Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-53/2022 18.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X2 qarşı “cavabdehlər tərəfindən fərdi yaşayış evinə gedən avtomaşın yolunun servitut qaydada açılması və maneələrin aradan qaldırılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Gədəbəy rayonunun Böyük Qaramurad kənd İƏD-üzrə Toplar kəndində yerləşən fərdi yaşayış evinə gedən avtomaşın yolunun servitut qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən açılması və edilən maneələrin götürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, ona Gədəbəy rayonunun Böyük Qaramurad kənd İƏD-üzrə nümayəndəliyinin Toplar kəndində yaşamaqla evinə və həyətyanı torpaq sahəmə gediş-gəliş üçün ayrılmış avtomobil yolu olmuşdur. Onun evinə gələn avtomobil yolu cavabdehlərə məxsus olan torpaq sahəsinin bir hissəsindən yəni təxminən 0.01 ha hissəsindən keçir. 2020-ci ilin əvvəllərinə qədər həmin yoldan normal şəkildə istifadə etmişlər. Lakin son dövrlər cavabdehlərlə onların aralarında mübahisə yaranmış bu səbəbdən onlar evlərinə gedən avtomaşın yolunu kəsmişlər. Onlar bir ildən artıqdır ki, həmin yoldan istifadə edə bilmirlər. Bu isə onların normal yaşamalarına maneçiliklər törədir. O, evinə gedən avtomaşın yolunun açılması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin mütəxəssis tərəfindən ölçmə işləri aparılan zaman məlum olmuşdur ki, Gədəbəy rayonunun AİK-nın 29 may 1997-ci il tarixli 13 saylı qərarı ilə, cavabdehlərə plan ölçü sənədi əsasında 733.39 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Onların evlərinə gedən avtomaşın yolu isə həmin torpaq sahəsinin təxminən bir sotundan keçir. Bu səbəbdən onun mülki işi xx.xx.2020-ci il tarixdə xitam edilərək sənədləri özünə qaytarılmışdır. Bundan kifayətlənməyən cavabdeh onun tərəfindən avtomaşın yoluna edilən maneələrin aradan qaldırılması tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehin iddiası təmin edilməmişdir. O, heç bir yerdə işləmir. Onun evinə gedən avtomaşın yolu cavabdehlər tərəfindən kəsilmişdir. O, bu barədə X3 kənd İƏD-üzrə nümayəndəliyinə, Gədəbəy rayon İHB-nin aparatına müraciətlər etmişdir. Lakin ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdehlərə avtomaşın yolunun açılması ilə bağlı cavabdehlərə bildirsə də cavabdehlər həmin ərazidən onların texnikalarının keçməsinə imkan verməyəcəklərini bildirmişlər. Ona görə də, həmin yolun servitut qaydasında açılmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və bildirdi ki, iddiaçı onun qonşusudur. İddiaçının evinə gedən avtomobil yoluna o, müdaxilə etmir. İddiaçının özünün yolu vardır. Onlara məxsus olan torpaq sahəsindən iddiaçıya yol verilməsinə razı deyil. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh X4 məhkəmə iclasında onlara qarşı olan iddia tələbini etiraf etmədi və Cavabdeh2 izahatı ilə eyni məzmunlu izahat verdi. Məhkəmə tərəfləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Böyük Qaramurad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 204 saylı arayışdan görünür ki, Səfərov X9 rayonu, Böyük Qaramurad kənd İƏD-nin Topular kəndində yaşayır və qeydiyyatdadır. İşdə olan X10 kitabında xx.xx.2009-cu il tarixdə 151 nömrə ilə qeydə alınmış A № 105420 seriyalı Torpaq sahəsinin planı və ölçüsü sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə İddiaçı Gədəbəy rayonu, Böyük Qaramurad kəndində 3476.71 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan X10 kitabında xx.xx.2009-cu il tarixdə 170 nömrə ilə qeydə alınmış A № 105422 seriyalı Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy rayonu Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə X6 Gədəbəy rayonu, Böyük Qaramurad kəndində 733.39 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-291/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “cavabdeh tərəfindən evinə gedən avtomaşın yoluna cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılması və onların edəcək olduqları müdaxilələrə son qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 10 dekabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, kəndin kompleks yerquruluşu xəritəsinə əsasən, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən, İddiaçı yaşadığı fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə avtomobil yolu nəzərə tutulmamışdır. İddiaçının iddia etdiyi və servitut verilməsini tələb etdiyi torpaq sahəsi X5 mülkiyyətindədir. İddiaçıya məxsus evə və torpaq sahəsinə hazırda avtomaşın gediş-gəlişi üçün istifadəsiz yol mövcuddur. Digər sualın cavabı səlahiyyətləri xaricindədir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin rəyə izah verilməsi ilə bağlı məktubuna cavab olaraq İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışından görünür ki, Böyük Qaramurad kəndinin kompleks yerquruluşu xəritəsinə əsasən Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən, İddiaçı yaşadığı fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə avtomobil yolu nəzərdə tutulmamışdır, iddiaçının iddia etdiyi və servitut verilməsini tələb etdiyi torpaq sahəsi X5 mülkiyyətindədir. Lakin iddiaçıya məxsus evə və torpaq sahəsinə hazırda Böyük Qaramurad kəndinin kompleks yerquruluşu xəritəsində nəzərdə tutulmayan və cavabdehlərin iddia etdiyi avtomaşın gediş-gəlişi üçün yararsız vəziyyətdə olan yol vardır ki, həmin yolun avtomobil yolu kimi istifadəsi mümkün deyildir. Bu səbəbdən də iddiaçının fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə avtomobil yolu kimi iddia etdiyi torpaq sahəsindən servitut qaydasında yol açılması zərurəti yaranmışdır. İşdə olan 06 iyul 2022-ci il tarixli yerində müayinə iclasının protokolundan görünür ki, servitut qaydasında yolun açılması tələb olunan mübahisəli ərazi Gədəbəy rayonu, Topular kəndində yerləşir. İddiaçı yaşadığı fərdi yaşayış evinə avtomaşın yolu yoxdur. Cavabdehlərin qeyd etdikləri avtomaşın yolu deyilən ərazi istifadəsizdir, həmin ərazi digər şəxsin həyətyanı torpaq sahəsinə bitişikdir. Servitut qaydasında avtomaşın yolunun açılmasını tələb olunan torpaq sahəsi X6 məxsus olan hazırda cavabdehlər Cavabdeh2 və X1 istifadəsində olan torpaq sahəsi ilə bələdiyyə məxsus torpaq sahəsinin aralığında yerləşir. Cavabdehlər Cavabdeh2 və X1 istifadəsində olan torpaq sahəsindən İddiaçı yaşadığı fərdi yaşayış evinə servitut qaydasında avtomaşın yolunun açılması mümkündür. Həmin açılmalı olan avtomaşın yolunun eni 3 m, uzunluğu 50 m təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Beləliklə, məhkəmədə işdə iştirak edən şəxslərin izahatları, mütəxəssis rəyi və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X10 kitabında xx.xx.2009-cu il tarixdə 151 nömrə ilə qeydə alınmış A № 105420 seriyalı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Gədəbəy rayonu Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə İddiaçı Gədəbəy rayonu, Böyük Qaramurad kəndində 3476.71 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq, ona məxsus torpaq sahəsinə və fərdi yaşayış evinə avtomaşın yolunun olmamasını iddia etmiş və servitut qaydasında avtomaşın yolunun açılmasını tələb etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışa əsasən, Böyük Qaramurad kəndinin kompleks yerquruluşu xəritəsinə əsasən Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən, İddiaçı yaşadığı fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə avtomobil yolu nəzərdə tutulmamışdır. İddiaçının iddia etdiyi və servitut verilməsini tələb etdiyi torpaq sahəsi X5 mülkiyyətindədir. Lakin iddiaçıya məxsus evə və torpaq sahəsinə hazırda Böyük Qaramurad kəndinin kompleks yerquruluşu xəritəsində nəzərdə tutulmayan və cavabdehlərin iddia etdiyi avtomaşın gediş-gəlişi üçün yararsız vəziyyətdə olan yol vardır ki, həmin yolun avtomobil yolu kimi istifadəsi mümkün deyildir. Bu səbəbdən də iddiaçının fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə avtomobil yolu kimi iddia etdiyi torpaq sahəsindən servitut qaydasında yol açılması zərurəti yaranmışdır. Eləcə də, yerində müayinə iclası zamanı da, mütəxəssis arayışında göstərilənlər öz təsdiqini tapmışdır. Qeyd etmək lazımdır ki, Avropa insan hüquqları məhkəməsinin Akimova Azərbaycana qarşı, Burdov Rusiyaya qarşı, Qarrax Çexiyaya qarşı, Mray Fransaya qarşı və digər qərarlarında qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan hüquqları və əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Kovensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qiymətləndirilir. Azərbaycan Respublikası MM-nin 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 175.3-cü maddəsinə görə əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinə əsasən servitut bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servitut torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: -torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; -torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt vəşəbəkələrin çəkilməsi və təmiri üçün istifadə etmək; - torpaq sahəsində drenaj işləri aparmaq; -torpaq sahəsində su toplamaq və içməli su götürmək (mal-qaranı suvarmaq); -torpaq sahəsindən mal-qaranı keçirmək; -yerli şəraitə və adətlərə uyğun olaraq, özgənin torpaq sahəsində ot biçmək vəmalqara otarmaq; -torpaq sahəsindən axtarış, tədqiqat və digər işlərin aparılması üçünmüvəqqəti istifadə etmək; -qonşu sahədə dayağı olan və ya müəyyən hündürlükdə qonşu sahəsinə keçəntikililər və qurğular ucaltmaq; -qonşu sahədə müəyyən hündürlükdən artıq olan tikililərin və qurğularınucaldılmasını qadağan etmək; -torpaq sahəsində qoruyucu meşə əkinləri və zolaqları salmaq və digərtəbiətqoruyucu obyektlər yaratmaq; -qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digərservitutlar. Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, üzərində servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə edən şəxsdən müvafiq ödəniş tələb etmək hüququ vardır. Kənd əhalisinin və onların birliklərinin xeyrinə müəyyən edilən kənd təsərrüfatı servitutlarına görə ödəniş tutulmur. Servitutlar müvəqqəti və daimi ola bilər. Torpaq sahəsi üzərində hüququn formasından asılı olmayaraq, bütün torpaq sahəsinə servitut müəyyən edilə bilər. Servitutlar qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməlidir. Torpaq sahəsi başqa şəxslərə keçdikdə, qanunvericiliklə müəyyən edilmiş servitutlar saxlanılır. Həmin Məcəllənin 80-ci maddəsinə görə, torpaq sahəsinin mülkiyyətçilərinin öz torpaq sahəsində olan meşə örtüyündən, geniş yayılmış faydalı qazıntılarından və su ehtiyatlarından təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada istifadə etmək hüquqları vardır. Mülki Məcəllənin 255.4-cü maddəsinə əsasən, servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Yuxarıda əks olunan normaların mənasına görə şəxsin servitut hüququnun tələb etmək hüququ vardır. Hətta torpaq sahəsi başqa şəxsə keçdiyi təqdirdə belə servitut hüququ saxlanılır. Məhkəmədə müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinə avtomaşın yolu nəzərdə tutulmamışdır. İddiaçıya məxsus fərdi yaşayış evinə avtomaşın yolu mövcud olsa da, yoldan istifadə qeyri-mümkündür. Cavabdehlər Cavabdeh2 və X1 istifadəsində olan torpaq sahəsindən servitut qaydasında avtomobil keçidinin verilməsi iddiaçının mülkiyyətindən maneəsiz istifadə hüququnun həyata keçirilməsi üçün zəruridir. Eyni zamanda qeyd olunmalıdır ki, bu, cavabdehlər Cavabdeh2 və X1 xüsusi mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilməməlidir. Belə ki, servitut təyin edilməsi xüsusi mülkiyyət hüququnun pozulması deyil, həmin hüququn yüklü edilməsidir ki, bu da yalnız qanunla müəyyən olunmuş hallarda təyin edilir. Cavabdehlər Cavabdeh2 və X1 istifadəsində olan torpaq sahələrinə servitut təyin edilməsi iddiaçının mülkiyyətindən maneəsiz istifadə hüququnu həyata keçirilməsi üçün qanunidir və bu hal cavabdehlər Cavabdeh2 və X1 mülkiyyət hüquqlarının qismən məhdudlaşdırılması ilə mütənasiblik təşkil edir. Eləcə də, məhkəmə iddiaçının maneələrin aradan qaldırılması tələbinə münasibət bildirərək qeyd edir ki, hazırda iddiaçıya məxsus fərdi yaşayış evinə və torpaq sahəsinə avtomaşın yolu nəzərdə tutulmadığından və mövcud olmadığından maneələrin aradan qaldırılması tələbi əsassızdır. İddiaçıya məxsus fərdi yaşayış evinə və torpaq sahəsinə servitut qaydasında avtomaşın yolu açıldıqdan sonra, həmin yoldan istifadəsinə maneələr yaradılarsa, maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunan hüquq normalarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X10 kitabında xx.xx.2009-cu il tarixdə 151 nömrə ilə qeydə alınmış A № 105420 seriyalı Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında İddiaçı məxsus olan, Gədəbəy rayonu, Böyük Qaramurad kənd İnzibati Ərazi Dairəsi üzrə Topular kəndində yerləşən 3476.71 kv.m həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə X6 məxsus olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan torpaq sahəsindən 3 m enində, 50 m uzunluğunda bələdiyyəyə məxsus olan torpaq sahəsinə qədər olan hissədə servitut qaydasında avtomaşın gediş-gəlişi üçün yol açılmalıdır. Məhkəmə həmçinin, iddiaçının servituta görə haqq ödəməsi ilə bağlı məsələyə münasibət bildirərək qeyd edir ki, bu barədə cavabdehlər tərəfindən tələb irəli sürülməmişdir. Məhkəmə isə yalnız irəli sürülmüş tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X10 kitabında xx.xx.2009-cu il tarixdə 151 nömrə ilə qeydə alınmış A № 105420 seriyalı Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında İddiaçı məxsus olan, Gədəbəy rayonu, Böyük Qaramurad kənd İnzibati Ərazi Dairəsi üzrə Topular kəndində yerləşən 3476.71 kv.m həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə X6 məxsus olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan torpaq sahəsindən 3 m enində, 50 m uzunluğunda bələdiyyəyə məxsus olan torpaq sahəsinə qədər olan hissədə servitut qaydasında avtomaşın gediş-gəlişi üçün yol açılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 311 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilsin. Ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-53/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-53/2022
18.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver