Məhkəmə qərarları › İş №2(042)-220/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-220/2024

13.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-220/2024 13.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlakın çıxaılması tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus 2 ədəd ağ rəngli qab şkafı, 1 ədəd ağ rəngli güzgü, 1 ədəd ağ rəngli televizor altı, 1 ədəd qəhvəyi rəngli divan, 2 ədəd qəhvəyi rəngli kreslo, divan və kreslo üzləri, 1 ədəd ağ rəngli 6 nəfərlik stol, 6 ədəd ağ rəngli stul, 1 ədəd ağ rəngli uşaq çarpayısı, 1 ədəd ıkı nəfərlik ağ rəngli çarpayı, 1 ədəd ağ rəngli paltar şkafı, 1 ədəd ag rəngli termo, 2 ədəd ağ rəngli tumbuçka, 1 ədəd qəhvəyi-boz rəngli böyük gəvə’ 2 ədəd qəhvəyı-boz rəngli kiçik gəvə, 1 ədəd döşək, 1 ədəd yorğan, 2 ədəd balınc, 3 ədəd silikon əalınc, ədəd sılıkon yorğan, 1 ədəd pələngli odeyal, 1 ədəd ağ rəngli pakrıval, 2 ədəd krem rəngli pərdə, 1 ədəd sandıq, 6 ədəd yorğan üzü, 2 ədəd skatert, 17 ədəd əlüz məhrəbası, 11 ədəd stəkan məhrəbası,! dəst servıs, 2 ədəd yaşıl rəngli meyvə qabı, 1 ədəd yaşıl rəngli konfet qabı, 1 ə əd gul qabı 4 ədəd lepkalı kobfet qabları, 12 ədəd qara rəngli rumka, 1 dəst ağ rəngli qrafın, 1 dəst goy rəngli qrafın, 1 ədəd boşqab, 5 ədəd xrustal stəkan, 1 dəst tort boşqabı, 1 dəst bıçaq dəsti ə ədəd tefal qazan, 3 ədəd şirəli qazan, 7 ədəd kauçuk qaşıq, 7 ədəd şüşə qənd qabı, 1 dəst qaşıq uəstı, 1 ədəd mikser, 1 ədəd ətçəkən maşın, 1 ədəd tozsoran, 1 ədəd elektrik samovarı, 1 ədəd soğan doğrayan maşın, 1 ədəd paltaryuyan maşın, 1 ədəd kofe çəkən maşından ibarət cehiz əşyalarının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, mediasıya xərci olaraq, ödədiyi 60 manat və dövlət rüsumu olaraq ödədiyi 40 (qırx) manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi tələbləri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X1 iddia tələbini müdafiə etmiş və izahat verərək bildirmişdir ki, İddiaçı Cavabdeh ilə 27 avqust 2015-ci il tarixdə nikah bağlayaraq, ailə həyatı qurmuşlar. Onların birgə ailə münasibətlərindən 05 aprel 2017-ci il tarixdə X4 və 30 noyabr 2018-ci il tarixdə X2 doğulmuşdur. Cavabdeh iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş, özünə məxsus əşyaları evə cehiz gətirmişdir. Sonradan tərəflər aralarında baş verən narazılıqlara görə ayrılmışlar. Cavabdeh hazırda Gədəbəy rayonu, Slavyanka kəndində valideynlərinə məxsus evdə yaşayır. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh əşyalarını aparmamışdır. Cavabdehə məxsus əşyaların evdə qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki,o, cehiz əşyalarının çıxarılmasına razıdır, lakin bunu icra məmurunun iştirakı ilə edilməsini istəyir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasənişdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Arayışdan görünür ki, Həsənov X5 şəhəri ərazisində yaşayır. İşdə olan Çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi vardır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(042)-549/2023 saylı qətnamədən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı istifadə hüququnun tanımması və evə köçürülmə tələblərinə dair ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını və işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ilə nikah bağlamış, özünə məxsus əşyaları iddiaçının evinə aparmışdır. Sonradan İddiaçı ilə Cavabdeh arasında ailə münasibətləri pozulmuş, cavabdeh iddiaçının evindən çıxmış, lakin ona məxsus əşyalar iddiaçının evində qalmışdır. Cavabdehin iddiaçının mülkiyyətində olan evə istifadə hüququ tanınmamışdır. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh məxsus cehiz əşyaları İddiaçı evindən çıxarılmalıdır. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilənlərə nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbləri təmin edilsinlər. Cavabdeh məxsus 2 ədəd ağ rəngli qab şkafı, 1 ədəd ağ rəngli güzgü, 1 ədəd ağ rəngli televizor altı, 1 ədəd qəhvəyi rəngli divan, 2 ədəd qəhvəyi rəngli kreslo, divan və kreslo üzləri, 1 ədəd ağ rəngli 6 nəfərlik stol, 6 ədəd ağ rəngli stul, 1 ədəd ağ rəngli uşaq çarpayısı, 1 ədəd ıkı nəfərlik ağ rəngli çarpayı, 1 ədəd ağ rəngli paltar şkafı, 1 ədəd ag rəngli termo, 2 ədəd ağ rəngli tumbuçka, 1 ədəd qəhvəyi-boz rəngli böyük gəvə’ 2 ədəd qəhvəyı-boz rəngli kiçik gəvə, 1 ədəd döşək, 1 ədəd yorğan, 2 ədəd balınc, 3 ədəd silikon əalınc, ədəd sılıkon yorğan, 1 ədəd pələngli odeyal, 1 ədəd ağ rəngli pakrıval, 2 ədəd krem rəngli pərdə, 1 ədəd sandıq, 6 ədəd yorğan üzü, 2 ədəd skatert, 17 ədəd əl-üz məhrəbası, 11 ədəd stəkan məhrəbası,! dəst servıs, 2 ədəd yaşıl rəngli meyvə qabı, 1 ədəd yaşıl rəngli konfet qabı, 1 ə əd gul qabı 4 ədəd lepkalı kobfet qabları, 12 ədəd qara rəngli rumka, 1 dəst ağ rəngli qrafın, 1 dəst goy rəngli qrafın, 1 ədəd boşqab, 5 ədəd xrustal stəkan, 1 dəst tort boşqabı, 1 dəst bıçaq dəsti ə ədəd tefal qazan, 3 ədəd şirəli qazan, 7 ədəd kauçuk qaşıq, 7 ədəd şüşə qənd qabı, 1 dəst qaşıq uəstı, 1 ədəd mikser, 1 ədəd ətçəkən maşın, 1 ədəd tozsoran, 1 ədəd elektrik samovarı, 1 ədəd soğan doğrayan maşın, 1 ədəd paltaryuyan maşın, 1 ədəd kofe çəkən maşın İddiaçı ünvan 5 ünvanında yerləşən evindən çıxarılsın. Ödənilmiş 40 manat dövlət rüsumu və 60 manat mediasiya xərci Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar