Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-745/2022 22.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Mən, Gədəbəy rayon Məhkəməsinin hakimi Mirzəquliyev Fizuli Balağa oğlu, X1 maraqlı şəxs ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə qarşı “sənədin ona məxsus olması” tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: X1 maraqlı şəxs ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə qarşı “sənədin ona məxsus olması” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, ərizəçi şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, onların FİN kodu (eyniləşdirmə kodu) göstərilməmiş, həmçinin dövlət rüsumu ödəməmişdir. Bununla da iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə nəzərdə tutulmuş forma və məzmununa riayət etməmişdir. İddia ərizəsində işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının göstərilməsidir. Ərizədə işdə iştirak edən şəxslərin poçt ünvanlarının düzgün və tam göstərilməsi iddia ərizəsinin ərazi aidiyyəti məsələsinin həlli zamanı, eləcə də, məhkəmə baxışının ən mühüm prinsiplərindən olan çəkişmə prinsipinin realizəsi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 150.0.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, məhkəmə qeyd edir ki, ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət etməmiş, dövlət rüsumu ödəməmişdir. Ona görə də X1 maraqlı şəxs ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə qarşı “sənədin ona məxsus olması” tələbinə dair ərizəsinin icraata götürülməsi qeyri-mümkün hesab edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin, məhkəmə izah edir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: X1 maraqlı şəxs ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə qarşı “sənədin ona məxsus olması” tələblərinə tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçi X3 geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizədə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-745/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-745/2022
22.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver