Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-364/2025 13.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1,İddiaçı3,İddiaçı2 və İddiaçı4 iştirakları ilə iddiaçılar İddiaçı1,İddiaçı3,İddiaçı2 və İddiaçı4 Cavabdeh qarşı payların müəyyən edilməsi tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1,İddiaçı3,İddiaçı2 və İddiaçı4 Cavabdeh qarşı Gədəbəy Rayon Aqrar İslahat Komisiyasınm xx.xx.1997-ci il tarixli 11 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 hər birinin 1/5 hissə paylarının müəyyən edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə baxış iclasında iddiaçı və iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı4 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komisiyasının xx.xx.1997-ci il tarixli 11 nömrəli qərarı ilə Gədəbəy rayonu, Qaraməmmədli kəndində İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 ümumi birgə mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN-182A KOD 50518018 saylı “Torpağın mülkiyyətə verilmsəinə dair” Şəhadətnamə tərtib edilmişdir. Cavabdeh onun bacısıdır. Onun ata adı həmin sənəddə Məhəbbət kimi yazılmışdır. Yəni, cavabdeh səhvən onun ailə üzvü kimi qeyd edilmiş və aqrar islahatı zamanı onun da adı Şəhadətnamədə qeyd edilmişdir. Hazırda cavabdehin adının Şəhadətnamədən çıxarılmasını istəyir . Lakin bununla bağlı cavabdehlə razılığa gələ bilməmişlər. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Digər iddiaçılar İddiaçı3,İddiaçı2 və İddiaçı4 eyniməzmunlu izahatlar vermiş və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, ərizə gönədərərək,iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan xx.xx.1997-ci il tarixli 11 nömrəli qərarı ilə verilmiş JN-182A KOD 50518018 saylı “Torpağın Mülkiyyətə Verilmsəinə Dair” Şəhadətnaməniin təsdiq olunmuş surətindən görünür ki, Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi İddiaçı1,İddiaçı3,İddiaçı2, İddiaçı4 və X1 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Qəbzdən görünür ki, iddiaçılar iddia ərizəsinə məhkəmədə baxılması üçün 100 manat dövlət rüsumu ödəmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçıların izahatlarını və işdə olan sənədləri təhqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi İddiaçı1,İddiaçı3,İddiaçı2, İddiaçı4 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir. Hazırda iddiaçılar həmin əmlakda paylarının müəyyən edilməsini istəyirlər.Ona görə də iddia tələbi təmin edilməli, tərəflərin ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində paylarının bərabər olması nəzərə alınmaqla, hər birinin 1/5 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq, onlara verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi sahəsindən hər birinin 1/5 hissədə payları müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh, alınaraq, İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-364/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-364/2025
13.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver