Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-17/2025 19.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin paylara uyğun olaraq, naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDK və Reyestri PHŞ-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən 17 yanvar 2024-cü il tarixdə verilmiş Çıxarış əsasında verilmiş 0.3249 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh düşən hissəsinin yer üzərində ölçmə işləri aparılaraq, natura qaydasında bölgüsünün aparılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmiş, iclasın iştirakı olmadan keçirilməsi və iddia tələbinnin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələblərini nəzərə alaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh X1 iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, 17 yanvar 2024-cü il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.3249 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı 6/8 və Cavabdeh 2/8 hissələrdə paylı mülkiyyət hüquqları qeydə alınmışdır. İşdə olan mütəxəssis Arayışı və ekspert Rəyindən görünür ki, xüsusi mülkiyyət hüququ əsasında 2/8 hissədə Cavabdeh və 6/8 hissədə İddiaçı məxsus olan torpaq sahəsindən müstəqil olaraq digər mülkiyyətçilərə maneçelik törətmədən giriş-çıxış sərbəst olaraq, 0.0803 ha olmaqla yerin cənub hissəsindən Cavabdeh Zitrəddin qızının və 0.24093 ha olmaqla yerin şimal hissəsindən İddiaçı paylarının naturada ayrılması texniki cəhətdən mümkündür. İşdə olan sənədlərdən görünür ki, İddiaçı tərəfindən, cəmi, 195 manat məhkəmə xərci çəkilmiş, keçirilmiş ekspertizanın dəyəri isə 50 manatdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin izahatını və iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Rerspublikası Mülki Məcələsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Düzyurd kəndində tərələrin paylı mülkiyyətin 0.3249 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Tərəflər torpaq sahəsinin paylarına uyğun naturada ayrılmasını istəyirlər və bu texniki cəhətdən mümkündür. Ona görə də iddia tələbi təmin edilməli, Gədəbəy rayonu, Düzyurd kəndində tərəflərin paylı mülkiyyətində olan 0.3249 ha torpaq sahəsinin cənub hissəsindən 0.0803 ha ölçüdə Cavabdeh və şimal hissəsindən 0.24093 ha ölçüdə İddiaçı payları naturada ayrılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Gədəbəy rayonu, Düzyurd kəndində tərəflərin paylı mülkiyyətində olan 0.3249 ha torpaq sahəsinin cənub hissəsindən 0.0803 ha ölçüdə Cavabdeh və şimal hissəsindən 0.24093 ha ölçüdə İddiaçı payları naturada ayrılsın. İş üzrə 195 manat məhkəmə xərci Cavabdeh alınaraq, İddiaçı verilsin, 50 manat ekspertiza xərci Cavabdeh tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-17/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-17/2025
19.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver