Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-24/2021 02.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “vətəndaşlıq vəziyyəti aktları kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 21.10.2003-cü il tarixdə Gədəbəy rayonunun Arıqıran kəndində anadan olmuş X2 adına Gədəbəy rayon X4 Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 716 N-ilə qeyd edilmiş, (ilkin akt qeydləri kitabında ana qrafasında) 27.11.2018-ci il tarixli AZ İV V-180826 saylı doğum şəhadətnaməsi ilkin doğum haqqında şəhadətnamənin düzəliş edilərək oğlu Nurlana veriləcək yeni doğum haqqında şəhadətnamədə onun doğum tarixinin 21.10.1994-cü il kimi qeyd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, onun oğlu X7 21.10.1994-cü il tarixdə ev şəraitində anadan olmuşdur. Həmin vaxt ona doğum haqqında şəhadətnamə almamış və eləcə də heç yerdə qeydiyyata aldırmamışdır. Bununla yanaşı heç vaxt məktəbə getməyib və təhsil yoxdur. Yazı-pozu bilmir. 2018-ci il tarixdə oğlu Nurlan ailə qurmuş və həmin vaxt sənədləri lazım olmuşdur. O, savadsız olduğundan oğluna aldığı doğum doğum haqqında şəhadətnamədə doğum tarixi kimi “21.10.2003-cü il” edilmişdir. Bununla bağlı Maraqlı şəxs tərəfindən 27.11.2018ci il tarixli AZ İV V-180826 saylı doğum haqqında şəhadətnamə verilmişdir. O, doğum haqqında şəhadətnamədə düzəliş edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, oğlunun adına verilmiş doğum haqqında şəhadətnamənin düzəlməsi mümkün olmamışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdu. Maraqlı şəxs Gədəbəy rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 doğum tarixi “21.10.2003-cü il” kimi qeyd edilmiş, atası qrafasında X8, anası qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 08.05.2021-ci il tarixli, 11/91 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəydən görünür ki, X7 əqli və psixi inkişafına, ümumi dünyagörüşünə, yaşlılıq hissi və meylinin formalaşmasına və mənlik şüurunun səviyyəsinə görə hal-hazırda 25-27 yaş aralığına uyğun gəlir. İş materiallarına əlavə edilmiş 26.04.2021-ci il tarixli, 73 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X6 Anatomiya Elmi təcrübi və tədris birliyi tərəfindən verilmiş rəydən görünür ki, X2 müəyyən edilmiş yaş həddi 25-30 ilə uyğun gəlir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, X7 21.10.1994-cü il tarixdə anadan olmuşdur. Onun doğum şəhadətnaməsini 27.11.2018-ci il tarixə almışlar. Bu fakt iş materiallarında olan 26.04.2021-ci il tarixli, 73 saylı ekspert rəyi ilə də öz təsdiqini tapır. Həmin ekspert rəyinə görə X2 müəyyən edilmiş yaş həddi 25-30 yaşa uyğun gəlir. Bu isə X2 1994-cü ildə doğulmasını təsdiq edir. Odur ki, qeyd olunan texniki səhv, yəni Maraqlı şəxs tərəfindən X5 verilmiş 27.11.2018-ci il tarixli, 716 nömrəli doğum şəhadətnaməsində qeyd edilmiş doğum tarixi 21.10.1994-cü il kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, X7 doğum haqqında şəhadətnamədə olan “21.10.2003-cü il” tarixi sözügedən sənəddə texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-nin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işələrə baxır. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 70 manat məbləğində məhkəmə məsrəfləri Ərizəçi aid edilməlidir. Məhkəmə sadalanan hüquq normalarının tələblərinə uyğun olaraq, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında X2 doğum tarixi barədə qeydin düzgün olmaması müəyyən edilsin. X2 doğum akt qeydində onun doğulduğu tarix qrafasında düzəliş aparılaraq onun doğum tarixi kimi qeyd edilmiş “21 oktyabr 2003-cü il” tarixi “21 oktyabr 1994-cü il” kimi qeyd olunsun. Qalan qeydlər olduğu kimi saxlanılsın. Düzəliş aparıldıqdan sonra X5 yeni doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 70 manat məbləğində məhkəmə məsrəfi Ərizəçi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ41NABZ********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-24/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-24/2021
02.07.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver