Məhkəmə qərarları › İş №2(042)-569/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-569/2022

04.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-569/2022 04.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Mikayıl qızına cavabdehin torpaqlarla bağlı qərarların yoxlanılması və ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Mikayıl qızına cavabdehin torpaqlarla bağlı qərarların yoxlanılması və ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin icraata götürülməsi məsələsinə baxarkən müəyyən edilmişdir ki, torpaqlarla bağlı qərarların yoxlanılması və ləğv edilməsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətində olduğu üçün Gədəbəy Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, İddiaçı Cavabdeh Mikayıl qızına cavabdehin torpaqlarla bağlı qərarların yoxlanılması və ləğv edilməsi tələbinə baxılması Gədəbəy Rayon Məhkəməsinin yox, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətindədir. Ona görə də iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 149, 152, 153,263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh Mikayıl qızına cavabdehin torpaqlarla bağlı qərarların yoxlanılması və ləğv edilməsi tələblərinə dair iddia ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığı üçün geri qaytarısın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar