Məhkəmə qərarları › İş №2(042)-1060/2020

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-1060/2020

10.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-1060/2020 10.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı cərimənin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə ona tətbiq edilmiş 100 manat cərimənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2. və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, İddiaçıAzərbaycan Respublikası İXM-nin 211-ci maddəsi tərtib edilmiş qərardan Gədəbəy Rayon Məhkəməsinə şikayət vermək hüququ var. O, həmin qərardan iddia ərizəsi ilə yox şikayət ərizəsi ilə müraciət edə bilər. Qərardan şikayətə isə iddia icraatında baxılması yolverilməzdir. Ona görə də iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 149, 152, 153,263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı iddia ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığı üçün geri qaytarısın. X1 izah edilsin ki, qərarla razılaşmadığı təqdirdə qərardan şikayətlə müvafiq məhkəməyə müraciət etməlidir. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar