Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-376/2022 22.02.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Mirzəquliyev Fizuli Balağa oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı özünün şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, onun FİN kodunu (eyniləşdirmə kodları) göstərməmişdir. Bundan başqa cavabdehin qeydiyyatda olduğu və hazırda yaşadığı ünvanları iddia ərizəsində qeyd etməmişdir. Bununla da iddiaçı ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə nəzərdə tutulmuş forma və məzmununa riayət etməmişdir. İddia ərizəsində işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının göstərilməsidir. Ərizədə işdə iştirak edən şəxslərin poçt ünvanlarının düzgün və tam göstərilməsi iddia ərizəsinin ərazi aidiyyəti məsələsinin həlli zamanı, eləcə də, məhkəmə baxışının ən mühüm prinsiplərindən olan çəkişmə prinsipinin realizəsi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilir. Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, iddiaçı iddia ərizəsində özünün şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, onun FİN kodunu (eyniləşdirmə kodları) göstərməmişdir. Bundan başqa cavabdehin qeydiyyatda olduğu və hazırda yaşadığı ünvanları iddia ərizəsində qeyd etməmişdir. Ona görə də, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-376/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-376/2022
22.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver