Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-1432/2024 25.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu İddiaçı “qanun üzrə vərəsəlik hüququnun pozulmasına dair” iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçı xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək belə məzmunda xahiş etmişdir: “Çiçəklənən Respublikamızın Mülki Məcəlləsinin müqəddəs qanunu olan 1159-cu maddəsinin göstərdiyim məmurlar tərəfindən açıqcasına pozulub taptalanmasını qeyri-qanunu arayışların verilməsi, ölümlərindən sonra atamın arxivdən aldığım 20 yanvar küçəsində olan 0,20 ha torpaq sahəsi və 100 kv evin anamın yalnız adına verilmiş k/t təyinatlı 0,25 ha torpağının saxta yolla -Mülki Məcəllənin 1159-cu maddəsinin ziddinə olaraq ələ keçirilərək nəvələrə qeyri-qanuni çıxarışlarla verilərək mənimsənilməsini, dəfələrlə müraciətlərimi göstərdiyim faktları obyektiv araşdırmaqla tədbir görülməsini və mənə notariuslar tərəfindən verilmiş təsdiqlənmiş sənədləri nəzərə almaqla ədalətli qətnamə çıxarılmasını xahiş edirəm.” Aşağıda göstərilənlərə görə məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 149.2.3-cü maddəsinə görə iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi göstərilməlidir. Lakin İddiaçı iddia ərizəsində tələbini göstərməmişdir. İddia əriəsində qeyd olunmuş “tədbir görülməsi” məzmunlu ifadədən İddiaçı nə barədə qərar çıxarılmasını tələb etdiyi aydın deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinə görə iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Yəni sənədlər siyahısı iddia ərizəsinin məzmununa dair qanunun müəyyən etdiyi tələblərdən biridir. Lakin, hazırkı iddia ərizəsində sənədlər siyahısı göstərilməmiş, bununla da iddia ərizəsinin məzmununa dair qanunun tələbi pozulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.1-ci maddəsinə görə iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı göstərilməlidir. İddia ərizəsi Gədəbəy Rayon Məhkəməsinə verilsə də, ərizə Gədəbəy Rayon Məhkəməsinin sədrinə ünvanlanmış, ərizədə Gədəbəy Rayon Məhkəməsinin adı göstərilməmişdir. İddia icraatı qaydasında baxılan işlərdə cavabdeh işdə iştirak edən şəxsdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsində görə iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddia ərizəsində cavabdehin adını və cavabdehin poçt ünvanını ərizədə göstərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən Məhkəmə qərara aldı: İddiaçı “qanun üzrə vərəsəlik hüququnun pozulmasına dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(042)-1432/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-1432/2024
25.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver