Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-327/2022 27.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məmmədli qızı və Cavabdeh3 qarşı cavabdehlər tərəfindən tikilmiş daş hasarın onların hesabına sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məmmədli qızı və Cavabdeh3 qarşı DƏDRX-nin Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 13.04.2021-ci il tarixli, ********** reyestr nömrəli çıxarışa əsasən, İddiaçı adına qeydə alınmış, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, ümumi sahəsi 138.40 kv.m olan qeyri-yaşayış binasının cavabdehlərin yaşadığı evə gedən yol hissəsinə düşən iki ədəd pəncərisinin qarşısını kəsən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məmmədli qızı və Cavabdeh3 tərəfindən tikilmiş daş hasarın onların hesabına sökülüb 2 metr kənara çəkilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak X1 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 13.04.2021-ci il tarixli, ********** reyestr nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, ümumi sahəsi 138.40 kv.m olan qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 0.01 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmışdır. Qeyri-yaşayış binası çayxana kimi fəaliyyət göstərir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmmədli qızı məhkəmədə iddia qaldıraraq Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, onlara məxsus olan evə və həyətyanı torpaq sahəsinə İddiaçı tərəfindən edilən cürbəcür qanunsuz təsirlərə qadağa qoyulması, yəni onlara məxsus olan evə və həyətyanı torpaq sahəsinə gedən yola cavabdeh İddiaçı tərəfindən edilən maneələrin aradan qaldırılması, aparılmış tikilinin onların evinin həyətinə açılan pəncərəsinin bağlanması, ərazidə nəzərdə tutulmuş ümumi istifadədə olan tualetə onlara məxsus evin darvazasınının qarşısından gedən yolun bağlanması, aparılmış qanunsuz tikintinin sökülərək həmin tualetə gedən, əvvəllər mövcud olmuş yolun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 2(042)-44/2021 saylı qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 məxsus həyətin darvazasının bərpa edilməsinə maneələrin yaradılması, yolun daralmasına səbəb olan hərəkətlərin edilməsi qadağan edilmiş, ictimai tualetə Cavabdeh1 və Cavabdeh2 məxsus həyət tərəfindən gedən yolun bağlanılması qət edilmişdir. Cavabdehlərin ona qarşı obyektinin cavabdehlərin evinin həyətinə açılan pəncərənin bağlanması barədə iddia tələbi rədd edilmişdir. Lakin cavabdehlər onun pəncərəsini sındırıb ona maddi ziyan vurduqlarına görə pəncərəni bağlamışdır. Hazırda cavabdehlər ona həmin pəncərəni açmağa imkan vermir. Eləcə də cavabdehlər pəncərənin qarşısından keçən avtomobil yoluna metal tor setka çəkərək pəncərələrinin qarşısını tamamilə kəsmişdilər. Ona görə də cavabdehlər tərəfindən ona məxsus qeyri-yaşayış binasının əvvəllər mövcud olmuş pəncərələrinin açılmasına yaradılan maneələrin aradan qaldırılması, eləcə də həmin pəncərələrin qarşısına cavabdehlərin çəkdiyi metal tor setkanın cavabdehlərin hesabına sökülməsi barədə məhkəməyə müraciət etmişdir. Gədəbəy rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli, 2(042)-911/2021 saylı qətnaməsi ilə ona məxsus binanın iki ədəd pəncərəsinin açılmasına Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılan maneələrə qadağa qoyulması və metal torun sökülməsi qət edildi. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldi. Qətnamənin icrası ilə əlaqədar icra işləri aparıldı və cavabdehlərin onun obyektinin qarşısına çəkdikləri metal tor hasar sökülmüşdür. Bundan sonra cavabdehlər yenə də öz qanunsuz əməllərindən əl çəkməyərək metal tor hasarın söküldüyü yerə özbaşına olaraq 40 sm enində, 60 sm hündürlüyündə, təxminən 10-15 m uzunluğunda əhəng daşılarından hasar çəkdi. Hal-hazırda həmin hasar yenə də ona öz obyektindən maneəsiz istifadə etməyə imkan vermir, həmçinin pəncərələrin açılmasına maneələr yaradır və orada hər hansı iş aparmağı mümkünsüz edir. Cavabdehlər tərəfindən çəkilmiş daş hasarla onun obyektinin divarı arasında maksimum 10 sm məsafə vardır. Bu məsafədə olan aralıqda heç bir iş aparmaq mümkün deyil. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh2 Məmmədli qızı məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, məhkəmə qətnamələri ilə müəyyən edilmiş icra sənədləri icra edilmiş və həmin icra sənədlərinə əsasın öz həyətinə gedən avtomobil yolunu hasarlamışdır. Tikilmiş hasarla iddiaçıya məxsus binanın arasında məsafə 65 sm-dir. Bundan başqa iddiaçıya məxsus binanın pəncərələri daş hasardan hündürdə yürləşir və hasar pəncərələrin qarşısını bağlamır. Yəni, iddiaçının mülkiyyətinə heç bir maneə yaratmamışdır. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə işdə iştirak etməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli, 2(042)911/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı məxsus binanın iki ədəd pəncərəsinin açılmasına Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılan maneələrə qadağa qoyulsun və metal tor sökülməsi qət edilmişdir. İşdə olan çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.01 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 138.40 kv.m olan qeyriyaşayış binası İddiaçı məxsusdur. İşdə olan fotoşəkildən görünür ki, iddiaçıya məxsus binanın pəncərələrinin qarşısı kəsilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаyqаsını müəyyən еqir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlquğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməliqir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə, sübutetmə vəzifəsi üzərinə düşməsinə baxmayaraq, iddiaçı cavabdehə məxsus daş hasarın onun mülkiyyətində olan torpaq sahəsində tikilməsi, və bu hasarın onun mülkiyyətində olan binanın pəncərələrinin qarşısını kəsməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbləri təmin edilməməlidir. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Qət etdi: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-327/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-327/2022
27.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver