Məhkəmə qərarları › İş №2(042)-265/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-265/2022

10.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-265/2022 10.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçı X9 nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və onun qanuni nümayəndəsi X8 iştirakları ilə, iddiaçı X9 cavabdehlər Cavabdeh2, Cavabdeh1, üçüncü şəxslər ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə və Gədəbəy Rayon Notariat Ofisinə qarşı çıxarışın etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 üçüncü şəxslər ƏMDK yanında DƏDRXnin 11 saylı Ərazi İdarəsinə və Gədəbəy Rayon Notariat Ofisinə qarşı ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən mərhum X17 adına Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinə dair verilmiş 17.12.2007-ci il tarixli, **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməsi, həmin çıxarış əsasında X10 qalmış miras əmlak hesab edilən – Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinə dair Gədəbəy rayon notariat ofisi tərəfindən verilmiş 17.01.2019-cu il tarixli, reyestrdə 2V-22, 2V-23, 2V-23, 2V-25 və 2V-26 № ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mərhum nənəsi X11 qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən ibarət miras əmlakın qəbulu üçün nəzərdə tutulmuş müddətin uzadılmaqla həmin mirasın vəsiyyətnamə üzrə vərəsə olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras üzərində vərəsəlik hüququnun tanınması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X9 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, iddiaçının mərhum atası X10 onun birgə nikahından üç övladı doğulmuşdur. Ana nənəsi X18 adına Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan 2001-2005-ci illərə dair Slavyanka kənd İƏD üzrə nümayəndəliyin 03 saylı təsərrüfatbaşına kitabının 477-ci şəxsi hesabında 0.25 ha həyətyanı torpaq sahəsi və 1986cı ildə tikilmiş ümumi sahəsi 48 kv.m, yaşayış sahəsi 36 kv.m olan yaşayış evi qeyd edilmişdir. X3 Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən evini iddiaçıya vəsiyyət etmişdir. Bu barədə 19 iyun 1999-cu il tarixdə X27 tərəfindən Gədəbəy Rayon Notariat Kontorunda onun adına vəsiyyət qoyulmuşdur. Həmçinin, həmin mülkə faktiki olaraq o, sahiblik etmişdir. Həmin evin yerləşdiyi 0.25 ha həyətanı torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10.04.2001-ci il tarixli, 05 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmişdir. Bu barədə keçmiş Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən adıma 24.05.2006-cı il tarixli, JN-602D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. X27 02.02.2002-ci il tarixdə vəfat etmişdir. Lakin iddiaçının atası X4, yəni 2007-ci ildə nənəsi X18 adına qeyd edilmiş 0.25 ha həyətyanı torpaq sahəsində yerləşmiş ümumi sahəsi 662 kv.m olan yaşayış evinə sahiblik, istifadə və sərəncam vermə faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə xüsusi icraat qaydasında ərizə vermiş, Gədəbəy Rayon Məhkəməsinin 2-160 2007 saylı iş üzrə 17 iyul 2007-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Gədəbəy rayonunun Slavyanka kəndində mərhum X18 adına qeyd edilmiş 0.25 ha həyətyanı torpaq sahəsində yerləşmiş ümumi sahəsi 662 kv.m olan yaşayış evinə görə X17 mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahibliyi, ondan istifadə etməsi və onun barəsində sərəncam verməsi faktı müəyyən edilmiş, həmin yaşayış evinə X17 mülkiyyətçi tanınması və həmin yaşayış evinə görə X21 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsinin AR DƏDRX-nin Şəmkir Rayon Ərazi İdarəsinin Gədəbəy Rayon Şöbəsinə tapşırılması qət edilmişdir. Bundan sonra X17 adına həmin əmlaka, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinə dair 17.12.2007-ci ildə ƏMDK yanında DƏDRX-nin Şəmkir Ərazi idarəsi tərəfindən **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçının mərhum atası X28 12.08.2018-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Gədəbəy rayon notariat ofisi tərəfindən X10 miras qalmış əmlak kimi Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinə dair 17.01.2019-cu il tarixli, reyestrdə 2V-22, 2V- 23, 2V-23, 2V-25 və 2V-26 № ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, həmin şəhadətnamələrə görə sözügedən mirasdan X17 vərəsələri olaraq İddiaçı X1, X19, Abdullayeva Sevgi Nazim qızının və Cavabdeh2 hər birinin 1/5 hissə payı müəyyən edilmişdir. Bundan sonra iddiaçı maraqlarına toxunan şəxs kimi Gədəbəy Rayon Məhkəməsində baxılmış 2-160/2007 saylı mülki iş üzrə itirilmiş məhkəmə icraatının tam və ya qismən bərpa edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli,2(042)-322/2020 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsində baxılmış 2- 160/2007 saylı mülki iş üzrə itirilmiş məhkəmə icraatının qismən bərpa edilməsi və Gədəbəy Rayon Məhkəməsində baxılmış 2-160/2007 saylı mülki iş üzrə qətnamənin bərpa edilməsi qət edilmişdir. Həmçinin, Gədəbəy Rayon Məhkəməsində baxılmış 2-160/2007 saylı mülki iş üzrə qətnamədən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(104)-3169/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 17 iyul 2007-ci il tarixli 2-160/2007 saylı qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmış, ərizəçi X17 hüquqi varislərinə işin baxılmasına maneçilik törədən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müracət etmək hüququ izah edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 17 iyul 2007-ci il tarixli 2-160/2007 saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(104)-3169/2021 saylı qərardadı ilə ləğv edildiyinə görə həmin qətnamə əsasında ƏMDK yanında DƏDRX-nin Şəmkir Ərazi idarəsi tərəfindən mərhum X17 adına verilmiş 17.12.2007ci il tarixli, **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməli, həmçinin, həmin çıxarış əsasında X10 qalmış miras əmlak hesab edilən – Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinə dair Gədəbəy rayon notariat ofisi tərəfindən verilmiş 17.01.2019-cu il tarixli, reyestrdə 2V-22, 2V-23, 2V-23, 2V-25 və 2V-26 № ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, sözügedən daşınmaz əmlak – Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi X27 tərəfindən miras qalmış əmlak kimi vəsiyyətnamə üzrə iddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və həmin miras üzərində vərəsəlik hüququ tanınmalıdır. Ona görə də, iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, mərhum atası X28 mübahisəli evi öz zəhməti ilə tikdirmişdir. Ev ikimərtəbəlidir. Ümumi sahəsi təxminən 650 kv.m-dir. İddiaçıların həmin evdən miras payları yoxdur. Həmçinin mərhum atasının Rusiya Federasiyasında 4 otaqlı fərdi yaşayış evi olmuşdur. Həmin ev hazırda iddiaçının sahibliyində qalmışdır. İddiaçı onun atasının sağlığında heç zaman ev tələbi etməmişlər. Mərhum atası öldükdən sonra iddiaçı mübahisəli evin, guya, X11 miras qalmasını bildirərək, həmin evdən pay istəmişlər. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 və onun qanuni nümayəndəsi X13 eyniməzmunlu izahat vermiş, iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxslər ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə və Gədəbəy Rayon Notariat Ofisinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə iştirak etməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan 19.07.1999-cu il tarixli Vəsiyyətnamənin surətindən görünür ki, X7 rayonunun Slavyanka kəndində yerləşən özünə məxsus fərdi yaşayış evini və ev əşyalarını X22 vəsiyyət etmişdir. İşdə olan X15 surətindən görünür ki, X29 15.07.1985-ci il tarixdə doğulmuş, atası qrafasında X28, anası qrafasında Nümayəndə qeyd edilmişdir. İşdə olan X15 surətindən görünür ki, X25 15.11.1989-cu il tarixdə doğulmuş, atası qrafasında X28, anası qrafasında Nümayəndə qeyd edilmişdir. İşdə olan X15 surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə doğulmuş atası qrafasında X28, anası qrafasında Nümayəndə qeyd edilmişdir. İşdə olan Arxiv Arayışından görünür ki, X18 adına Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan 2001-2005-ci illərə aid Dlavyanka kənd İƏD üzrə nümayəndəliyinin 03 saylı təsərrüfatbaşına kitabının 477-ci şəxsi hesabında 0.25 ha həyətyanı torpaq sahəsi və 1986-cı ildə tikilmiş ümumi sahəsi 48 kv.m yaşayış sahəsi 36 kv.m olan yaşayış evi qeyd edilmişdir. İşdə olan Arxiv Arayışından görünür ki, 1980-1982-ci illərə dair Gərgər kənd XDS İK-nin 5 saylı təsərrüfatbaşına kitabın 324-cü şəxsi hesabında X14 adına təsərrüfat işi açılmış və ailə üzvləri ilə birlikdə qeyd edilmişdir. İşdə olan X20 surətindən görünür ki, X28 12.07.2018-ci il tarixdə ölmüşdür. İşdə olan Qanun üzrə X6 surətlərindən görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.25 ha torpaq sahəsinə Cavabdeh2, Cavabdeh1, X23, X21 və İddiaçı 1/5 hissədə vərəsəlik şəhadətnamələri verilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 2-160 2007 saylı, 17 iyul 2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilmiş, Gədəbəy rayonunun Slavyanka kəndində mərhum X18 adına qeyd edilmiş 0.25 ha həyətyanı torpaq sahəsində yerləşmiş ümumi sahəsi 662 kv.m olan yaşayış evinə görə X17 mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahibliyi, ondan istifadə etməsi və onun barəsində sərəncam verməsi faktı müəyyən edilmiş, həmin yaşayış evinə X17 mülkiyyətçi tanınması və həmin yaşayış evinə görə X21 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsinin AR DƏDRX-nin Şəmkir Rayon Ərazi İdarəsinin Gədəbəy rayon şöbəsinə tapşırılması qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(104)- 3169/2021 saylı qərardadının surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 2-160 2007 saylı, 17 iyul 2007-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 17 iyul 2007-ci il tarixli 2-160/2007 saylı qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmış, ərizəçi X17 hüquqi varislərinə işin baxılmasına maneçilik törədən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müracət etmək hüququ izah edilmişdir. İşdə olan Arayışdan görünür ki, X27 01.02.2002-ci il tarixdə Gədəbəy rayonunun Qarıkənd kəndində ölmüşdür. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10.04.2001-ci il tarixli 05 saylı qərarı ilə X22 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan MH ******* saylı Çıxarışın surətindən görünür ki, X17 Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.25 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X17 adına dövlət reyestrində 1 nömrəli reyestr kitabının 105 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan müqavilənin surətindən görünür ki, 1986-cı il tarixdə divarları daşdan hörülmüş üstü şiferlə örtülmüş yaşayış sahəsi 121.6 kv.m., o cümlədən yaşayış sahəsi 53 kv.m olan, iki mərtəbəli, iki yaşayış otağından ibarət olan fərdi yaşayış evini X30 X2. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 13-cü mаddəsinin İ hissəsinə əsаsən Аzərbаycаn Rеspublikаsındа mülkiyyət tохunulmаzdır və dövlət tərəfindən müdаfiə оlunur. Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinə əsаsən hər kəsin mülkiyyət hüququ vаrdır. Mülkiyyət hüququ, о cümlədən хüsusi mülkiyyət hüququ qаnunlа qоrunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbаşınа və yа bаşqаlаrı ilə birlikdə əmlаkа sаhib оlmаq, əmlаkdаn istifаdə еtmək və оnun bаrəsində sərəncаm vеrmək hüquqlаrındаn ibаrətdir. Hеç kəs məhkəmənin qərаrı оlmаdаn mülkiyyətindən məhrum еdilə bilməz. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsаsən mülkiyyət hüququ-subyеktin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 157.1-ci mаddəsinə əsаsən mülkiyyətçinin mülkiyyət hüququnun tаnınmаsını tələb еtmək hüquq vаrdır. Məcəllənin 240.2-ci mаddəsinə əsаsən tоrpаq sаhəsinin mülkiyyətçisi özünə mənsub sаhədə ucаldılmış və yа yаrаdılmış binаyа, qurğuyа və digər dаşınmаz əmlаkа mülkiyyət hüququ əldə еdir. Məcəllənin 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Məcəllənin 1176.1-ci maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölэüsünün ümumi qаydаsını müəyyən еdir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə эörə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlduğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, iddiaçının mərhum atası X28 anası Nümayəndə ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından üç övladları doğulmuşdur. Nümayəndə anası, yəni iddiaçının nənəsi X18 adına Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan 2001-2005-ci illərə dair Slavyanka kənd İƏD üzrə nümayəndəliyin 03 saylı təsərrüfatbaşına kitabının 477-ci şəxsi hesabında 0.25 ha həyətyanı torpaq sahəsi və 1986-cı ildə tikilmiş ümumi sahəsi 48 kv.m, yaşayış sahəsi 36 kv.m olan yaşayış evi qeyd edilmişdir. X7 rayonu, Slavyanka kəndində yerləşən evini iddiaçıya vəsiyyət etmişdir. Bu barədə 19 iyun 1999-cu il tarixdə X27 tərəfindən Gədəbəy Rayon Notariat Kontorunda onun adına vəsiyyət tərtib edilmişdir. Həmin evin yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10.04.2001-ci il tarixli, 05 saylı qərarı ilə iddiaçıya verilmişdir. X27 02.02.2002-ci il tarixdə vəfat etmişdir. Lakin iddiaçının atası X28 2007-ci ildə X18 adına qeyd edilmiş 0.25 ha həyətyanı torpaq sahəsində yerləşmiş ümumi sahəsi 662 kv.m olan yaşayış evinə sahiblik, istifadə və sərəncam vermə faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin 2-160 2007 saylı, 17 iyul 2007-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Gədəbəy rayonunun Slavyanka kəndində mərhum X18 adına qeyd edilmiş 0.25 ha həyətyanı torpaq sahəsində yerləşmiş ümumi sahəsi 662 kv.m olan yaşayış evinə görə X17 mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahibliyi, ondan istifadə etməsi və onun barəsində sərəncam verməsi faktı müəyyən edilmiş, həmin yaşayış evinə X17 mülkiyyətçi tanınması və həmin yaşayış evinə görə X21 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsinin AR DƏDRX-nin Şəmkir Rayon Ərazi İdarəsinin Gədəbəy Rayon Şöbəsinə tapşırılması qət edilmişdir. Bundan sonra X21 həmin əmlaka dair 17.12.2007-ci ildə ƏMDK yanında DƏDRX-nin Şəmkir Ərazi idarəsi tərəfindən **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçının atası X28 12.08.2018-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Gədəbəy rayon notariat ofisi tərəfindən X10 miras qalmış əmlak kimi Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.25 ha torpaq sahəsinə dair 17.01.2019-cu il tarixli, reyestrdə 2V-22, 2V- 23, 2V-23, 2V-25 və 2V-26 № ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, həmin şəhadətnamələr əsasında mirasdan X17 vərəsələri olaraq İddiaçı X1, X19, Abdullayeva Sevgi Nazim qızının və Cavabdeh2 hər birinin 1/5 hissə paylar müəyyən edilmişdir. Bundan sonra iddiaçı Gədəbəy Rayon Məhkəməsinin 2- 160/2007 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş Gəncə Apellyasiya Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(104)-3169/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 17 iyul 2007-ci il tarixli 2- 160/2007 saylı qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmış, ərizəçi X17 hüquqi varislərinə işin baxılmasına maneçilik törədən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müracət etmək hüququ izah edilmişdir. Məhkəmə iddia tələblərinin çıxarışın etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi tələblərinə münasibət bildirərək, belə nəticəyə gəlir ki, X17 mülkiyyət hüququ Gədəbəy Rayon Məhkəməsinin 17 iyul 2007-ci il tarixli 2-160/2007 saylı qətnaməsi əsasında qeydiyyata alınmışdır. X17 ölümü ilə miras açılmış, onun beş övladına qanun üzrə vərəsəlik şəhadətnamələri verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(104)-3169/2021 saylı qərardadı ilə Gədəbəy Rayon Məhkəməsinin 17 iyul 2007-ci il tarixli 2-160/2007 saylı qətnaməsi ləğv edildiyi üçün həmin qətnamə əsasında ƏMDK yanında DƏDRX-nin Şəmkir Ərazi idarəsi tərəfindən mərhum X17 adına verilmiş 17.12.2007-ci il tarixli, **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeydiyyat vərəqi ləğv edilməli, həmçinin, həmin çıxarış əsasında X10 qalmış miras əmlak hesab edilən Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinə dair Gədəbəy rayon notariat ofisi tərəfindən verilmiş 17.01.2019-cu il tarixli, reyestrdə 2V-22, 2V-23, 2V-23, 2V-25 və 2V-26 № ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməlidir. İddiaçının digər iddia tələbi mərhum nənəsi X11 qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən ibarət miras əmlakın qəbulu üçün nəzərdə tutulmuş müddətin uzadılmaqla həmin mirasın vəsiyyətnamə üzrə vərəsə olaraq, onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras üzərində vərəsəlik hüququnun tanınmasıdır. Tələblə əlaqədar məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı mirası qəbul etmə müddətinin uzadılması, həmçinin mərhum nənəsi X11 hər hansı əmlakının qalması barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı X24 1986-cı ildə tikilmiş ümumi sahəsi 48 kv.m, yaşayış sahəsi 36 kv.m olan yaşayış evinin məxsus olması müəyyən edilmişdir. Lakin ikimərtəbəli, üçotaqlı, 87.5 kv.m yaşayış və 577.5 kv.m köməkçi sahəsi olan ev X24 məxsus olmamış, X28 tərəfindən tikintisi başlanılmış və tikintisi hələ başa çatmamışdır. Ona görə də iddia tələbləri qismən təmin edilməli, ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən mərhum X17 adına Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinə dair verilmiş 17.12.2007-ci il tarixli, **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış etibarsız hesab edilməli, həmin çıxarış əsasında X10 qalmış miras əmlak hesab edilən – Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinə dair Gədəbəy rayon notariat ofisi tərəfindən verilmiş 17.01.2019-cu il tarixli, reyestrdə 2V- 22, 2V-23, 2V-23, 2V-25 və 2V-26 № ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli və iddia tələbləri qalan hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də ödənilmiş dövlət rüsumunun iddia tələblərinin təmin edilmiş hissələrinə münasibətdə cavabdehlərdən tutularaq, iddiaçıya verilməli, təmin edilməmiş hissəsinə münasibətdə iddiaçıya aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbləri qismən təmin edilsin. ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən mərhum X17 adına Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinə dair verilmiş 17.12.2007-ci il tarixli, **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış etibarsız hesab edilsin. Həmin çıxarış əsasında X10 qalmış miras əmlak hesab edilən – Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinə dair Gədəbəy rayon notariat ofisi tərəfindən verilmiş 17.01.2019-cu il tarixli, reyestrdə 2V- 22, 2V-23, 2V-23, 2V-25 və 2V-26 № ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 67 manat hissəsi Cavabdeh2 və Cavabdeh1 alınaraq, X16 verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar