Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-831/2020 27.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı icra haqqında qərara xitam verilməsi tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı Cavabdeh xx.xx.2013-cü il tarixli qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2. və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, həmin tələb məhkəmə qaydasında baxılmalı deyil, ərizəçinin müraciəti əsasında icra məmuru tərəfindən icra edilməli, icra məmuru bundan imtina edərsə və ərizəçi bu imtinanın qanuniliyi və əsaslılığı ilə razılaşmazsa, onun şikyəti əsasında müvafiq inzibati məhkəmə tərəfindən baxıla bilər. Ona görə də iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 149, 152, 153,263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı iddia ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığı üçün geri qaytarısın. İddiaçı izah edilsin ki, bir icra haqqında qərara xitam verilməsi üçün müvafiq icra məmuruna müraciət etməli, icra məmurunun həmin iş üzrə qərarı ilə razılaşmadığı təqdirdə qərardan şikayətlə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-831/2020
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-831/2020
27.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver