Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1027/2021 21.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ X12 Kazımovun sədrliyi, X8 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 600 manat məbləğində verilmiş sığorta ödənişinin və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 21 dekabr 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə sığortalanmış X7 məxsus olan ünvan 1 ünvanda yerləşən mənzil ünvan 2 su axıdılması nəticəsində zərərə məruz qalmışdır. ünvan 3ib etdiyi 15 iyul 2020-ci il tarixli Aktına və arayışa Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu İ.Məmmədov küçəsi, ev 8, 24 saylı mənzildən su axıdılması nəticəsində 22 saylı mənzilin təmiri zərərə məruz qalmışdır. Zərərçəkənin əmlakının zədələnməsi bağlı 600 manat məbləğində sığorta ödənişi verilmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə verərək, məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini və mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinin etiraf etmədi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Sarıhəsənli kəndində yaşayır. Həmin mübahisəli ünvan 4 ünvanında yerləşən mənzil 2019-cu ilədək onun mülkiyyətində olub, lakin həmin mənzili başqa şəxsə X1. Hadisədən əvvəl həmin evi tək etmişdir. Hazırda həmin evə ona heç bir aidiyyəti yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, həmin mübahisəli ünvan 4 ünvanında yerləşən mənzil anası X2 adınadır. Cavabdeh həmin mənzilə heç bir aidiyyəti yoxdur. O, həmin evin anasına məxsus olmasına dair çıxarışın surətini məhkəməyə təqdim edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan Maps arayışlarından görünür ki, Səmədov X10 rayonu, Sarıhəsənli kəndində qeydiyyatdadır. İşdə olan daşınmaz əmlakın icbari sığortası şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, sığortalı X7 məxsus ünvan 5 ünvanında yerləşən mənzil 21.12.2019-cu il tarixdən 20.12.2020-ci il tarixədək sığortaçı "xxxx" ASC-də sığortalanmışdır. Sığorta məbləği 25000 manat məbləğində müəyyən edilmişdir. İşdə olan sığorta hadisəsi ilə əlaqədar dəymiş zərər barədə arayışdan görünür ki, X7 məxsus ünvan 6 ünvanına yerləşən mənzilə subasma nəticəsində 850 manat məbləğində zərər dəymişdir. İşdə olan 64156 nömrəli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən X6 “AZ02JBBK**********3568418A77” nömrəli hesabına 600 manat məbləğində pul köçürülmüşdür. İşdə olan RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil X7 məxsusdur. İşdə olan 15.07.2020-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, X5 şikayəti əsasında mənzilə baxış keçirilmiş İ.Məmmədov ev, mənzil 24-dən axan su nəticəsində mənzilin təmirinə ciddi zərər dəymişdir. İşdə olan 143 saylı MKİS-si tərəfindən verilmiş arayışın təsdiq edilmiş surətindən görünür ki, İ.Məmmədov küçəsi, ev 8, mənzil 22 ünvanına həmin binanın 24-cü mənzilində yaşayan Cavabdeh mənzilindən su sızması aşkar edilmişdir. İşdə olan ********** qeydiyyat nömrəli, 25 iyun 2019-cu il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən mənzil X3 məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 881.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər . Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Qeyd olunan maddi hüquq norması baxımından məhkəmə qeyd etməyi zəruri sayır ki, sığortalı X7 məxsus ünvan 5 ünvanında yerləşən mənzil 21.12.2019-cu il tarixdən 20.12.2020-ci il tarixədək sığortaçı "xxxx" ASC-də sığortalanmışdır. Sığorta məbləği 25000 manat məbləğində müəyyən edilmişdir. İ.Məmmədov küçəsi, ev 8, mənzil 22 ünvanına həmin binanın 24-cü mənzilində yaşayan Cavabdeh mənzilindən su sızması aşkar edilmişdir. Bu barədə 143 saylı MKİS tərəfindən arayış verilmişdir. Su sizması nəticəsində X7 600 manat məbləğində ziyan dəydiyi müəyyən edilmiş və "xxxx" ASC tərəfindən X6 “AZ02JBBK**********3568418A77” nömrəli hesabına 600 manat məbləğində pul köçürülmüşdür. İddiaçı "xxxx" məhkəmədə iddia qaldıraraq Cavabdeh sığorta ödənişinin tələb etmişdir. Lakin, Cavabdeh məhkəmə iclasında həmin mənzilin ona məxsus olmadığın və həmin ünvanda yaşamadığını bildirdi. X4 məhkəmə iclasında Cavabdeh izahatını təsdiq etdi, ********** qeydiyyat nömrəli, 25 iyun 2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 7 ünvanında yerləşən mənzil X3 məxsus olduğunu və cavabdehin həmin mənzilə heç bir aidiyyətinin olmadığını bildirdi. Belə olan halda, X7 məxsus olan ünvan 6 ünvanında yerləşən mənzilə Cavabdeh təqsirli hərəkətləri nəticəsində zərər vurulması öz təsdiqini tapmır. Odur ki, məhkəmə iddiaçının cavabdehə qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiasını cavab verməli olan şəxsə qarşı verilmədiyindən, əsassız hesab edərək onun təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılarkən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və bank xidməti haqqı iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidməti haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1027/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1027/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver