Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-634/2024 30.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 1250-ə təyin edilmişdir. İddiaçı məhkəməyə ərizə verərək ərizəsini baxılmamış saxlanılmasını, ərizəsinin və ona əlavə edilmiş sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinin tələbinə əsasən hazırlıq iclasında iddiaçının vəsatəti olduqda ərizə qaytarıla bilər. Beləliklə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-634/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-634/2024
30.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver