Məhkəmə qərarları › İş №2(042)-1092/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1092/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1092/2021 15.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 420 manat vurulmuş ziyanın əvəzi və işə baxılması ilə əlaqədar ödənilən 20 manat dövlət rüsumunun, ümumilikdə 440 manat pulun LPO ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkəti iddia tələbini onunla əsaslandırmışdır ki, 24.12.2019-cu il tarixdə, saat 11:00 radələrində Bakı Xırdalan şəhəri H.Əliyev prospektində, Cavabdeh, hazırda ləğvetmə prossesində olan (LPO)ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, özünə məxsus olan "xxxx" markalı, **-LA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili hüququ olmadan idarə edərkən ehtiyatsızlıq etmiş və nəticədə X1 məxsus olan, “TOYOTA X15 minik” markalı, **-HO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi zərər vurmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-cü maddələri ilə təqsirli bilinmiş və onun barəsində 25.12.2019- ci il tarixdə, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında qərar” qəbul olunmuşdur. Hazırki iddia ərizəsinə əlavə edilən qiymətləndirmə aktından görünür ki, X1 məxsus olan, “TOYOTA X15 minik” markalı, **-HO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 420 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 31.01.2020-cu il tarixli, İC AA 7132/19 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablanmaları həyata keçirildikdən sonra, ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkən X1 məxsus olan, “TOYOTA X15 minik” markalı, **-HO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərə görə, 420 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 420 manat məbləğində sığorta ödənişi ASC "Standart İnsurance” Sığorta Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən, hazırda LPO ASC "Standart İnsurance” Sığorta Şirkətinin "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına əsasən Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Hesab edir ki, zərərçəkənə ödənilmiş məbləğin əvəzi 420 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 20 manat dövlət rüsumunun Cavabdeh, LPO ASC "Standard İnsurance” Sığorta Şirkətinin nəfinə tutulması barədə qətnamənin çıxarılması üçün məhkəməyə müraciət etməkdə haqlıdırlar və tələb məhkəmə tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 29.07.2020-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin (hakim L.Əliyeva) 17.08.2020-ci il tarixli, e-2-2(113)-1575/2020 saylı qərardadı ilə sözügedən şirkətin ləğvetmə komissiyasının üzvlərinin siyahısı təsdiq edilmişdir (X7 - ləğvetmə komissiyasının sədri, X5. X2 və X6 - komissiya üzvləri). Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin Ləğvetmə Komissiyasının etibarnamə üzrə nümayəndəsi Habil İsgəndərov məhkəməyə ərizə verərək işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan “Elektron sənəd formasına bağlanmış avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin çap forması” vərəqindən görünür ki, 26.05.2019-cu il tarixli, PST********** saylı sığorta müqaviləsinə əsasən "xxxx" markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti ASC "xxxx" Sığorta Şirkətində 1 il müddətinə sığortalanmışdır. İşdə olan 31.01.2020-cu il tarixli, İC AA 7132/19 saylı işə dair sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh "xxxx" markalı, **-LA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili hüququ olmadan idarə edərkən ehtiyatsızlıq etmiş və nəticədə X1 məxsus olan, “TOYOTA X15 minik” markalı, **-HO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi zərər vurmuşdur. İşdə olan inzibati tənbeh vermə haqqında TP ******* seriyalı qərarın surətindən görünür ki, Cavabdeh 24.12.2019-cu il tarixdə, saat 11:00 radələrində Bakı Xırdalan şəhəri, H.Əliyev prospektində "xxxx" markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə ara məsafəsi qaydalarının pozulmasına görə İXM-nin 332.1 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmişdir. İşdə əmlaka dair qiymətləndirmə aktının təsdiq edilmiş surətindən görünür ki, “TOYOTA X15 minik” markalı, **-HO-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 420 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Abşeron rayonu Polis İdarəsi tərəfindən verilmiş 30.12.2019-cu il tarixli, 128-90111-1219 saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”ın surətindən görünür ki, Cavabdeh 24.12.2019-cu il tarixdə, saat 11:00 radələrində Bakı Xırdalan şəhəri, H.Əliyev prospektində "xxxx" markalı, **-LA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili hüququ olmadan idarə edərkən ehtiyatsızlıq etmiş və nəticədə X1 məxsus olan, “TOYOTA X15 minik” markalı, **-HO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. İşdə olan ödəniş tapşırıqlarının təsdiq edilmiş surətlərindən görünür ki, ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkmiş şəxs X8 nəqliyyat vasitəsinə dəymiş zərərə görə 420 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İşdə olan Bakı Kommersiya Məhkəməsinin 17.08.2020-ci il tarixli, e-2-2(113)- 1575/2020 saylı qərardadının surətindən görünür ki, ASC "xxxx" Sığorta Şirkətinin ləğvetmə komissiyasının üzvləri siyahısı təsdiq edilmişdir:

1. X7- ləğvetmə komissiyasiyasının sədri,

2. X5- ləğvetmə komissiyasının üzvü,

3. X2- ləğvetmə komissiyasının üzvü,

4. X3- ləğvetmə komissiyasının üzvü. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər . Qeyd olunan maddi hüquq norması baxımından məhkəmə qeyd etməyi zəruri sayır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti ilə Cavabdeh arasında 26.05.2019-cu il tarixli, PST********** saylı sığorta müqaviləsi bağlanmış və "xxxx" markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobil LPO ASC "xxxx" Sığorta Şirkətində sığortalanmışdır. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni 24.12.2019-cu il tarixdə Cavabdeh "xxxx" markalı, **-LA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili hüququ olmadan idarə edərkən ehtiyatsızlıq etmiş və nəticədə X1 məxsus olan, “TOYOTA X15 minik” markalı, **- HO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi zərər vurmuşdur. Hadisə nəticəsində “TOYOTA X15 minik” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 420 manat zərər dəymiş və həmin zərərə görə 420 manat məbləğində sığorta ödənişi edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının zərərçəkmişə ödədiyi sığorta ödənişini subroqasiya qaydasında Cavabdeh tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılarkən 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 420 manat vurulmuş ziyanın əvəzi və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi, cəmi 440 (dörd yüz qırx) manat məbləğində pul tutularaq iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinə ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar