Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1065/2021 19.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ X9 Kazımovun sədrliyi, X6 oğlunun katibliyi, Cavabdeh X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X3 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 240 manat məbləğində verilmiş sığorta ödənişinin və 20.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 06 avqust 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Hyundai Accent” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 23 avqust 2020-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X7 tərəfindən idarə olunan "Subaru İmpreza" markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Sabunçu rayonu RPİ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi və xəsarətlə bağlı cəmi 240 manat məbləğində sığorta ödənişi verilmişdir. Aşağıdakılara əsasən hesab edirik ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. “Hyundai Accent” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olduğundan, avtomobili etibarnamə olmadan Cavabdeh1 idarə etdiyindən, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəmə heç bir məlumat verməmişdir. Cavabdeh1 məhkəmə iclasında ərizə verərək işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini tələb etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinin etiraf etmədi və izahat verərək bildirdi ki, o, Cavabdeh2 məxsus "Hyundai Accent” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman 23 avqust 2020-ci il tarixdə Bakı şəhərində "Subaru İmpreza" markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. O, avtomobili idarə edən zaman avtomobilin sahibi Cavabdeh2 onun yanında olmuşdur. Belə olan halda avtonəqliyyat hadisəsi baş verən zaman avtomobili idarə etmək hüququ olmuşdur. Eləcə də, onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda onun avtomobili idarə etmək hüququnun olmaması təsbit olunmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdeh X4 dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan Maps arayışlarından görünür ki, Yusifov X8 rayonu, Heriknaz kəndində, Cavabdeh2 isə ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan icbari sığorta müqaviləsinə dair məlumat vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, sığortalı Cavabdeh2 məxsus "Hyundai Accent" markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil 06.08.2020-ci il tarixdən 06.08.2021-ci il tarixədək sığortaçı "xxxx" ASC-də sığortalanmışdır. Sığorta məbləği əmlaka vurulan ziyana görə 5000 manat, sağlamlığa vurulan ziyana görə bir şəxs üzrə 5000 manat və bir hadisə üzrə 50000 manat məbləğində müəyyən edilmişdir. İşdə olan dəymiş zərərin hesablanmasına dair aktın təsdiq edilmiş surətindən görünür ki, "Subaru İmpreza" markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 240 manat ziyan dəymişdir. İşdə olan sığorta ödənişi ilə bağlı aktın təsdiq edilmiş surətindən görünür ki, "Subaru İmpreza" markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə X5 240 manat sığorta ödənişi həyata keçirilmişdir. İşdə olan 75206 nömrəli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 “AZ57JBBK**********0177586A57” nömrəli hesabına 240 manat məbləğində pul köçürülmüşdür. İşdə olan 27.11.2020-ci il tarixli, TP ******* seriyalı inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 23 avqust 2020-ci il tarixdə, saat 21:40 radələrində "Hyundai Accent " markalı **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və nəticədə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 881.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər . Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının qanunun 25.1-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Göründüyü kimi subroqasiya hüququ yuxarıda qeyd edilən 25.1-ci maddəsində nəzərdə tutulan hallarda yaranır. İddia ərizəsində məlum olur ki, iddiaçı Cavabdeh1 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsini əsas gətirərək cavabdehlərdən subroqasiya hüququ ilə pul tələb edir. Qeyd olunan maddi hüquq norması baxımından məhkəmə qeyd etməyi zəruri sayır ki, iddiaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh2 arasında 05.08.2020-ci il tarixdə PGU********** nömrəli sığorta müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Cavabdeh2 məxsus "Hyundai Accent " markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil 06.08.2020-ci il tarixdən 06.08.2021-ci il tarixədək sığortaçı "xxxx" ASC-də sığortalanmışdır. Sığorta məbləği əmlaka vurulan ziyana görə 5000 manat, sağlamlığa vurulan ziyana görə bir şəxs üzrə 5000 manat və bir hadisə üzrə 50000 manat məbləğində müəyyən edilmişdir. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni Cavabdeh1 23 avqust 2020-ci il tarixdə, saat 21:40 radələrində "Hyundai Accent " markalı **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən X7 tərəfindən idarə olunan "Subaru İmpreza" markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmiş və nəticədə 240 manat zərər dəymişdir. Həmin vurulmuş zərər görə 240 manat məbləğində pul Günay Sığorta” ASC tərəfindən X2 hesabına köçürülmüşdür. 27.11.2020-ci il tarixli, TP ******* seriyalı inzibati tənbeh vermə haqqında qərar ilə Cavabdeh1 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmişdir. İddiaçı Cavabdeh1 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Eləcə, də Cavabdeh1 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir ki, bu əməl isə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə məsuliyyət yaranmasını ehtiva edir. Həmçinin Cavabdeh1 etibarnamə olmadan avtomobili idarə etsəydi, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 332.1-ci maddəsi ilə də məsuliyyətə cəlb edilməli idi. Lakin, onun barəsində belə bir qərar qəbul edilməmişdir. Belə olan halda, iddiaçının cavabdehlərə qarşı subraqasiya hüququ yarana bilməz və məhkəmə Cavabdeh1 izahatını daha inandırıcı hesab edir. Odur ki, məhkəmə iddiaçının cavabdehlərə qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiasını əsassız hesab edərək onun təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılarkən 20 manat dövlət rüsumu və 0.40 manat bank xidməti ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və bank xidməti haqqı iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 20 manat dövlət rüsumu və 0.40 manat xidməti haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1065/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1065/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver