Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-906/2021 16.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyri yaşayış sahəsinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış obyektinin 139.60 kv.m sahənin boşaldılaraq, ona təhvil verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(042)-523/20 saylı, 20.07.2020-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh 32000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 32030 manat pul alınaraq tələbkar ona verilməlidir. Görülmüş məcburi icra tədbirləri nəticəsində müəyyən edilmişdir ki, borclu Cavabdeh adına ünvan 2 ünvanında yerləşən qeyri yaşayış binası qeydə alınmışdır. Cavabdeh cəmi 32030 məbləğində borcunun tutulub onun hesabına ödənilməsini təmin etmək üçün, məcburi qaydada borclunun qeyd olunan əmlakı hesabına ödənilməsini təmin etmək məqsədi ilə 14.09.2020-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinə əmlaka həbs qoyulması üçün təqdimat verilmiş, Gədəbəy Rayon Məhkəməsinin 8(042)-103/2020 saylı, 23.09.2020-ci il tarixli qərardadına əsasən Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən qeyri yaşayış binasının üzərinə həbs qoyulmuşdur. Qeyd edilən əmlaka həbs qoyuldurdan sonra əmlaka qiymət qoyulması üçün "xxxx" MMC-dən qiymətləndirici dəvət olunmuşdur. "xxxx" MMC-nin mütəxissisləri tərəfindən ünvan 3 ünvanında yerləşən qeyri yaşayış binasının borclu Cavabdeh aid hissəyə 30000 min manat qiymət qoyulmuşdur. Bundan sonra 09.12.2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən qeyri yaşayış binası satılması üçün "xxxx" MMC-ə göndərilmişdir. Həmin əmlakın harrac vasitəsi ilə satılması mümkün olmamışdır. Bundan sonra ünvan 2 ünvanında yerləşən qeyri yaşayış binası borc qarşılığında ona təklif edilmiş və o, təklifi qəbul etmişdir. Gədəbəy Rayon Məhkəməsinin qərardadına əsasən Gədəbəy Rayon Məhkəməsinin 20.07.2020-ci il, 2(042)-523/2020 saylı qətnaməsinin icrası ilə əlaqədar borclu Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən qeyri yaşayış binasına qoyulmuş həbsin götürülməsi və onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Qərardad icra edilmiş və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmurlarının iştirakları ilə qeyri yaşayış obyekti boşaldılaraq, ona təhvil verilmişdir. Lakin cavabdeh həmin obyekti boşaltmamış və onun istifadəsinə maneələr yaratmışdır. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də ona göndərilmiş bildirişlər cavabdehin ünvanda qeydiyyatda olmaması qeydi ilə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri yaşayış binasının 139.6 kv.m hissəsi İddiaçı məxsusdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan səndləri araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə, ünvan 1 ünvanında mülkiyyət hüququ ilə İddiaçı məxsus sahəsi 139.6 kv.m olan qeyri yaşayış sahəsində Cavabdeh məxsus əşyalar var. Həmin əşyaların iddiaçıya məxsus obyektdə olması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin 139.60 kv.m sahə boşaldılaraq, İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı məhkəməyə müraciət edən zaman ödədiyi 10 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin 139.60 kv.m sahə boşaldılaraq, İddiaçı təhvil verilsin. Ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-906/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-906/2021
16.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver