Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-111/2022 14.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı 3366 manat məbləğində sığorta ödənişinin və 53.66 manat dövlət rüsumu, cəmi 3419.66 manatın Cavabdeh tutularaq "xxxx" ASC-ə ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “VOLKSWAGEN CRAFTER” markalı, **- EC-*** dövlət nömrə nişanlı avtomobil 08.01.2020-ci ildən 08.01.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 08.01.2020-ci il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il fevralın 25-də Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi “VOLKSWAGEN CRAFTER” markalı, **-EC-*** dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax yolunun 338-ci km-də “VAZ 21074” markalı, **-CS-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Vİİİ X4 Xidmətinin 25.02.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.4-cü (İXM 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Goranboy Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli, 3(045)-140/2020 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsinə əsasən 400 manat məbləğində cərimə edilmişdir. “DUBAİ MOTORS” Avtoservis tərəfindən 02.03.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “VAZ 21074” markalı, **-CS-*** dövlət nömrə nişanlı avtomobilə 3366 manat məbləğində zərər dəymişdir. İddiaçı 18.03.2020-ci il tarixində həmin məbləği ödəniş tapşırığı ilə zərərçəkmiş şəxsə ödəmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmiş, izahat verərək bildirmişdir ki, hadisəyə görə məsuliyyət onun üzərindədir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan İcbari Sığorta Müqaviləsinə Dair Məlumatdan görünür görünür ki, “VOLKSWAGEN CRAFTER” markalı, **-EC-*** dövlət nömrə nişanlı avtomobil 08.01.2020-ci ildən 08.01.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İşdə olan çıxarışdan görünür ki, Goranboy Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli, 3(045)-140/2020 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsinə əsasən 400 manat məbləğində cərimə edilmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, 25 fevral 2020-ci il tarixdə Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi “VOLKSWAGEN CRAFTER” markalı, **-EC-*** dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax yolunun 338-ci km-də “VAZ 21074” markalı, **-CS-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan Qüsur Aktından görünür ki, “DUBAİ MOTORS” Avtoservis tərəfindən 02.03.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “VAZ 21074” markalı, **-CS-*** dövlət nömrə nişanlı avtomobilə 3366 manat məbləğində zərər dəymişdir. İşdə olan ödəniş tapşırığından görünür ki, 18.03.2020-ci il tarixində 3366 manat miqdarında pul zərərçəkmiş şəxs X2 ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 881.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər . Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Azərbaycan Respublikası İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “VOLKSWAGEN CRAFTER” markalı, **-EC-*** dövlət nömrə nişanlı avtomobil 08.01.2020-ci ildən 08.01.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 08.01.2020-ci il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il fevralın 25-də Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi “VOLKSWAGEN CRAFTER” markalı, **-EC-*** dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax yolunun 338-ci km-də “VAZ 21074” markalı, **-CS-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. 25.02.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.2-ci və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Goranboy Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli, 3(045)-140/2020 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən 400 manat məvləğində cərimə edilmişdir. “DUBAİ MOTORS” Avtoservis tərəfindən 02.03.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “VAZ 21074” markalı, **-CS-*** dövlət nömrə nişanlı avtomobilə 3366 manat məbləğində zərər dəymişdir. İddiaçı 18.03.2020-ci il tarixində həmin məbləği ödəniş tapşırığı ilə zərərçəkmiş şəxsə ödəmişdir. Cavabdeh X1 avtomobili etibarnamə olmadan idarə etdiyi üçün sığortaçının sığortalıya qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Ona görə də iddia tələbi təmin edilməli, 3366 manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi ilə bağlı 53.66 manat dövlət rüsumu, cəmi 3419.66 manat Cavabdeh alınaraq, "xxxx" ASC-ə verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3366 manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi ilə bağlı 53.66 manat dövlət rüsumu, cəmi 3419.66 manat alınaraq, "xxxx" ASC-ə verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-111/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-111/2022
14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver