Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-728/2021 02.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı Şəmkir Rayon Məhkəməsinin 14.02.2017-ci il tarixli, 2(076)-1729/2017 saylı qətnaməsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Şəmkir Rayon Məhkəməsinin 14.02.2017-ci il tarixli, 2(076)- 1729/2017 saylı qətnaməsinin ləğv edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2. və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, həmin tələb üzrə Şəmkir Rayon Məhkəməsinin qətnaməsi var və həmin qətnamə qanuni qüvvəsini almışdır. X1 Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Həmin qətnamənin ləğvi üçün Gədəbəy Rayon Məhkəməsinə iddia ərizəsi verilə bilməz. Ona görə də iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 149, 152, 153,263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh qarşı Şəmkir Rayon Məhkəməsinin 14.02.2017-ci il tarixli, 2(076)- 1729/2017 saylı qətnaməsinin ləğv edilməsi tələbləri geri qaytarısın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-728/2021
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-728/2021
02.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver