Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-860/2021 13.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı X4 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh məxsus cehiz əşyalarının onun evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə və dəyişiklik edilməsi barədə ərizə verərək, Cavabdeh məxsus ərizədə adları göstərilən cehiz əşyalarının onun evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı Azərbaycan Respublikasının MPM-nin 54-cü maddəsinə əsasən əsl olmayan tərəfin əvəz edilməsi barədə ərizə verərək, cehiz əşyalarının çıxarılması tələb olunan ev qızı X4 mülkiyyətində olduğundan məhkəmədən İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair mülki iş üzrə onun əsl iddiaçı X10 ilə əvəz edilməsini xahiş etmişdir. X10 ərizəni imza edərək əsl iddiaçı kimi tanınmasına razı olmuşdur. İddiaçı X10 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, qardaşı X6 iş üzrə Cavabdeh ilə 2011-ci ilin may ayının 27-də qeyri-rəsmi olaraq evlənmişlər. Birgə ailə münasibətlərindən onların 21.12.2012-ci il təvəllüdlü X9 və 20.11.2016-cı il təvəllüdlü X11 adında iki övladları olmuşdur. Cavabdehlə qardaşı ailə qurduqdan sonra bir müddət səmimi yaşamışlar. Lakin sonradan aralarında ailədə münasibətləri pozulmuşdur. Buna səbəb isə ailədə yola getməmələri və xasiyyətlərinin birbirinə uyğun gəlməməsi olmuşdur. Elə buna görə də onlar ayrılmışlar. Onlar ailənin bərpa olunması üçün əllərindən gələni etsə də bu mümkün olmamışdır. Xatirə onun mülkiyyətində olan evə gəlin köçərkən özü ilə cehiz əşyaları gətirmişdir Həmin cehiz əşyaları hal-hazırda onların evindədir. Artıq onların ailələri dağılıb və bir daha bərpa oluna bilməz. O, cavabdehdən cehiz əşyalarını onun evindən çıxarmasını dəfələrlə xahiş etsə də o, cehiz əşyalarını onun evindən çıxarmaq istəmir. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmin əşyalar bunalrdır: bir ədəd divan, iki ədəd kreslo, iki ədəd termo, iki ədəd qorka, bir ədəd televizor altı, bir ədəd qab yığmaq üçün şkaf, bir ədəd yataq çarpayısı, bir ədəd yorğan-döşək, 3 ədəd yastıq, bir ədəd sandıq, iki ədəd balaca tunbuşqa, bir ədəd uşaq beşiyi, bir ədəd stol, altı ədəd stul, bir ədəd jurnalnı stol, bir ədəd lüstur, iki ədəd pərdə, iki ədəd karniz, bir dəst uşaq üçün yorğan-döşək, bir ədəd tozsoran, bir ədəd ət çəkən maşın, bir ədəd qoz çəkən, bir ədəd çaynik, bir ədəd yaşıl rəngli dəm çayniki, bir ədəd uzun qulplu qruşqa, bir ədəd ələk, səkkiz ədəd qruşqa, üç ədəd şirəli ağ qazan, bir dəst tefal çaynik böyük və kiçik (elektriklə işləyən), iki ədəd böyük bajema qab, iki ədəd kiçik bagema qab ayaqlı, bir ədəd göy rəngdə külqabı, iki ədəd şüşə qəndqabı, altı ədəd mürəbbəqabı, iyirmi dörd ədəd çəngəl, iyirmi dörd ədəd xörək qaşığı, iyirmi dörd ədəd çay qaşığı, bir ədəd kətəkəsən, bir ədəd qənd qayçısı, bir ədəd banka açan, bir ədəd tyorka, bir ədəd sarımsaqdöyən, bir ədəd taxta qaşıq, bir ədəd kartofəzən, bir ədəd kökür, bir ədəd çömçə, iki ədəd ayaqlı meyvəqabı, iki ədəd ayaqsız meyvə qabı, 18 ədəd rumka, 18 ədəd çay stəkanı, bir ədəd su qrafini, altı ədəd armudu stəkan, altı ədəd araq stəkanı, iki ədəd ayaqlı qəndqabı, iki ədəd ayaqsız qənd qabı, bir ədəd şirəli ləyən, bir ədəd şirəli qazan, iki ədəd dufli şəklində külqabı, bir ədəd çörək peçqası, dörd ədəd dəmir ləyən, dörd ədəd padnus, iki ədəd aşsüzən, altı ədəd ləpə qabı, iki ədəd şüşə çörək qabı, altı ədəd araq stəkanı, iki ədəd bulud, on iki ədəd aş boşqabı, bir ədəd qrafın altı stəkanı ilə birlikdə, iki ədəd salfetka qabı, bir ədəd termus, bir ədəd ütü, bir ədəd mikser, altı ədəd razetka, bir ədəd ağ şüşə külqabı, iki ədəd üçmərtəbəli ləpə qabı, altı ədəd kofe üçün qruşqa altı nəlbəkisi ilə birlikdə, altı ədəd stəkan, bir dəst göy rəngli çaynı servis, bir dəst ağ abedni servis, bir dəst kofe üçün servis, üç ədəd sinkavoy qazan ağzı kapron qapaqlı, beş ədəd göy rəngli şirəli qazan, on səkkiz ədəd yağ bıçağı, iyirmi ədəd bıçaq, on səkkiz bozartma boşqabı, altı ədəd güllü stəkan, iki ədəd külqabı, altı ədəd duzqabı, altı ədəd araq stəkanı, on səkkiz ədəd razetqa nəlbəki, on bir ədəd çay nəlbəkisi, on iki ədəd kapron meyvəqabı, altı ədəd salat üçün kasa, dörd ədəd şüşə meyvəqabı, bir ədəd balaca dəmir qazan, bir ədəd güllü tefal qazan, bir ədəd qaşıqyığılan, üç ədəd balaca kapron ləyən, dörd ədəd orta həcmli böyük kapron ləyən, iki ədəd balaca tuj sapılca, bir ədəd qab yığmaq üçün şkaf, altı ədəd araq stəkanı, on iki ədəd turşu boşqabı(pribor), iyirmi dörd ədəd iri bozartma boşqabı (pribor), on səkkiz ədəd bozartma üçün orta boşqab (pribor), bir ədəd nerjavika qazan, bir ədəd nerjavika sapılca, bir ədəd tefal, iki ədəd çaydan, üç ədəd güllü qazan dəsti, iki ədəd sadə qruşqa (karopkada), altı ədəd mürəbbə qabı, iki ədəd lotka ləpə qabı, bir ədəd şirəli vedrə, bir ədəd dəmir vedrə, üç ədəd balaca və böyük qazan dəsti taxta qaşığı ilə birlikdə, altı ədəd su rumkası, bir ədəd sarı rəngdə su qrafini. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, X6 ilə 2011-ci ildə qeyrirəsmi olaraq evlənmişlər. O, Seymur ilə ailə qurduqdan sonra həmin evə gəlin köçmüşdür. Onların birgə yaşadıqları dövrdə 21.12.2012-ci il təvəllüdlü X9 və 20.11.2016-cı il təvəllüdlü X11 adında iki uşaqlar olmuşdur. Bir müddət səmimi yaşamışlar. Lakin sonradan aralarında olan narazılığa görə ayrılmışlar. O, hazırda müvəqqəti olaraq atasının evində yaşayır. Məhkəmə tərəfindən uşaqların saxlanması üçün aliment və uşaqlardan biri xəstə olduğu üçün müailcə pulu verilməsi qət edilmişdir. X17 həmin qətnamələri vaxtlı-vaxtında icra etmir. Həmçinin o, hazırki iş üzrə cehiz əşyalarının iddiaçının evindən icra nümayəndələrinin iştirakı ilə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işdə olan Gədəbəy rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli, 2(042)- 489/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 04 iyun 2020-ci il tarixdən başlayaraq, 21 dekabr 2012-ci il təvəllüdlü X2 və 20 noyabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 140 manat olmaqla, iki uşaq üçün 280 manat aliment tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(042)-805/2020 saylı qətnaməsinin surətindən görünür ki, 20 noyabr 2016-cı il tarixdə doğulmuş X5 xəstəliyi ilə əlaqədar X1 müalicə xərcləri üçün hər ay 60 manat alınaraq Cavabdeh verilməsi və müalicə xərclərinin tutulması 21 avqust 2020-ci il tarixdən hesablanması qət edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(042)-174/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X3 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(042)-875/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X3 qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(104)- 1252/2021 saylı qətnaməsinin surətindən görünür ki, apelyasiya şikayəti təmin edilməmiş və iş üzrə Gədəbəy rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(042)-875/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(042)-275/2021 saylı qətnaməsinin surətindən görünür ki, X1 çəkisi 25 qram olan, 583 əyyarlı, qolbağ, və boyunbağı dəsti, çəkisi 15 qram olan, 583 əyyarlı, brilyantqaşlı 2 sırğa, 1 üzük dəsti və çəkisi 9 qram olan, 583 əyyarlı üzük alınaraq, Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(042)-375/2021 saylı qətnaməsinin surətindən görünür ki, X3 21.12.2012-ci il tarixdə X9 və 20.11.2016-ci il tarixdə X11 ilə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan saat 19:00-dək ünsiyyət hüququ verilməsi qət edilmişdir. İşdə olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, X7 adına ünvan 1 ünvanında 146.4 kv.m fərdi yaşayış evi və 0.0898 ha torpaq sahəsi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçı cavabdehə məxsus olan və çıxarılmasını tələb etdiyi cehiz əşyalarının onun mülkiyyətindən maneəsiz şəkildə istifadə etməsini məhdudlaşdırdığını sübut etməlidir. İşin mübashiləndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçının Gədəbəy rayonu, Yenikənd yaşayış massivində özünə məxsus fərdi yaşayış evi vardır. Cavabdeh 2011-ci ildə həmin evə gəlin köçmüş və cehiz əşyalarını həmin evə gətirmişdir. Cavabdeh həmin evdə yaşamış və baş vermiş ailə mübahisələrinə görə evdən çıxıb atası evinə getmişdir. Cehiz əşyaları isə həmin evdə qalmışdır. Həmin əşyalar hazırda iddiaçıya məxsus evdədir. İddiaçı mülkiyyət hüququndan məhrum olmasa da, cehiz əşyalarının onun evində yerləşməsi onun öz mülkiyyətindən maneəsiz şəkildə istifadə etməsini məhdudlaşdırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehə məxsus cehiz əşyalarının öz evindən çıxarılmasını tələb etməkdə haqlıdır. Həmçinin cavabdeh icra nümayəndələrinin iştirakı ilə cehiz əşyalarının çıxarılmasına etiraz etmir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh bundan əvvəl Gədəbəy rayon Məhkəməsində cavabdeh X3 qarşı iddia qaldıraraq, iki azyaşlı uşaqlarının saxlanıb böyüdülməsi üçün mübahisəli fərdi yaşayış evindən yaşayış yerinin verilməsini xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli, 2(042)-875/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(104)-1252/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Gədəbəy rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli, 2(042)-875/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bu da onu göstərir ki, Cavabdeh cehiz əşyalarının saxlanıldığı fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Yəni iddiaçının mülkiyyətində olan evdə cavabdehə məxsus əşyaların saxlanılması üçün heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, məhkəmə cavabdehin iddia tələbini etiraf etməsini qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.1-ci maddəsinə əsasən. torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında (Gədəbəy rayonu, Yenikənd yaşayış massivində) yerləşən, iddiaçı X4 mülkiyyətində olan evə yığılmış, Cavabdeh məxsus olan bir ədəd divan, iki ədəd kreslo, iki ədəd termo, iki ədəd qorka, bir ədəd televizor altı, bir ədəd qab yığmaq üçün şkaf, bir ədəd yataq çarpayısı, bir ədəd yorğan-döşək, 3 ədəd yastıq, bir ədəd sandıq, iki ədəd balaca tunbuşqa, bir ədəd uşaq beşiyi, bir ədəd stol, altı ədəd stul, bir ədəd jurnalnı stol, bir ədəd lüstur, iki ədəd pərdə, iki ədəd karniz, bir dəst uşaq üçün yorğan-döşək, bir ədəd tozsoran, bir ədəd ət çəkən maşın, bir ədəd qoz çəkən, bir ədəd çaynik, bir ədəd yaşıl rəngli dəm çayniki, bir ədəd uzun qulplu qruşqa, bir ədəd ələk, səkkiz ədəd qruşqa, üç ədəd şirəli ağ qazan, bir dəst tefal çaynik böyük və kiçik (elektriklə işləyən), iki ədəd böyük bajema qab, iki ədəd kiçik bagema qab ayaqlı, bir ədəd göy rəngdə külqabı, iki ədəd şüşə qəndqabı, altı ədəd mürəbbəqabı, iyirmi dörd ədəd çəngəl, iyirmi dörd ədəd xörək qaşığı, iyirmi dörd ədəd çay qaşığı, bir ədəd kətəkəsən, bir ədəd qənd qayçısı, bir ədəd banka açan, bir ədəd tyorka, bir ədəd sarımsaqdöyən, bir ədəd taxta qaşıq, bir ədəd kartofəzən, bir ədəd kökür, bir ədəd çömçə, iki ədəd ayaqlı meyvəqabı, iki ədəd ayaqsız meyvə qabı, 18 ədəd rumka, 18 ədəd çay stəkanı, bir ədəd su qrafini, altı ədəd armudu stəkan, altı ədəd araq stəkanı, iki ədəd ayaqlı qəndqabı, iki ədəd ayaqsız qənd qabı, bir ədəd şirəli ləyən, bir ədəd şirəli qazan, iki ədəd dufli şəklində külqabı, bir ədəd çörək peçqası, dörd ədəd dəmir ləyən, dörd ədəd padnus, iki ədəd aşsüzən, altı ədəd ləpə qabı, iki ədəd şüşə çörək qabı, altı ədəd araq stəkanı, iki ədəd bulud, on iki ədəd aş boşqabı, bir ədəd qrafın altı stəkanı ilə birlikdə, iki ədəd salfetka qabı, bir ədəd termus, bir ədəd ütü, bir ədəd mikser, altı ədəd razetka, bir ədəd ağ şüşə külqabı, iki ədəd üçmərtəbəli ləpə qabı, altı ədəd kofe üçün qruşqa altı nəlbəkisi ilə birlikdə, altı ədəd stəkan, bir dəst göy rəngli çaynı servis, bir dəst ağ abedni servis, bir dəst kofe üçün servis, üç ədəd sinkavoy qazan ağzı kapron qapaqlı, beş ədəd göy rəngli şirəli qazan, on səkkiz ədəd yağ bıçağı, iyirmi ədəd bıçaq, on səkkiz bozartma boşqabı, altı ədəd güllü stəkan, iki ədəd külqabı, altı ədəd duzqabı, altı ədəd araq stəkanı, on səkkiz ədəd razetqa nəlbəki, on bir ədəd çay nəlbəkisi, on iki ədəd kapron meyvəqabı, altı ədəd salat üçün kasa, dörd ədəd şüşə meyvəqabı, bir ədəd balaca dəmir qazan, bir ədəd güllü tefal qazan, bir ədəd qaşıqyığılan, üç ədəd balaca kapron ləyən, dörd ədəd orta həcmli böyük kapron ləyən, iki ədəd balaca tuj sapılca, bir ədəd qab yığmaq üçün şkaf, altı ədəd araq stəkanı, on iki ədəd turşu boşqabı(pribor), iyirmi dörd ədəd iri bozartma boşqabı (pribor), on səkkiz ədəd bozartma üçün orta boşqab (pribor), bir ədəd nerjavika qazan, bir ədəd nerjavika sapılca, bir ədəd tefal, iki ədəd çaydan, üç ədəd güllü qazan dəsti, iki ədəd sadə qruşqa (karopkada), altı ədəd mürəbbə qabı, iki ədəd lotka ləpə qabı, bir ədəd şirəli vedrə, bir ədəd dəmir vedrə, üç ədəd balaca və böyük qazan dəsti taxta qaşığı ilə birlikdə, altı ədəd su rumkası, bir ədəd sarı rəngdə su qrafinindən ibarət cehiz əşyaları, eləcə də cavabdehə məxsus digər mübahisələndirilməyən əşyalar cavabdehin hesabına həmin evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 30 manat dövlət rüsumu ödənilmişdir . Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında (Gədəbəy rayonu, Yenikənd yaşayış massivində) yerləşən, iddiaçı X4 mülkiyyətində olan evə yığılmış, Cavabdeh məxsus olan bir ədəd divan, iki ədəd kreslo, iki ədəd termo, iki ədəd qorka, bir ədəd televizor altı, bir ədəd qab yığmaq üçün şkaf, bir ədəd yataq çarpayısı, bir ədəd yorğan-döşək, 3 ədəd yastıq, bir ədəd sandıq, iki ədəd balaca tunbuşqa, bir ədəd uşaq beşiyi, bir ədəd stol, altı ədəd stul, bir ədəd jurnalnı stol, bir ədəd lüstur, iki ədəd pərdə, iki ədəd karniz, bir dəst uşaq üçün yorğan-döşək, bir ədəd tozsoran, bir ədəd ət çəkən maşın, bir ədəd qoz çəkən, bir ədəd çaynik, bir ədəd yaşıl rəngli dəm çayniki, bir ədəd uzun qulplu qruşqa, bir ədəd ələk, səkkiz ədəd qruşqa, üç ədəd şirəli ağ qazan, bir dəst tefal çaynik böyük və kiçik (elektriklə işləyən), iki ədəd böyük bajema qab, iki ədəd kiçik bagema qab ayaqlı, bir ədəd göy rəngdə külqabı, iki ədəd şüşə qəndqabı, altı ədəd mürəbbəqabı, iyirmi dörd ədəd çəngəl, iyirmi dörd ədəd xörək qaşığı, iyirmi dörd ədəd çay qaşığı, bir ədəd kətəkəsən, bir ədəd qənd qayçısı, bir ədəd banka açan, bir ədəd tyorka, bir ədəd sarımsaqdöyən, bir ədəd taxta qaşıq, bir ədəd kartofəzən, bir ədəd kökür, bir ədəd çömçə, iki ədəd ayaqlı meyvəqabı, iki ədəd ayaqsız meyvə qabı, 18 ədəd rumka, 18 ədəd çay stəkanı, bir ədəd su qrafini, altı ədəd armudu stəkan, altı ədəd araq stəkanı, iki ədəd ayaqlı qəndqabı, iki ədəd ayaqsız qənd qabı, bir ədəd şirəli ləyən, bir ədəd şirəli qazan, iki ədəd dufli şəklində külqabı, bir ədəd çörək peçqası, dörd ədəd dəmir ləyən, dörd ədəd padnus, iki ədəd aşsüzən, altı ədəd ləpə qabı, iki ədəd şüşə çörək qabı, altı ədəd araq stəkanı, iki ədəd bulud, on iki ədəd aş boşqabı, bir ədəd qrafın altı stəkanı ilə birlikdə, iki ədəd salfetka qabı, bir ədəd termus, bir ədəd ütü, bir ədəd mikser, altı ədəd razetka, bir ədəd ağ şüşə külqabı, iki ədəd üçmərtəbəli ləpə qabı, altı ədəd kofe üçün qruşqa altı nəlbəkisi ilə birlikdə, altı ədəd stəkan, bir dəst göy rəngli çaynı servis, bir dəst ağ abedni servis, bir dəst kofe üçün servis, üç ədəd sinkavoy qazan ağzı kapron qapaqlı, beş ədəd göy rəngli şirəli qazan, on səkkiz ədəd yağ bıçağı, iyirmi ədəd bıçaq, on səkkiz bozartma boşqabı, altı ədəd güllü stəkan, iki ədəd külqabı, altı ədəd duzqabı, altı ədəd araq stəkanı, on səkkiz ədəd razetqa nəlbəki, on bir ədəd çay nəlbəkisi, on iki ədəd kapron meyvəqabı, altı ədəd salat üçün kasa, dörd ədəd şüşə meyvəqabı, bir ədəd balaca dəmir qazan, bir ədəd güllü tefal qazan, bir ədəd qaşıqyığılan, üç ədəd balaca kapron ləyən, dörd ədəd orta həcmli böyük kapron ləyən, iki ədəd balaca tuj sapılca, bir ədəd qab yığmaq üçün şkaf, altı ədəd araq stəkanı, on iki ədəd turşu boşqabı(pribor), iyirmi dörd ədəd iri bozartma boşqabı (pribor), on səkkiz ədəd bozartma üçün orta boşqab (pribor), bir ədəd nerjavika qazan, bir ədəd nerjavika sapılca, bir ədəd tefal, iki ədəd çaydan, üç ədəd güllü qazan dəsti, iki ədəd sadə qruşqa (karopkada), altı ədəd mürəbbə qabı, iki ədəd lotka ləpə qabı, bir ədəd şirəli vedrə, bir ədəd dəmir vedrə, üç ədəd balaca və böyük qazan dəsti taxta qaşığı ilə birlikdə, altı ədəd su rumkası, bir ədəd sarı rəngdə su qrafinindən ibarət cehiz əşyaları, eləcə də cavabdehə məxsus digər mübahisələndirilməyən əşyalar cavabdehin hesabına həmin evdən çıxarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdeh alınaraq iddiaçı X8 verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-860/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-860/2021
13.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver