Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-854/2020 01.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı Gədəbəy Rayon Qoşabulaq Bələdiyyəsinin cavabdeh X1 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı Gədəbəy Rayon Qoşabulaq Bələdiyyəsinin cavabdeh X1 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə nəzərdə tutulmuş forma və məzmununa riayət etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində tələbini aydın şəkildə göstərməmişdir. Belə ki, ərizənin məzmunundan aydın olur ki, iddiaçı iddia ərizəsində cavabdeh kimi qeyd etdiyi X2 ilə aralarında su mübahisəsi vardır. Bundan narazı qalan iddiaçı cavabdehə qarşı iddia qaldırmış, lakin iddia ərizəsinin nəticə - “xahiş edirəm” hissəsində cavabdehə qarşı tələbinin konkret nədən ibarət olmasını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə görə ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsində cavabdeh kimi qeyd etdiyi X1 qarşı tələbini aydın şəkildə göstərmədiyi üçün iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Gədəbəy Rayon Qoşabulaq Bələdiyyəsinin cavabdeh X1 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geriqaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-854/2020
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-854/2020
01.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver