Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-682/2020 20.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy rayon Məhkəməsinin hakimi Kazımov Marif Sabir oğlu, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və həbsin götürülməsi” tələblərinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə təkrarən baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və həbsin götürülməsi” tələblərinə dair məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb irəli sürmüşdür. Belə ki, ərizədən görünür ki, maddi ziyanın ödənilməsi ilə maşın üzərinə qoyulmuş həbsin götürülməsi bir-biri ilə əlaqəli deyildir. Belə ki, maşın üzərindən həbsin götürülməsinə iddia icraatı qaydasında baxılması mülki prosessual qanunvercilikdə nəzərdə tutulmamışdır. Maddi ziyanın ödənilməsi tələbinin isə ayrıca predmeti və hüquqi əsasları vardır. Bu tələblərdən birinə - maddi ziyanın ödənilməsinə iddia icraatı qaydasında baxılmalı olduğu halda, maşın üzərindən həbsin götürülməsi ilə bağlı tələb ərizəyə əlavə edilmiş sənədlərdən də göründüyü kimi inzibati xəta haqqında işlə bağlıdır. Odur ki, bu iki tələbin bir iddia icraatında birləşdirilməsi yolverilməzdir. MPM-in 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, belə olan halda iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə həmçinin izah edir ki, iddiaçının maddi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq, nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi ilə bağlı inzibati xətalara dair işlər üzrə icraat qaydasında müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və həbsin götürülməsi” tələblərinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər təkrarən İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, maddi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq, nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi ilə bağlı inzibati xətalara dair işlər üzrə icraat qaydasında müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-682/2020
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-682/2020
20.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver