Məhkəmə qərarları › İş №2(042)-296/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-296/2022

27.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-296/2022 27.01.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinin əsassız hesab edilməsi və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi tələblərinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinin əsassız hesab edilməsi və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələbinə görə ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 155.1; 152.1.1. və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məcəllənin 153.2. və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, iddiaçının tələblər məhkəmə qaydasında baxılmalı deyil, iddiaçı cavabdehin verdiyi iddia ərizəsinə qarşılıqlı iddia ərizəsi verə bilər və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan şikayət verə bilər. Ona görə də ərizə əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 149, 152, 153,263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinin əsassız hesab edilməsi və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığı üçün geri qaytarışın. İddiaçı izah edilsin ki, cavabdehin verdiyi iddia ərizəsinə qarşılıqlı iddia ərizəsi verə bilər və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan şikayətlə müvafiq məhkəməyə müraciət etməlidir. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar