Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-613/2022 16.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı əmlakın qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı əmlakın qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin icraatına qəbul edilməsi məsələsi araşdırılarkən işin baxılmasının digər məhkəməyə aud olduğu müəyyən edilmişdir. İddia ərizəsindən görünür ki, cavabdehin ünvanı Bakı şəhəri, Nərimanov rayonunda yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Beləliklə, cavabdeh "xxxx" MMC ünvan 2 ünvanında qeydiyyatda olduğundan İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı əmlakın qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxılması Gədəbəy Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Ona görə də mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 35, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı əmlakın qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-613/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-613/2022
16.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver