Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-662/2024 26.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Gədəbəy rayonu Slavyanka bələdiyyəsinə qarşı “darvaza və qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və avtomobil yolunun açılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh2 tərəfindən qoyulmuş dəmir darvazanın öz hesabına sökülərək onun evinə gedən yolun açılması öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşmə aparılması barədə ərizə verərək, Cavabdeh2 tərəfindən onun fərdi yaşayış evinin həyətinə iri yük avtomaşınlarının gediş-gəlişinin açılması, qanunsuz olaraq qoyulmuş darvazaların və qanunsuz hasarlanmış ərazilərin onun öz şəxsi vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən fərdi yaşayış evi vardır və həmin ev onun xüsusi mülkiyyətindədir. Ona məxsus olan yaşayış evi əvvəllər bacısı Fərqanə Məhərrəmovuya məxsus olmuşdur. Halhazırda o Bakı şəhərində yaşayır. X5 2012-ci ildə bağışlama müqaviləsi əsasında hazırda onun mülkiyyətndə olan fərdi yaşayış evini notarius vasitəsi ilə ona bağışlamışdır. Bir neçə il bundan əvvəl Cavabdeh2 yük avtomobillərinin onun mülkiyyəti olan evinin həyətinə gedən yolu qanunsuz olaraq zəbt etmiş, şiferdən 87 metr uzunluğunda hasar çəkmiş və evinə gedən yolda 3 ədəd darvaza qoymuşdur. Həmin yol Gədəbəy rayon Slavyanka kənd Bələdiyyəsinə məxsusdur. Bununla əlaqədar olaraq o özü bir neçə dəfə Gədəbəy rayon Slavyanka kənd bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyədən tərəfindən ona həqiqətən də Cavabdeh2 qanunsuz zəbt etdiyi evinə gedən avtomobil yolunun torpaq sahəsinin Slavyanka kənd bələdiyyəsinə məxsus olması bildirilmişdir. Bacısı F.Məhərrəmova hazırda yaşadığı evi bağışlama müqaviləsi ilə onun mülkiyyətinə verməzdən əvvəl onunla Cavabdeh2 arasında eyni məsələ ilə bağlı 2000-ci ildə mübahisə baş vermişdir. Bunla əlaqədar olaraq bacısı F.Məhərrəmovanın müraciəti əsasında Gədəbəy rayonun Slavyanka kənd Bələdiyyəsi tərəfindən həmin əraziyə baxış keçirilərəkakt tərtib edilmişdir. Gədəbəy rayon Slavyanka kənd Bələdiyyəsi tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli aktdan da görünür ki, mübahisəli əraziyə baxış keçirilən zaman həqiqətən də hazırda onun yaşayış evinə gedən iri qabaritli yük avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yolun hazırkı iş üzrə Cavabdeh2 tərəfindən bağlandığı müəyyən edilmişdir. Sözügedən aktda xüsusi olaraq qeyd edilmişdir ki, taxıl anbarı və digər tikililərin özəlləşdirilməsinə baxmayaraq, özəlləşdirilmiş binaların ətrafında olan meydançalar, yəni torpaq sahələri və həmin sahələrə gedən avtomobil yolu bələdiyyənin mülkiyyətində qalır və həmin yoldan əvvəlki kimi istifadə edən vətəndaşlar tərəfindən sərbəst istifadə edilməlidir. Cavabdeh2 Slavyanka kəndin mərkəzində yerləşən taxıl anbarının sahibidir. Həmin anbarların yerləşdiyi ərazi cavabdeh tərəfindən yuxarıda göstərdiyi kimi hasara alınmışdır. Cavabdeh2 tərəfindən yaşayış evinə gedən iri qabaritli avtomobilərin hərəkəti üçün nəzərdə tutulmuş, əvvələr istifadə etdikləri yol 2000-ci ildən sonra təkrar olaraq qanunsuz zəbt edilmiş, evinə gediş-gəlişin qarşısı qanunsuz olaraq alınaraq onun hüquqları pozulmuşdur. Odur ki, o məcbur olub tərəflər arasında olan mübahisənin qanun çərçivəsində həll olunması üçün, qanunların ona vermiş olduğu hüquqlardan istifadə edib məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Gədəbəy rayonu Slavyanka bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən yardımçı sahəsi 75.4 kv.m, yaşayış sahəsi 112.5 kv.m olmaqla ümumi sahəsi 187.9 kv.m olan 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evi, ümumi sahəsi 435.2 kv.m olan həyətyanı tikili və qurğulardan ibarət fərdi yaşayış evinin tərkib hissələri və 0.30 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə X1 adına xx.xx.2012-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İşdə olan Gədəbəy rayon Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə/1-125 nömrə ilə qeyd edilmiş 03 oktyabr 2012-ci il tarixli müqaviləsinin surətindən görünür ki, X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Şəmkir Ərazi İdarəsinin verdiyi xx.xx.2012-ci il tarixli, ********** nömrəli arayışa və xx.xx.2012-ci il tarixli, qeydiyyat nömrəsi **********, RX ******* nömrəli reyestrdən çıxarışa əsasən ona məxsus olan Liter “A” 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 187.9 kv.m, yardımçı sahəsi 75.4 kv.m, yaşayış sahəsi 112.5 kv.m, Liter “B” əldamı – 79.4 kv.m, Liter “C anbar 23.3 kv.m, Liter “D” anbar 44.2 kv.m, Liter “E” quşdamı/çardaq – 46.8 kv.m, Liter “F” tövlə 38.2 kv.m, Liter “İ” ayaqyolu 4.0 kv.m, Liter “İİ” çardaq 167.4 kv.m, Liter “İİİ” çardaq 27.2 kv.m, Liter “İV” hasar 3.5 kv.m, Liter “V” darvaza 1.2 kv.m-dən ibarət Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən fərdi yaşayış evini və həmin fərdi yaşayış evinin mülkiyyətində olan 0.30 ha həyətyanı torpaq sahəsini qardaşı İddiaçı bağışlamışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən yardımçı sahəsi 75.4 kv.m, yaşayış sahəsi 112.5 kv.m olmaqla ümumi sahəsi 187.9 kv.m olan 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evi, ümumi sahəsi 435.2 kv.m olan həyətyanı tikili və qurğulardan ibarət fərdi yaşayış evinin tərkib hissələri və 0.30 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə İddiaçı adına xx.xx.2012-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İşdə olan 02 noyabr 2012-ci il tarixli, 505-26-180 invertar nömrəli texniki pasportun surətindən görünür ki, İddiaçı məxsus Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən fərdi yaşayış evi üzrə torpaq sahəsinin baş planı, tikintilərinin mərtəbələr üzrə planı və yaşayış evinin texniki göstəricilərinə dair texniki pasport tərtib edilmişdir. İşdə olan X6 Komitəsi Gədəbəy rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 345 nömrəli rəyin surətindən görünür ki, Cavabdeh2 müraciəti və Slavyanka bələdiyyəsinin 30 noyabr 2002-ci il tarixli, 13 saylı məktubu nəzərə alınaraq satılan torpaq sahəsi 0.19 ha olmaqla Slavyanka bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. İşdə olan Cavabdeh1 xx.xx.2002-ci il tarixli 13 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh2 Slavyanka bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan az yararlı torpaq sahəsindən sahibkarlıq məqsədi ilə 0.19 ha torpaq sahəsi sayılması qərara alınmışdır. İşdə olan 10 dekabr 2002-ci il tarixli torpaq sahəsinin alqı-satqısına dair aktın surətindən görünür ki, Gədəbəy rayonu, Slavyanka bələdiyyəsi ərazisində 0.19 ha torpaq sahəsi ******* manat müqabilində Cavabdeh2 satılmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən sahəsi 361 kv.m olan əmlak kompleks kimi müəssisə və bələdiyyə mülkiyyətində olan (hüququn növü- istifadə) 0.05148 kv.m torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2018-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İşdə olan Gədəbəy rayonu, Slavyanka bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 175 nömrəli məktubdan görünür ki, Cavabdeh2 0.19 ha sahibkarlıq məqsədi ilə torpaq sahəsi ayrılması barədə bələdiyyənin 30 noyabr 2002-ci il tarixli 13 saylı qərarı və 10 dekabr 2002-ci il tarixli 22 saylı alqı-satqı aktı qüvvədədir və ləğv edilməmişdir. İşdə olan yerində müayinə iclası protokolundan görünür ki, mübahisəli predmeti olan avtomobil yolunun açılması tələb edilən torpaq sahəsi Gədəbəy rayonu, Slavyanka kəndində yerləşir. İddiaçı və Cavabdeh2 məxsus fərdi yaşayış evləri həmsərhəd olmasalar da qonşudurlar. Mərkəzi avtomobil yolundan İddiaçı məxsus evə ayrıca, Cavabdeh2 məxsus evin arxa tərəfindən keçən avtomobil yol vardır və həmin avtomobil yolundan iddiaçının istifadəsinə hər hansı maneə yoxdur. İddiaçının açılmasını tələb etdiyi, avtomobil yolu kimi qeyd etdiyi torpaq sahəsi Cavabdeh2 məxsus evin həyətində yerləşir və Gədəbəy rayonu, Slavyanka Bələdiyyəsi tərəfindən Cavabdeh2 istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçının qeyd edilən avtomobil yolunun açılmasını tələb etməkdə subyektiv hüququ olmalı, açılması tələb edilən avtomobil yolu qanunla müəyyən edilmiş avtomobil yolu olmalı və həmin avtomobil yolundan iddiaçının istifadəsinə qanunsuz maneələr yaradılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən ümumi sahəsi 187.9 kv.m olan fərdi yaşayış evi, ümumi sahəsi 435.2 kv.m olan həyətyanı tikili və qurğulardan ibarət fərdi yaşayış evinin tərkib hissələri və 0.30 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən ona məxsus fərdi yaşayış evinə gedən avtomobil yolunun qanunsuz olaraq bağlanıldığını iddia etmiş və avtomobil yolunun açılmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh Seyfəddin İmayılov tərəfindən qanunsuz olaraq bağlanıldığını və avtomobil yolunun açılmasını tələb etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla qanuni əsaslarla cavabdehin istifadəsinə verilmişdir. Həmçinin yerində müayinə iclası zamanı məlum olmuşdur ki, İddiaçı və Cavabdeh2 məxsus fərdi yaşayış evləri həmsərhəd olmasalar da qonşudurlar və mərkəzi avtomobil yolundan İddiaçı məxsus evə ayrıca gediş-gəliş üçün avtomobil yolu vardır və həmin yoldan iddiaçının istifadəsinə hər hansı maneə yoxdur. İddiaçının açılmasını tələb etdiyi, avtomobil yolu kimi qeyd etdiyi torpaq sahəsi Cavabdeh2 məxsus evin həyətində yerləşir. Həmin torpaq sahəsi qanuni əsaslarla cavabdehin istifadəsinə verilmişdir. Sökülməsi tələb edilən hasar və darvaza cavabdehin istifadəsinə olan torpaq sahəsində yerləşir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh2 istifadəsində olan torpaq sahəsindən avtomobil yolunun açılmasını tələb etməkdə subyektiv hüququ yoxdur və iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Gədəbəy rayonu Slavyanka bələdiyyəsinə qarşı “darvaza və qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və avtomobil yolunun açılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-662/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-662/2024
26.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver