Məhkəmə qərarları › İş №2(042)-211/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-211/2022

28.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-211/2022 28.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili Vəkil, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili X1 iştirakları ilə, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, onun torpağının İddiaçı zəbtdən azad edilməsi, ona məxsus torpaq sahəsində qanunsuz inşa etdiyi tikililərin uçurdulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxış iclası 28 iyul 2022-ci il tarixə, saat 14:30-a təxirə salınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı məhkəmədə ona qarşı həyətyanı torpaq sahəsinin zəbtdən azad edilməsini və qanunsuz inşa edilmiş tikililərin uçurulması tələbinə dair iddia qaldırmışdır. O, isə İddiaçı qarşı torpaq sahəsinin azad edilməsi və tikilinin sökülməsinə dair qarşılıqlı iddia qaldırmışdır. İddiaçı onun qohumudur. O, aralarında olan mübahisəni dayandırmaq istəyir. Ona görə də iddia tələbindən imtina etmək istəyir. O, bu barədə məhkəməyə ərizə də təqdim etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsində göstərilir ki, iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı bir başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Odur ki, iddiadan imtina qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261, 262-264, 268-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar