Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-884/2022 23.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5 Cavabdeh2in direktoru X1*, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının etibarnamə üzrə nümayəndəsi X3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qazax-Tovuz Regional Təhsil İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı5 cavabdehlər Cavabdeh2ə və Gədəbəy rayon İcra Hakimiyyətinə qarşı “servitut qaydasında avtomaşın yolunun açılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı5 məhkəmədə iddia qaldıraraq, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı5 Gədəbəy rayonu, Daryurd kəndində yerləşən fərdi yaşayış evlərinə gediş-gəliş üçün Cavabdeh2in yaxınlığında yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsindən keçməklə servitut qaydasında avtomaşın yolunun müəyyən edilib açılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, onlar Gədəbəy rayonu, Daryurd kəndində ailə üzvləri ilə birlikdə yaşayırlar. Hər bir iddiaçının orada fərdi yaşayış evləri və torpaq sahələri vardır. Onların yaşayış evlərinə gedən avtomobil yolu 193*-cu ildən mövcud olmuş və həmin yol Cavabdeh2in inzibati binasının qarşısından keçmişdir. 2*16-ci ilə qədər onlar iddiaçılar və digər kənd sakinləri həmin avtomobil yolundan istifadə etmişdir. 2*16-ci ildə Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Ramiz Yediyarovun göstərişi ilə onların yaşayış evlərinə gedən həmin avtomobil yolu qanununsuz olaraq bağlanmışdır. Avtomobil yolunu məktəb rəhbərliyi metal tor çəpərə salmışdır. Həmin vaxtdan onların gediş-gəliş yolları demək olar ki bağlanmışdır. Həmin yolun alt hissəsindən əlavə yol gedir ki, həmin yoldan da istifadə etmək qeyrimümkündür. Ona görə ki, yaşayış evləri ucqar yerdə yerləşir, yağış, qar yağan vaxt həmin alternativ yol tamamilə keçilməz olur. Evlərinə hər hansı bir yanğın və ya digər fövqəladə hadisə baş verərsə, texnikanın həmin yoldan keçərək əraziyə gəlməsi mümkün deyil. Bu səbəbdən onlar əvvəllər mövcud olmuş həmin avtomobil yolunun açılmasını məktəb rəhbərliyindən xahiş etsələr də, heç bir müsbət nəticəsi olmamışdır. Bununla da onlar mülkiyyətlərindən maneəsiz şəkildə istifadə edə bilmirlər. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edərək fərdi yaşayış evlərinə gediş-gəliş üçün Cavabdeh2in yaxınlığından keçməklə servitut qaydasında 3.5 metr enində avtomaşın yolunun açılmasını istəyirlər. Həmçinin avtomaşın yolunun açılmasını istədikləri torpaq sahəsi dövlət mülkiyyətindədir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Digər iddiaçılar İddiaçı3 və Məmmədov X9 Zahid Aslan oğlu ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının etibarnamə üzrə nümayəndəsi X11 məhkəmə iclasından izahat verərək bildirdi ki, Gədəbəy rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri-baş memar vəzifəsini müvəqqəti icra edir. Mübahisəli ərazi dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Həmin ərazidən iddiaçılara yol olmuş, lakin, 2*16-cı il tarixdə həmin yol bağlanmışdır. Yol həmin vaxt səhvən bağlanmışdır. Belə ki, yolun bağlanması ilə əlaqədar sənədlər onlar tərəfindən öyrənilmiş və müəyyən edilmişdir ki, Daryurd kəndində yerləşən orta məktəbin iki binasının arasından keçən yolun bağlanması nəzərdə tutulduğu halda, məktəbin ətrafı hasarlanaraq servitut qaydasında açılması nəzərdə tutulan yolu da bağlanmışdır. Torpaq sahəsi dövlət mülkiyyətindədir. Həmin ərazinin məktəbin səlahiyyətinə və ya istifadəsinə verilməsini təsdiq edən hər hansı sərəncam və ya hüquq müəyyənedici sənəd yoxdur. Hazırda isə həmin avtomobil yolunun servitut qaydasında açılmasına etirazları yoxdur. Cavabdeh2in direktoru X13 məhkəmə iclasında izahat verərək bildirdi ki,o, Azərbaycan Respublikası Təhsil Nazirinin 26.12.2*17-ci il tarixli, K-843 nömrəli əmrinə əsəsən Daryurd kənd tam orta məktəbinə direktor təyin olunmuşdur. Mübahisəli ərazi dövlət mülkiyyətinə aid torpaq sahəsidir. O, həmin vəzifəyə təyin edildiyi vaxt mübahisəli ərazidən yol bağlı olmuşdur. Həmin ərazidən əvvəllər yol olmuş, lakin, 2*16-cı il tarixdə bağlanmışdır. Həmin torpaq sahəsinin məktəbin səlahiyyətinə və ya istifadəsinə verilməsini təsdiq edən hər hansı sərəncam və ya hüquq müəyyənedici sənəd yoxdur. Həmin ərazidən servitut qaydasında yol açılmasına etirazı yoxdur. Lakin, yol açıldıqdan sonra yarana biləcək problemlərlə bağlı məsuliyyət daşımır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qazax- Tovuz Regional Təhsil İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyir. İddiaçılara məxsus fərdi yaşayış evinə alternativ avtomobil yolu vardır. İddiaçıların mübahisəli dövlət mülkiyyətinə aid torpaq sahəsində servitut qaydasında avtomobil yolunun açılmasını tələb etmələrinə heç bir əsas yoxdur. Eləcə də, avtomobil yolunun açılması tələb olunana ərazi Cavabdeh2in həyətindən keçir və həmin yerdən avtomobil yolu açılaraq istifadə edilməsi məktəb şagirdlərinin həyatı üçün təhlükə yarada bilər. Cavabdeh2in yeni binasının tikilməsi nəzərdə tutulmuşdur. Avtomobil yolu açılacağı təqdirdə yeni binanın tikintisinə maneələr yarada bilər. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Daryurd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 hal-hazırda Gədəbəy rayonu, Daryurd kəndində yaşayırlar. İşdə olan 19 may 2*16-cı il tarixli, Gədəbəy RİHB aparatının Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisi X2, Gədəbəy RİHB-nın Daryurd kənd İƏD üzrə nümayəndəsi X4, Gədəbəy rayon Polis şöbəsinin rəis müavini polis polkovnik leytenantı X5, Gədəbəy RPŞ-nın sahə müvəkkili polis kapitanı X6 və Cavabdeh2in direktoru X8 iştirakları ilə tərtib edilmiş aktın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2in həyətində şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə məktəbin ətrafına dəmir dirəklər basdırılaraq nəqliyyat vasitələrinin məktəbin həyətinə daxil olması məhdudlaşdırılmışdır. İşdə olan Gədəbəy rayonu İHB-nin Daryurd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Gədəbəy rayon Təhsil şöbəsinə ünvanlanmış *4 fevral 2*22-ci il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, Daryurd kənd tam orta məktəbinin ərazisi metal tor hasarla hasarlıdır. Tikinti altı sahəsi *.*5 ha, qalan sahəsi *.17 ha, ümumilikdə *.22 ha təşkil edir. İşdə olan Qazax-Tovuz Regional Təhsil İdarəsi Gədəbəy rayon Təhsil Sektoru tərəfindən Gədəbəy rayon Məhkəməsinə ünvanlanmış *2 sentyabr 2*22-ci il tarixli məktubdan görünür ki, X13 Azərbaycan Respublikası Təhsil Nazirinin 26.12.2*17-ci il tarixli, K-843 nömrəli əmrinə əsasən, rayonun Daryurd kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin olunmuşdur. Hazırda həmin vəzifədə çalışır. İşdə olan *6 iyul 2*22-ci il tarixli yerində müayinə iclasının protokolundan görünür ki, mütəxəssis Şahid servitut qaydasında yolun açılması tələb olunan mübahisəli ərazinin dövlət mülkiyyətinə aid torpaq sahəsi olduğunu bildirdi. Həmin ərazi dəmir dirəklər basdırılmaqla metal torla hasarlanmışdır. İclas iştirakçıları açılması tələb olunan avtomobil yolunu göstərərək 193*-cu ildən işlədiyini, həmin yoldan iddiaçıların və digər kənd sakinlərinin istifadə etdiklərini və 2*16-cı il tarixdə yolun bağlanıldığını bildirdilər. İddiaçıların fərdi yaşayış evinə gedən başqa avtomobil yolu mövcuddur. Lakin, həmin yoldan yağışlı və qarlı havalarda istifadə etmək qeyri-mümkün və təhlükəli ola bilər. Dövlət mülkiyyətində olan torpaq sahəsindən iddiaçıların yaşadığı fərdi yaşayış evinə servitut qaydasında avtomaşın yolunun açılması mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Beləliklə, məhkəmədə işdə iştirak edən şəxslərin izahatları və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçılar Gədəbəy rayonu, Daryurd kəndində ailə üzvləri ilə birlikdə yaşayırlar. Onların yaşadıqları fərdi yaşayış evlərinə Cavabdeh2in qarşısından 193*-cu ildən istifadə olunan avtomobil yolu mövcud olmuşdur. Lakin, daha sonra bir qrup kənd sakinlərinin şikayəti əsasında həmin yol 2*16-cı il tarixdə hasarlanmaqla bağlanılmışdır. İddiaçılar məhkəmədə iddia qaldıraraq, hazırda istifadə etdikləri alternativ yolun istifadəsinin təhlükəli və yarasız olduğunu bildirərək, mübahisəli ərazidən servitut qaydasında avtomobil yolunun açılmasını tələb edirlər. Mübahisəli ərazidə mütəxəssis Şahid və digər iclas iştirakçılarının iştirakı ilə yerində müayinə iclası keçirilmiş və yerində müayinə zamanı müəyyən edilmişdir ki, mütəxəssis Şahid servitut qaydasında yolun açılması tələb olunan mübahisəli ərazinin dövlət mülkiyyətinə aid torpaq sahəsi olduğunu bildirmişdir. Həmin ərazi dəmir dirəklər basdırılmaqla metal torla hasarlanmışdır. İclas iştirakçıları açılması tələb olunan avtomobil yolunu göstərərək həmin yolun 193*-cu ildən işlədiyini, həmin yoldan iddiaçıların və digər kənd sakinlərinin istifadə etdiklərini və 2*16-cı il tarixdə yolun bağlanıldığını bildirmişlər. İddiaçıların fərdi yaşayış evinə gedən başqa avtomobil yolu mövcuddur. Lakin, həmin yoldan yağışlı və qarlı havalarda istifadə etmək qeyri-mümkün və təhlükəli ola bilər. Ona görə də, dövlət mülkiyyətində olan torpaq sahəsindən iddiaçıların yaşadığı fərdi yaşayış evlərinə servitut qaydasında avtomaşın yolunun açılması mümkün hesab edilmişdir. Məhkəmə daşınmaz əmlak olan torpaq sahəsinə hüquqların yaranması əsaslarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Qeyd olunan hüquq normalarına əsasən qeyd edilməlidir ki, mübahisələndirilən torpaq sahəsinin Cavabdeh2in ərazisi olmasını və ya onların istifadəsinə verilməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilmədi. Məhkəmə iclasında cavabdehlər Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının etibarnamə üzrə nümayəndəsi və məktəbin direktoru mübahisələndirilən torpaq sahəsinin Cavabdeh2in ərazisi olmasını və ya istifadəsinə verilməsini təsdiq edən sərəncam və ya hər hansı hüquq müəyyənedici sənədin mövcud olmadığını bildirdilər. Qeyd etmək lazımdır ki, Avropa insan hüquqları məhkəməsinin Akimova Azərbaycana qarşı, Burdov Rusiyaya qarşı, Qarrax Çexiyaya qarşı, Mray Fransaya qarşı və digər qərarlarında qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan hüquqları və əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Kovensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 175.3-cü maddəsinə görə əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinə əsasən servitut bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servitut torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: -torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; -torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt vəşəbəkələrin çəkilməsi və təmiri üçün istifadə etmək; - torpaq sahəsində drenaj işləri aparmaq; -torpaq sahəsində su toplamaq və içməli su götürmək (mal-qaranı suvarmaq); -torpaq sahəsindən mal-qaranı keçirmək; -yerli şəraitə və adətlərə uyğun olaraq, özgənin torpaq sahəsində ot biçmək vəmalqara otarmaq; -torpaq sahəsindən axtarış, tədqiqat və digər işlərin aparılması üçünmüvəqqəti istifadə etmək; -qonşu sahədə dayağı olan və ya müəyyən hündürlükdə qonşu sahəsinə keçəntikililər və qurğular ucaltmaq; -qonşu sahədə müəyyən hündürlükdən artıq olan tikililərin və qurğularınucaldılmasını qadağan etmək; -torpaq sahəsində qoruyucu meşə əkinləri və zolaqları salmaq və digərtəbiətqoruyucu obyektlər yaratmaq; -qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digərservitutlar. Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, üzərində servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə edən şəxsdən müvafiq ödəniş tələb etmək hüququ vardır. Kənd əhalisinin və onların birliklərinin xeyrinə müəyyən edilən kənd təsərrüfatı servitutlarına görə ödəniş tutulmur. Servitutlar müvəqqəti və daimi ola bilər. Torpaq sahəsi üzərində hüququn formasından asılı olmayaraq, bütün torpaq sahəsinə servitut müəyyən edilə bilər. Servitutlar qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməlidir. Torpaq sahəsi başqa şəxslərə keçdikdə, qanunvericiliklə müəyyən edilmiş servitutlar saxlanılır. Həmin Məcəllənin 8*-ci maddəsinə görə, torpaq sahəsinin mülkiyyətçilərinin öz torpaq sahəsində olan meşə örtüyündən, geniş yayılmış faydalı qazıntılarından və su ehtiyatlarından təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada istifadə etmək hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.4-cü maddəsinə əsasən, servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Yuxarıda əks olunan normaların mənasına görə şəxsin servitut hüququnun tələb etmək hüququ vardır. Hətta torpaq sahəsi başqa şəxsə keçdiyi təqdirdə belə servitut hüququ saxlanılır. Məhkəmədə müəyyən edilmişdir ki, iddiaçılara məxsus fərdi yaşayış evinə avtomaşın yolu mövcud olsa da, yağışlı və qarlı havalarda yoldan istifadə qeyri-mümkün və təhlükəli ola bilər. Dövlət mülkiyyətində olan həmin torpaq sahəsindən servitut qaydasında avtomobil keçidinin verilməsi iddiaçıların mülkiyyətindən maneəsiz istifadə hüququnun həyata keçirilməsi üçün zəruridir. Servitut təyin edilməsi hər hansı mülkiyyət hüququnun pozulması deyil, həmin hüququn yüklü edilməsidir ki, bu da yalnız qanunla müəyyən olunmuş hallarda təyin edilir. Dövlət mülkiyyətində olan həmin torpaq sahəsinə servitut təyin edilməsi iddiaçıların mülkiyyətindən maneəsiz istifadə hüququnu həyata keçirilməsi üçün qanunidir. Eləcə də, cavabdehlər Cavabdeh2in direktoru X13 və Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının etibarnamə üzrə nümayəndəsi X11 məhkəmə iclasında mübahisəli ərazidən servitut qaydasında avtomobil yolunun açılmasına etirazlarının olmadığını bildirdilər. Qeyd olunan hüquq normalarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Gədəbəy rayonu, Daryurd kəndində yerləşən dövlət mülkiyyətində olan 2*16-cı ilədək yol kimi istifadə olunmuş ərazidən Gədəbəy rayon Daryurd kənd orta məktəbinin çıxışında olan pilləkəndən məktəbin təhlükəsizliyi üçün məsafə saxlanılmaqla iddiaçıların hesabına arakəsmə (dəmir tordan və ya digər materiallardan) müəyyən edilərək arakəsmə istinad nöqtəsi olmaqla üç metr enində servitut qaydasında yol açılmalıdır. Məhkəmə həmçinin, iddiaçıların servituta görə haqq ödəməsi ilə bağlı məsələyə münasibət bildirərək qeyd edir ki, bu barədə cavabdehlər tərəfindən tələb irəli sürülməmişdir. Məhkəmə isə yalnız irəli sürülmüş tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-22*, 3*7-311, 36* və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Gədəbəy rayonu, Daryurd kəndində yerləşən dövlət mülkiyyətində olan 2*16-cı ilədək yol kimi istifadə olunmuş ərazidən Gədəbəy rayon Daryurd kənd orta məktəbinin çıxışında olan pilləkəndən məktəbin təhlükəsizliyi üçün məsafə saxlanılmaqla iddiaçıların hesabına arakəsmə (dəmir tordan və ya digər materiallardan) müəyyən edilərək arakəsmə istinad nöqtəsi olmaqla üç metr enində servitut qaydasında yol açılsın. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-884/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-884/2022
23.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver