Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-840/2021 27.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı X3 qeydiyyatı kitabında qeydlərin düzgün olmaması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi Maraqlı şəxsnə qarşı Vətəndaşlıq X1 doğum tarixi barədə qeydin, yəni xx.xx.1961-ci il tarixdə doğulmas barədə qeydin düzgün olmamasının (doğum tarixinin 02.02.1957-ci il olmasının) müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o, faktiki olaraq 02 fevral 1957-ci ildə Gədəbəy rayonu, Çalburun kəndində doğulmuşdur. Lakin doğum haqqında akt qeydləri kitabında onun doğum tarixi səhvən xx.xx.1961-ci il kimi qeyd edilmişdir. Doğum haqqında şəhadətnaməmdə doğum tarixi xx.xx.1961-ci il yazılmasına baxmayaraq, o, 8 yaşında, yəni 01 sentyabr 1965-ci ildə Çalburun kənd səkkizillik məktəbinin birinci sinfinə getmiş və 1973-cü ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. Bu barədə ona müvafiq şəhadətnamə verilmişdir. Əgər o, həqiqətən 1961-ci ildə doğulmuş olsaydı, 1965-ci ildə, yəni 4 yaşında birinci sinfə gedə bilməzdi. Həmçinin onun məktəb yoldaşlarının hamısı 1957-1958-ci il təvəllüddürlər. O, doğum haqqında akt qeydləri kitabında ona aid doğum qeydlərində (doğum tarixində) düzəliş edilməsi ilə bağlı 15.07.2021-ci il tarixdə Maraqlı şəxsnə müraciət etmiş, lakin ona bu barədə imtina məktubu verilmişdir. Əslində o, 1957-ci il tarixdə doğulmuşdur. Lakin onun digər qardaşı doğum tarixləri səhv yazılmışdır. Doğum tarixinin düzəldilməsi ona sosial hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Ona görə də ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, Ərizəçi ilə eyni sinifdə oxumuşdur. Onlar 1965-ci il tarixdə 8 illik məktəbin birinci sinifinə getmişlər. Həmin vaxt məlum olmuşdur ki, Ərizəçi 1957-ci il tarixdə doğulub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 eyniməzmunlu ifadə vermişdir. İşdə olan X4 surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il il tarixdə Gədəbəy rayonunun Çalburun kəndində doğulmuşdur. İşdə olan Orta Təhsil Haqqında Attestatın surətindən görünür ki, Ərizəçi 1973-cü il tarixdə orta məktəbin 8-ci sinfini bitirmiş, bu barədə ona səkkizillik şəhadətnamə verilmişdir. İşdə olan Arayışdan görünür ki, Ərizəçi 01 sentyabr 1965-ci il tarixdə Çalburun kənd 8 illik məktəbin 1-ci sinifinə daxil olmuş, 1973-cü il tarixdə həmin məktəbin 8-ci sinifini bitirmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş imtina məktubundan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim X3 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən X3 qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 340-cı maddəsinə əsasən ərizədə X3 qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və X3 dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi 1965-ci il tarixdə Gədəbəy rayonu, Çalburun kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuş və 1973-cü ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. Bu barədə ərizəçi məhkəməyə sübutlar təqdim etmiş, şahidlər dəvət etmişdir. Ona görə də ərizə təmin edilməli, Vətəndaşlıq X1 doğum tarixi barədə qeydin, yəni xx.xx.1961-ci il tarixdə doğulması barədə qeydin düzgün olmaması, doğum tarixinin 02.02.1957-ci il olması faktı müəyyən edilmədir. Məhkəmə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi Vətəndaşlıq X1 doğum tarixi barədə qeydin, yəni xx.xx.1961-ci il tarixdə doğulması barədə qeydin düzgün olmaması, doğum tarixinin 02.02.1957-ci il olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-840/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-840/2021
27.08.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver