Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-239/2023 31.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2 və Cavabdeh1 qarşı payların naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2 və Cavabdeh1 qarşı Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə verilmiş Dövlət Aktına əsasən 1,52 ha pay torpaq sahəsinin cavabdehlər X2 və Cavabdeh1 düşən hissəsinin yer üzərində natura qaydasında bölgüsünün aparılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində onlara və cavabdehlərə 1,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdehlərlə münasibətləri pisdir. Cavabdehlər onlara torpaq sahəsindən istifadə etməyə imkan vermirlər. Mübahisəni öz aralarında həll etmək mümkün deyildir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə etmiş, eyniməzmunlu izahat vermiş, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər X2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə verilmiş Torpağa Mülkiyyət Hüququna X5 surətindən görünür ki, İddiaçı1, İddiaçı2 Lətif oğlu, X1 və Cavabdeh1 Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində 1,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçıların izahatlarını və işdə olan sənədləri təhqiq edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflərin Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində yerləşən torpaq sahəsinə ümumi birgə mülkiyyət hüquqları var. Lakin paylar müəyyən edilməmişdir. Paylar müəyyən edilmədiyi üçün onların naturada ayrılması da mümkün deyildir. Yəni, əvvəlcə tərəflərin ümumi birgə mülkiyyətdə payları müəyyən edilməli, sonra müəyyən edilmiş payların ayrılması məsələsi həll edilməlidir. Ona görə də iddia tələbləri qismən təmin edilməli, mülkiyyətçilərin Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində bərabər hissələrdə paylarının olması nəzərə alınmalı və hər birinin 1/4 hissdə payları müəyyən edilməlidir. İş materiallarından görünür ki, iddiaçılar tərəfindən məhkəmədə işə baxılması ilə əlaqədar cəmi, 195 manat xərcləri olmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, iddiaçılar tərəfindən ödənilmiş 195 manat məhkəmə xərcinin əvəzi cavabdehlərdən alınaraq, iddiaçılara verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbbyacan Respublikası MPMnin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı1, İddiaçı2, X2 və Cavabdeh1 Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə verilmiş Torpağa Mülkiyyət Hüququna X6 əsasən Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində yerləşən 1,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə hər birinin 1/4 hissədə payları müəyyən edilsin. İş üzrə cəmi, 195 manat məhkəmə xərci X2 və Cavabdeh1 alınaraq, İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-239/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-239/2023
31.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver