məhkəmə qərarları › İş №2(041)-982/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-982/2024

05.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-982/2024 05.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin X5 İdarəsinin Kürpdəmir rayon şöbəsinin əməkdaşları tərəfindən mərhum atası X1 adına qanunsuz tərtib olunmuş 25 yanvar 2021-ci il tarixli, AKT R 210783 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında ona hesablanmış pul məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini düzgün tərtib etmədiyini bildirib iddia ərizəsini geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 göstərdli ki, hazırki iş üzrə İddiaçı barəsində "xxxx" ASC-nin nümayəndələri tərəfindən heç bir akt tərtib edilməmiş və o, ümumiyyətlə "xxxx" ASC-nin Oracle proqram bazasında qeydiyyatda yoxdur. Ona görə də İddiaçı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxıud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam xitam verilməsi zamanı hakim qərardad çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 260.3, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar