Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-849/2021 17.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı “davalı suyun qərarı” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı “davalı suyun qərarı” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 149-cu maddəsi ilə nəzərdə tutulmuş məzmununa riayət etməmişdir. Qeyd olunan hüquq normasının əsas müddəalarından biri də iddiaçının və ya ərizəçinin tələbini, onların öz tələblərini əsaslandırdıqları halları, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbin (maddə 149.2.3). ərizədə işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının göstərilməsidir. Eləcə də qeyd olunmalıdır ki, iddia ərizəsi üç ünsürdən – iddianın predmeti, əsası və məzmunundan ibarət olmalıdır. İddianın predmetini iddiaçının cavabdehə olan tələbi, əsasını həmin tələbi şərtləndirən faktlar, məzmununu isə iddiaçının məhkəmədən etdiyi xahiş təşkil edir. Məhkəmədə müəyyən edildi ki, iddiaçı iddia ərizəsinin “xahiş edirəm” hissəsində tələbini aydın və konkret şəkildə göstərməmişdir. Həmçinin, ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı dövlət rüsumu ödəməmişdir. MPM-in 108.3-cü maddəsinə əsasən, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. MPM-in 150.0.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. MPM-in 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin ərizədən görünür ki, iddiaçı ilə sudan istifadə ilə əlaqədar mübahisə vardır. İddiaçı həmin suyun kimə məxsusluğunun aydınlaşdırılmasını istəyir. Qeyd olunmalıdır ki, bu cür məsələlər məhkəmədə həll edilməli məsələlər deyildir. İddiaçının bu tələbinə məhkəmədə baxılmalı deyildir və bu əsasla yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İddiaçıya izah edilməlidir ki, su mənbəyinin, su kəmərinin kimin qanuni istifadəsində olduğunu aydınlaşdırılması üçün aidiyyəti üzrə bələdiyyə və ya icra nümayəndəliyinə müraciət edilməlidir. MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə hesab edir ki, belə olan halda iddia ərizəsini qəbul etməkdən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 232, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdeh X1 qarşı “davalı suyun qərarı” tələbinə dair iddia ərizəsini qəbul etməkdən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı qaytarılsın. İddiaçıya su mənbəyinin, su kəmərinin kimin qanuni istifadəsində olduğunun aydınlaşdırılması üçün aidiyyəti üzrə bələdiyyə və ya icra nümayəndəliyinə müraciət edilməsi tövsiyə edilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-849/2021
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-849/2021
17.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver