Məhkəmə qərarları › İş №2(042)-2/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-2/2025

28.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-2/2025 28.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı Müseyb oğlunun nümayəndələri X4 və Vəkil iştirakları ilə İddiaçı Müseyb oğlunın Cavabdeh qarşı hasarın çəkilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Müseyb oğlu cavabeh X2 qarşı cavabdehin Gədəbəy rayonu, Qurudərə kəndində faktiki yaşadığı ev ilə onun həmin kənddəki fərdi yaşayış evi arasındakı məsafənin orta nöqtəsi əsas götürülməklə hər iki evə arasındakı məsafənin orta nöqtəsi boyunca həmin evlərə paralel istiqamətdə orta xətt boyunca və X1 Gədəbəy rayonu, Qurudərə kəndində faktiki yaşadığı evə ümumi kəndarası yoldan giriş-çıxış yeri ilə onun həmin kənddəki fərdi yaşayış evinin ümumi kəndarası yoldan giriş-çıxış yeri arasında təbii qaz xətti borunca ümumi uzunluğu 36,60 m olan məsafənin tən orta nöqtəsindən onun evinə və həyətyanı torpaq sahəmə giriş-çıxış yerinədək onun vəsaiti hesabına hasar çəkilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Müseyb oğlunun nümayəndəsi X4 iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, iddiaçı həyat yoldaşıdır. Onlar Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən xüsusi mülkiyyətlərində olan evədə yaşayirlar. Cavabdeh X3 uzun müddətdir ki, münaqişələr yaradaraq, onlara rahat yaşamağa, təsərrüfatla məşğul olmağa imkan vermir.Münaqişəyə son qoymaq üçün cavabdeh ilə öz evləri arasında hasar çəkdirmək istəyirlər. Lakin cavabdeh buna imkan vermir, onları söyərək təhiqir edir, hasarın çəkilməsinə maneələr törədir.Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının digər nümayəndəsi və vəkili X6 eyniməzmunlu izahat vermiş, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X2 məhkəmə iclasının yerinin və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu,Qurudərə kəndində yerləşən evə və torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş rəyindən görünür ki, İddiaçı öz vəsaiti hesabına X1 Gədəbəy rayonu, Qurudərə kəndində faktiki yaşadığı ev ilə onun həminkənddəki fərdi yaşayış evi arasında məsafənin orta nöqtəsi əsas götürülməklə hər iki ev arasında məsafənin orta nöqtəsi boyunca həmin evlərə paralel istiqamətdə orta xətt boyunca və Cavabdeh Gədəbəy rayonu Qurudərə kəndində faktiki yaşadığı evə ümumi kəndarası yoldan giriş çıxış yeri ilə onun həmin kənddəki fərdi yaşayış evinin ümumi kəndarası yoldan giriş - çıxış yeri arasını təbii qaz xətti boyunca ümumi uzunluğu 36.60 m olan məsafənin tən orta nöqtəsindən onun evinə və həyətyanı torpaq sahəsinə giriş-çıxış yerinədək hasar çəkilməsini tələb etdiyi ərazi ölçülərdən və məsafədən asılı olaraq, Cavabdeh məxsus torpaq sahəsi ilə, həm də bələddiyə mülkiyyətində olan torpaq sahsəi ilə üst-üstə düşür. Mübahisəli ərazidə iddiaçının mülkiyyəti yoxdur. Çəklilməsi tələb edilən hasar cavabdehə və bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Maddənin İİ bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının çəklilməsini tələb edilən hasar iddiaçının deyil, cavabdehin və bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinin ərazisinə düşür. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar