Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-536/2020 21.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “çardağın (navesin) və tor setkanın əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona məxsus navesin və onun tərəfindən çəkilmiş tor setkanın Cavabdeh tərəfindən əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasındaiddia tələbini müdafiə edib göstərdi ki, o, iddiaçının oğludur. Yaxın qonşuları olan Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini zəbt etdiyi və həmin torpaq sahəsindən istifadə etməyinə imkan vermədiyi üçün iddiaçı Gədəbəy rayon Məhkəməsinə “torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Gədəbəy rayon Məhkəməsinin xx xxxxxx 2015-ci ıl tarixli 2(041 )-1368/2015 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Bundan sonra qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün cavabdehin qeydiyyatı üzrə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmurları həmin qərarı bir-neçə dəfə icra etmək üçün icra yerinə gəlmişlər, icra məmurları qətnaməni icra edib getdikdən sonra cavabdeh yenidən öz bildiyini edərək onun torpağını zəbt edib istifadə etməyə imkan verməmişdir. Hətta icra məmurları icra işinə mane olduğu üçün məsuliyyətə cəlb olunacağı barədə Cavabdeh xəbərdarlıq edərək akt tərtib etmişlər. Hal-hazırda iddiaçının cavabdehlə aralarında olan sərhəd torpağına çəkdiyi tor setkanı və ona məxsus navesin bir hissəsini qeyri-qanuni olaraq sökmüşdür. Onlar cavabdehdən bu qanunsuz hərəkətlərinə son qoymağı dəfələrlə xahiş etsə də, cavabdeh buna məhəl qoymur. Bununla da iddiaçının hüquqları cavabdeh tərəfindən kobudcasına pozulur. Bu barədə bir çox aidiyyəti orqanlara müraciətlər etmiş, lakin mübahisə mülki xarakterli olduğundan, iddiaıya məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ona görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, iddiaçı ilə onun arasında torpaq mübahisəsi olmuş, iddiaçı onun yerində qanunsuz ağac əkmiş və naves tikmişdir. O da navesi sökmüşdür. Hazırda iddiaçının navesini tikməyə heç bir etirazı yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Pirbulaq kəndində yaşayır. İşdə olan JN-105A KOD 50521028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon X2 xx xxxxxx 1999-cu il tarixli, 6 saylı qərarı ilə Gədəbəy rayonu, Pirbulaq kəndində İddiaçı və onun ailə üzvlərinə 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan JN-106A KOD 50521028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon X2 xx xxxxxx 1999-cu il tarixli, 6 saylı qərarı ilə Gədəbəy rayonu, Pirbulaq kəndində Cavabdeh və onun ailə üzvlərinə 0.24 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-1368/2015 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy rayonu, Pirbulaq kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN 105A saylı, kod 50521028 olan şəhadətnamə ilə İddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin tutulmuş 0.0052 ha hissəsindən Cavabdeh çıxarılması, İddiaçı istifadəsindən olan torpaq sahəsinə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və onun hüquqlarının bərpa edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlər ə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin fərdi yaşayış evi və torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına cavabdeh tərəfindən maneələr yaradılmalı və bu maneələr qanunsuz olmalıdır. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki,Gədəbəy rayon X2 xx xxxxxx 1999-cu il tarixli, 6 saylı qərarı ilə Gədəbəy rayonu, Pirbulaq kəndində İddiaçı və onun ailə üzvlərinə 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Bu barədə JN-105A KOD 50521028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Eləcə də Gədəbəy rayon X2 xx xxxxxx 1999-cu il tarixli, 6 saylı qərarı ilə Gədəbəy rayonu, Pirbulaq kəndində Cavabdeh və onun ailə üzvlərinə 0.24 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Bu barədə JN-106A KOD 50521028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Məhkəmə iddiaçının mübahisəli torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmasını, bununla da onun qarşısında həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestri xidməti orqanında dövlət qeydiyyatına aldırmaqda hər hansı maneələrin olmadığını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində hüquqları mülkiyyət hüququ kimi qiymətəndirilməlidir. Belə ki, Broniovski Polşaya qarşı işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən aslı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Məhkəmə qeyd edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)- 1368/2015 saylı qətnaməsi ilə iddiaçıya məxsus torpaq sahəsinin 0.0052 ha hissəsinin cavabdeh tərəfindən tutulduğu və həmin torpaq sahəsinə cavabdeh tərəfindən maneələr yaradıldığı müəyyən olunur. Həmin qətnamə ilə aradan qaldırılması qət olunun maneələr cavabdeh tərəfindən yenə də yaradılmaqda davam edir. Belə ki, iddiaçının öz torpaq sahəsində tikdirdiyi çardağın (navesin) və tor setkanın cavabdeh tərəfindən sökülməsi həm iddiaçının izahatı, həm də cavabdehin qismən etirafedici izahatı ilə öz təsdiqini tapır. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı onun mülkiyyətində olan Gədəbəy rayonu, Pirbulaq kəndində yerləşən, İddiaçı məxsus olan torpaq sahəsində olan və Cavabdeh tərəfindən sökülmüş çardaq (naves) və tor setka Cavabdeh hesabına bərpa edilməklə torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Gədəbəy rayonu, Pirbulaq kəndində yerləşən, İddiaçı məxsus olan torpaq sahəsində olan və Cavabdeh tərəfindən sökülmüş çardaq (naves) və tor setka Cavabdeh hesabına bərpa edilməklə torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Gədəbəy rayonu, Pirbulaq kəndində yerləşən, İddiaçı məxsus olan torpaq sahəsində olan və Cavabdeh tərəfindən sökülmüş çardaq (naves) və tor setka Cavabdeh hesabına bərpa edilməklə torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-536/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-536/2020
21.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver