Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-1327/2024 29.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh JN-182 A KOD 50518018 saylı 31 oktyabr 1997-ci il tarixli Şəhadətnamənin məxsus olması tələbi haqqında iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı JN-182 A KOD 50518018 saylı 31 oktyabr 1997-ci il tarixli Şəhadətnamənin iddiaçılar və cavabdehə məxsus olması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında iddiaçı X1 iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Digər iddiaçılara və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qayda məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5. və 259.0.6-cı maddələrinə əsasən işə iddiaçlar və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN-182 A KOD 50518018 saylı 31 oktyabr 1997-ci il tarixli Şəhadətnamənin surətindən görünür ki, həmin sənəd İddiaçı1, İddiaçı2, İddiaçı3,İddiaçı4 və Cavabdeh məxsusdur. Azərbaycan Respublikası MPM-nin 261.0. və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məcəllənin 262.1-ci mаddəsinə əsаsən icrааtа хitаm vеrilməsi bаrədə məhkəmə qərаrdаd çıхаrır. Beləliklə, JN-182 A KOD 50518018 saylı 31 oktyabr 1997-ci il tarixli Şəhadətnamənin İddiaçı1, İddiaçı2, İddiaçı3,İddiaçı4 və Cavabdeh məxsusluğu barədə mübahisə yoxdur. Yəni, iş məhkəmədə baxılmamalıdır. Ona görə də icraata xitam verilməlidir. Məhkəmə yuхаrıdа göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspublikаsı MPMnin 52, 191, 261.0.q, 262.1, 262.5-ci mаddələrini rəhbər tutаrаq, qərar verdi: İş üzrə icraata xitam verilsin. Qərаrdаddаn 10 (on) gün müddətində Gədəbəy Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Sədrlik edən Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1327/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-1327/2024
29.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver