Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-360/2021 03.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Subaru Forester” markalı 90AD-275 dövlət nömrə qeydiyyat nişanlı avtobusa vurulmuş maddi ziyan ödənilmiş məbləğdə qalan 2680 manatın və 30 manat dövlət rüsumunun, Cavabdeh tutularaq “xxxx” ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “Subaru Forester” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də AZ/MİC/17/0103 nömrəli şəhadətnamə ilə 14.12.2017-ci il tarixdən 13.12..2018-cİ il tarixədək “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” ilə sığortalanmışdır. Cavabdeh 30.04.2018-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri General Şixlinski küçəsi ilə idarə etdiyi “Cadillac” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək, “R.İ.S.K Elm İstehsalat Şirkəti”nə məxsus olan “Subaru Forester” markalı **-AD-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Hadisə Xətai RPİ tərəfindən qeydə alınmış, Cavabdeh barəsində AP ******* saylı 30.04.2018-ci il tarixli İXM-nin 327.1 -ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 30.04.2018-ci il tarixli qərar qəbul olunmuşdur. Avtomobil təmiri üzrə mütəxəssis fərdi sahibkar X4 tərəfindən “Subaru Forester” markalı **-AD-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək, avtomobilə vurulmuş ziyan 7780 manat məbləğində müəyyən edilib, “xxxx” ASC sığorta ödənişi kimi avtomobili təmir edən X1 bank hesabına iki dəfəyə (5323 və 2457 manat) ümumilikdə 7680 manat ödəmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi zamanı cavabdeh hadisə yerindən yayındığı üçün üçüncü şəxsin əmlakına, avtomobilə vurulmuş zərərə görə “Subaru Forester” markalı **-AD-*** markalı avtomobilin sahibinə 7780 manata görə İddiaçı ASC-nin cavabdehdən həmin məbləği subqroqasiya qaydasında tələb etmək hüququ yaranır. Cavabdeh məxsus “Cadillac” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil xxxx” ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalandığına görə 5000 manat İddiaçı ASC-nin hesabına köçürülmüşdür. Hazırda cavabdehin “xxxx” ASC-yə 2680 manat məbləğində borcu qalmışdır. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC məhkəməyə ərizə verərək işə iddiaçının iştirakı olmadan baxılıb mahiyyəti üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Maps arayışından görünür ki, Cavabdeh xx.xx.1980-ci il tarixdə Gədəbəy rayonu, Çalburun kəndində anadan olmuş, hazırda həmin kənddə kəndində qeydiyyatdadır. İşdə olan 2176/CM-057/2018 saylı sığorta aktından görünür ki, iddiaçı “xxxx” ASC ilə sığortalı Cavabdeh arasında 14.12.2017-ci il tarixdə AZ/MİC/17/0103 saylı sığorta müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, sığorta şəhadətnaməsi üzrə “Subaru Forester” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətinə 9000 manat məbləğində sığortalanmışdır. İşdə olan Xətai Rayon Polis İdarəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 01.05.2018-ci il tarixli arayışın surətindən görünür ki, 30.04.2018ci il tarixdə saat 12:30 dəqiqədə Bakı şəhəri General Şixlinski küçəsi ilə idarə etdiyi “Cadillac” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolnəqliyyat hadisəsi törədərək, “R.İ.S.K Elm İstehsalat Şirkəti”nə məxsus olan “Subaru Forester” markalı **-AD-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İşdə olan 30.04.2018-ci il tarixli, AP № ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, 30.04.2018-ci il tarixdə saat 1230 dəqiqədə 30.04.2018-ci il tarixdə saat 12:30 dəqiqədə Bakı şəhəri General Şixlinski küçəsi ilə idarə etdiyi “Cadillac” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək, “R.İ.S.K Elm İstehsalat Şirkəti”nə məxsus olan “Subaru Forester” markalı **-AD- *** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İşdə olan 12.07.2018-ci il tarixli hesablama vərəqinə əsasən, “Subaru Forester” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 7780 məbləğində təşkil etmişdir. İşdə olan 01.06.2018-ci il tarixli, 005XOH********** nömrəli ödəniş tapşırığının surətindən görünür ki, “xxxx” ASC tərəfindən X2 5323 manat məbləğində ödəniş edilmişdir. İşdə olan 19.07.2018-ci il tarixli, 005XOH********** nömrəli ödəniş tapşırığının surətindən görünür ki, xxxx” ASC tərəfindən X2 2457 manat məbləğində ödəniş edilmişdir. İşdə olan İcbari sığorta müqaviləsinə dair məlumatlardan görünür ki, “xxxx” ASC tərəfindən 15.06.2017-ci il tarixli, PGU********** nömrəli sığorta müqaviləsi üzrə xxxx” ASC-nin hesabına əmlaka vurulan zərər görə 5000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 881.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər . Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Qeyd olunan maddi hüquq norması baxımından məhkəmə qeyd etməyi zəruri sayır ki, iddiaçı “xxxx” ASC ilə sığortalı Cavabdeh arasında 14.12.2017-ci il tarixdə AZ/MİC/17/0103 saylı sığorta müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, sığorta şəhadətnaməsi üzrə “Subaru Forester” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətinə 9000 manat məbləğində sığortalanmışdır. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni 30.04.2018-ci il tarixdə saat 1230 radələrində “xxxx” ASC-də sığortalanmış Cavabdeh 30.04.2018-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri General Şixlinski küçəsi ilə idarə etdiyi “Cadillac” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək, “R.İ.S.K Elm İstehsalat Şirkəti”nə məxsus olan “Subaru Forester” markalı **-AD-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə 7780 manat zərər dəymişdir. İş materiallarına əlavə edilmiş 30.04.2018-ci il tarixli, AP № ******* seriyalı inzibati xəta haqqında protokola əsasən, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. “Subaru Forester” markalı, **-AD-*** dövlət nömrə nişanlı avtomobil dəymiş zərərə görə X2 7780 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh məxsus “Cadillac” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalandığına görə 5000 manat “xxxx” ASC-nin hesabına köçürülmüşdür. Cavabdeh 2680 manat məbləğində borcu qalmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının X2 ödədiyi 7780 manatdan qalmış 2680 manat sığorta ödənişini Cavabdeh subroqasiya qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, “xxxx” ASC tərəfindən məhkəmədə iddia qaldırılarkən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edildiyindən Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə ödənilmiş sığorta ödənişə görə 2680 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 2710 manat məbləğində pul alınaraq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-360/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-360/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver