Məhkəmə qərarları › İş №2(042)-1033/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1033/2023

29.09.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1033/2023 29.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs Gədəbəy Kommunal Müəssisələr Kombinatının dövlət büdcəsinə olan ümumilikdə 3986.38 manat, İşsizlikdən sığorta fonduna 1688.56 manat, İcbari Tibbi Sığorta Fonduna 1082.02 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri Maraqlı şəxs barəsində (Doğulduğu tarix – xx xxxxxxxx 1984-cü il, Doğulduğu yer - Azərbaycan, Bakı, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxs Gədəbəy Kommunal Müəssisələr Kombinatı (VÖEN **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna 1082.02 manat, dövlət büdcəsinə 1215.8 manat məbləğində (o cümlədən, faizlər üzrə 1215.8 manat), İşsizlikdən sığorta fonduna 1688.56 manat olmaqla ümumilikdə 3986.38 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********288500, xx.xx.2023-cü il tarixli **********40000 və xx.xx.2023-cü il tarixli **********900400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən hüquqi şəxs Gədəbəy Kommunal Müəssisələr Kombinatının icra orqanının rəhbəri Maraqlı şəxsdur. Maraqlı şəxs Gədəbəy rayonu, Arabaçı kəndində yaşayır. Vergi borcunun ödənilməməsi üçün onun icra orqanın rəhbərinin ölkə ərazisindən getməsi ehtimalları vardır. Odur ki, ərizəçi bununla əlaqədar məhkəməyə müraciət etmiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi məhkəməyə ərizə təqdim edərək onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi tərəfindən möhürlə təsdiq edilmiş, Gədəbəy Kommunal Müəssisələr Kombinatının şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan Gədəbəy Kommunal Müəssisələr Kombinatının dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna 1082.02 manat, dövlət büdcəsinə 1215.8 manat məbləğində (o cümlədən, faizlər üzrə 1215.8 manat), İşsizlikdən sığorta fonduna 1688.56 manat olmaqla ümumilikdə 3986.38 manat borcu vardır. İşdə olan “Hüquqi şəxs haqqında məlumat” vərəqinin təsdiqlənmiş surətindən görünür ki, Gədəbəy Kommunal Müəssisələr Kombinatı xx.xx.2005-ci il tarixdə vergi qeydiyatına alınmış və fəaliyyət növü təmislik işləri üzrə sair fəaliyyət olmaqla Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsində yerləşir. Hüquqi şəxsin rəhbəri Gədəbəy rayonu, Arabaçı kəndində qeydiyyatda olan Maraqlı şəxsdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi tərəfindən Gədəbəy Kommunal Müəssisələr Kombinatına ünvanlanmış xx.xx.2023-cü il tarixli **********288500, xx.xx.2023-cü il tarixli **********40000 və xx.xx.2023-cü il tarixli **********900400 nömrəli bildirişlərin təsdiq edilmiş surətlərindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi tərəfindən Gədəbəy Kommunal Müəssisələr Kombinatının rəhbəri Maraqlı şəxs vergi borclarının ödənilməsi və əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin tətbiq edilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitutsiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin boorcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddəlrəinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Beləliklə, Gədəbəy Kommunal Müəssisələr Kombinatı xx.xx.2005-ci il tarixdə vergi qeydiyatına alınmış və fəaliyyət növü təmislik işləri üzrə sair fəaliyyət olmaqla Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsində yerləşir. Hüquqi şəxsin rəhbəri Gədəbəy rayonu, Arabaçı kəndində qeydiyyatda olan Maraqlı şəxsdur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Gədəbəy Kommunal Müəssisələr Kombinatı vergi öhdəliklərini tam yerinə yetirmir. Nəticədə Gədəbəy Kommunal Müəssisələr Kombinatının dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna 1082.02 manat, dövlət büdcəsinə 1215.8 manat məbləğində (o cümlədən, faizlər üzrə 1215.8 manat), işsizlikdən sığorta fonduna 1688.56 manat olmaqla ümumilikdə 3986.38 manat borcu yaranmışdır. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 355-5-355-7, 233 –cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi ərizəsi təmin edilsin. Gədəbəy Kommunal Müəssisələr Kombinatının icra orqanının rəhbəri, xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Gədəbəy rayonu, Arabaçı kəndində qeydiyyatda olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququ müvəqqəti – vergi borcu tam ödənilənədək məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar