Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-367/2025 10.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, bulağın cavabdehin hesabına sökülməsi və təhvil verilməsi” tələbi barədə” iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 149.2.5-ci maddəsinə görə iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Göründüyü kimi, qanun iddia ərizəsinin məzmununda “sənədlərin” siyahısının göstərilməsini nəzərdə tutur. Hazırkı iddia ərizəsinə sənədlərin kserosurətləri əlavə edilmiş (elektron imza ilə imzalanmış sənədlər istisna edilir), lakin notarial qaydada təsdiq edilməmişdir. Məhkəmə qeyd edir ki, “sənədin surəti” deyiləndə sənədin əsli ilə düzgünlüyü təsdiq olunmuş əksi başa düşülür. Əgər sənədin əksinin sənədin əsli ilə düzgünlüyü təsdiq olunmursa o, sənədin surəti hesab olunmur. İddia ərizəsinə əlavə olunan kserosurətlərin əsli ilə düzgünlüyü təsdiq olunmadığından onlar adı çəkilmiş sənədlərin surəti hesab olunmur. Nəzərə alınmalıdır ki, sənədlər siyahısı iddia ərizəsinin məzmununa dair qanunun müəyyən etdiyi tələblərdən biridir. Odur ki, əgər iddia ərizəsinə hər hansı sənədin əsli və ya əsli ilə düzgünlüyü lazımi qaydada (notariat qaydasında) təsdiq olunmuş surəti əlavə olunmursa, buna baxmayaraq sənədlər siyahısında həmin sənədin və ya onun surətinin guya iddia ərizəsinə əlavə edildiyi göstərilirsə, bu artıq iddia ərizəsinin məzmununa dair qanunun tələbinin pozulmasıdır. Çünki, qanunun tələbinə görə sənədlər siyahısında yalnız o sənədlər göstərilə bilər ki, həmin sənədlər (və ya onların surəti) iddia ərizəsinə əlavə olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş formasını və məzmununu müəyyən edən MPM-in 149-cu maddəsinin sənədlər siyahısı ilə bağlı tələbinə əməl etməmişdir. MPM-in 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, bulağın cavabdehin hesabına sökülməsi və təhvil verilməsi tələbi barədə” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən mədaxil qəbzinə əsasən xx.xx.2025-ci il tarixli, büdcə təsnifatı kodu 142213 olan və AZ87CTRE******************** nömrəli hesaba ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(042)-367/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-367/2025
10.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver