Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-729/2020 17.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə,Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmaması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı xx.xx.1988-ci ildə Gədəbəy rayonunun Daryurd kəndində anadan olmuş, xx xxxxxx 1992-ci ildə Gədəbəy rayonu, Novoivanovka kəndində ermənilər tərəfindən atılan mərmi qəlpəsindən həlak olmuş X1 ölüm haqqında akt qeydləri kitabında ölümünün səbəbi barədə qeydlərin düzgün olmamasının müəyyən edilməsi və X1 ölüm haqqında akt qeydləri kitabında ölümünün səbəbinin “ermənilər tərəfindən atılan mərmi qəlpəsinin dəyməsi” kimi qeyd edilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X3 onun uşağı olmuşdur. Zəkiyyə xx.xx.1988-ci ildə Gədəbəy rayonunun Daryurd kəndində doğulmuşdur. Qızı X3 xx xxxxxx 1992-ci ildə Gədəbəy rayonu, Novoivanovka kəndində ermənilər tərəfindən atılan mərmi qəlpəsindən həlak olmuşdur. Zəkiyyənin ölümü haqqında Maraqlı şəxs tərəfindən xx xxxxxx 1992-ci il tarixli 11 №-li akt qeydi tərtib olunmuşdur. Həmin akt qeydində Zəkiyyənin ölüm səbəbi kimi “Ağrı şoku. Əng nahiyyəsinin iti alətlə zədələnməsi” göstərilimşdir. Lakin Zəkiyyənin ölüm səbəbi ermənilər tərəfindən atılan mərmi qəlpəsinin dəyməsi olmuşdur. Bu fakt qonşuluq aktı ilə, eləcə də X2 müəllifliyi ilə çap edilmiş “Gədəbəy şəhidləri” kitabının 50-ci səhifəsində X1 şəhid kimi qeyd edilməsi və ölümünün səbəbinin ermənilər tərəfindən atılan mərmi qəlpəsi olması barədə məlumatla təsdiq olunur. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsməhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Ölüm Haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1992-ci il tarixdə Gədəbəy rayonunun Novoivanovka kəndində ölmüşdür. İşdə olan Ölüm Haqqında xx.xx.1992-ci il tarixli 11 saylı Aktdan görünür ki, X1 ölüm səbəbi kimi Ağrı şoku, Əng nahiyyəsinin iti alətlə zədələnməsi göstərilmişdir. İşdə olan Aktdan görünür ki, X3 ermənilər tərəfindən atılan mərmi qəlpəsinin dəyməsi nəticəsində ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını vətəqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 xx xxxxxx 1992-ci ildə Gədəbəy rayonu, Novoivanovka kəndində ermənilər tərəfindən atılan mərmi qəlpəsindən həlak olmuşdur. Zəkiyyənin ölümü haqqında Maraqlı şəxs tərəfindən xx xxxxxx 1992-ci il tarixli 11 №-li akt qeydi tərtib olunmuşdur. Həmin akt qeydində Zəkiyyənin ölüm səbəbi kimi “Ağrı şoku. Əng nahiyyəsinin iti alətlə zədələnməsi” göstərilimşdir. Ərizəçi məhkəmə iclasında qızının şəhid statusunun alınması üçün məhkəməyə müraciət etməsini bildirsə də, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Ərizəçinin övladına şəhid statusunun verilməsi mümkün deyil. Yəni, ölüm haqqında akt qeydləri kitabında düzəliş edilməsinin hüquqi əhəmiyyəti yoxdur. Ona görə də ərizə təmin edilməməlidir. Məhkəmə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-729/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-729/2020
17.09.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver