Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-911/2021 29.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi X6 və cavabdeh X1 iştirakları ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 qarşı DƏDRX-nin Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 13.04.2021-ci il tarixli, ********** reyestr nömrəli çıxarışa əsasən, İddiaçı2 adına qeydə alınmış, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, ümumi sahəsi 138.40 kv.m olan qeyri-yaşayış binasının və DƏDRX-nin Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 13.04.2021-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 adına qeydiyyata alınmış ümumi sahəsi 0.0078 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının qarşısında cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 tərəfindən tikintisi aparılan darvazanın cavabdehlərin hesabına sökülməsi və həmin darvazanın məhkəmə qətnaməsi ilə nəzərdə tutulmuş əvvəlki yerində bərpa edilməsi, DƏDRX-nin Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 13.04.2021-ci il tarixli, ********** reyestr nömrəli çıxarışa əsasən İddiaçı2 adına qeydə alınmış, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, ümumi sahəsi 138.40 kv.m olan qeyri-yaşayış binasının cavabdehlərin yaşadığı evə gedən yol hissəsinə düşən iki ədəd pəncərisinin açılmasına Cavabdeh1, X4 və Cavabdeh2 tərəfindən yaradılan hər cür maneələrə qadağa qoyulması və həmin pəncərələrin qarşısını kəsən cavabdehlər tərəfindən çəkilmiş metal tor setkanın onların hesabına sökülməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak X5 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 13.04.2021-ci il tarixli, ********** reyestr nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, ümumi sahəsi 138.40 kv.m olan qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 0.01 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmışdır. Qeyri-yaşayış binası çayxana kimi fəaliyyət göstərir. Cavabdehlər Cavabdeh1 və X4 ona qarşı məhkəməyə müracət edərək, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, onlara məxsus olan evə və həyətyanı torpaq sahəsinə cavabdeh İddiaçı2 tərəfindən edilən cürbəcür qanunsuz təsirlərə qadağa qoyulması, yəni onlara məxsus olan evə və həyətyanı torpaq sahəsinə gedən yola onun tərəfindən edilən maneələrin aradan qaldırılması, aparlmış tikilinin evin həyətinə açılan pəncərəsinin bağlanması, ərazidə nəzərdə tutulmuş ümumi istifadədə olan tualetə onlara məxsus evin darvazasınının qarşısından gedən yolun bağlanması, aparılmış qanunsuz tikintinin sökülərək həmin tualetə gedən, əvvəllər mövcud olmuş yolun cavadehin hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, İddiaçı2 tərəfindən Cavabdeh1 və X2 məxsus həyətin darvazasının bərpa edilməsinə maneələrin yaradılması, yolun daralmasına səbəb olan hərəkətlərin edilməsi qadağan edilmiş, ictimai tualetə Cavabdeh1 və X2 məxsus həyət tərəfindən gedən yolun bağlanılması qət edilmişdir. Cavabdehlərin yaşadığı evə gedən avtomobil yolunun evə gediş istiqamətində sağ tərəfdə ona məxsus qeyri-yaşayış binası, sol tərəfdə isə digər İddiaçı1 məxsus qeyriyaşayış binası yerləşir. Məhkəmə qətnaməsi ilə bərpası nəzərdə tutulan darvaza həmin obyektlərdən təxminən, 20-25 metr məsafədə olmaqla aralıda yerləşir. Buna baxmayaraq, məhkəmə qətnaməsi çıxdıqdan sonra cavabdehlər qanunsuz olaraq həmin darvazını bərpa etmək əvəzinə, onlara məxsus obyektlərin qarşını kəsərək yeni darvaza yeri qoyub tikinti işi aparır. Bu isə onlara öz qeyri-yaşayış binalarından maneəsiz istifadə etmələrinə problemlər yaradır. Belə ki, cavabdehlərin yeni tikmək istədiyi darvaza onların obyektlərinə giriş-çıxışı məhdudlarşdırır. Bu isə onların mülkiyyət hüquqlarını kobud surətdə pozur. Cavabdehlərin ona qarşı obyektin cavabdehlərin evinin həyətinə açılan pəncərəsinin bağlanması barədə iddia qaldırsa da, Gədəbəy Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 2(042)-44/2021 saylı qətnaməsi ilə iddia tələbi bu hissədə rədd edilmişdir. Lakin cavabdehlər onun pəncərəsini sındırmış və ona maddi ziyan vurmuşlar. Bu hadisədən sonra o, pəncərəini bağlatmışdır. Hazırda cavabdehlər ona həmin pəncərəni açmağa imkan vermir. Eləcə də pəncərlərin qarşısından avtomobil yoluna metal tor, çəkərək pəncərələrimi qarşısını tamamilə kəsir. Ona görə də iddia tələblərinin təmin edilməsini xahiş edir. İddiaçı1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh X3 məhkəmə iclasında iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, məhkəmə qətnaməsi ilə İddiaçı2 tərəfindən Cavabdeh1 və X2 məxsus həyətin darvazasının bərpa edilməsinə maneələrin yaradılması, yolun daralmasına səbəb olan hərəkətlərin edilməsi qadağan edilmiş, ictimai tualetə Cavabdeh1 və X2 məxsus həyət tərəfindən gedən yolun bağlanılması qət edilmişdir. O, məhkəmə qətnaməsində göstərilən tələblərdən kənara çıxmamaqla həyətinə darvaza qoymaq niyyətindədir. Bundan başqa o, iddiaçılara məxsus yolu bağlamamış və pəncərələri sındırmamışdır. İddiaçılardan İddiaçı1 məhkəmə iclaslarında iştirak etməmiş, aralarında olan söhbət zamanı bildirmişdir ki, onun heç bir tələbi yoxdur. Ona görə də iddia tələblərinin təmin edilməməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə işdə iştirak etməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş üzrə yerində müayinə keçirilmiş, müəyyən edilmişdir ki, cavabdeh tərəfindən mübahisəli ərazidə əvvəlki yerindən kənd yolu tərəfə 22 metr irəli çəkilməklə metal darvaza inşa edilmişdir. İddiaçı1 məxsus binanın hasarı ilə təxminən 1 metr məsafədə hündürlüyü təxminən 40-50 sm olan daş hasar inşa edilmişdir və iddiaçının qapı vasitəsilə giriş-çıxışı təmin edilmişdir. İddiaçı2 məxsus binanın iki ədəd pəncərəsinin yerləri var, lakin əhəng daşları ilə bağlanmışdır. Binadan 20-50 sm məsafədə metal tor çəkilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş darvazanın dayaq tumbasının kənarı ilə İddiaçı2 məxsus binanın divarı arasındakı məsafə təxminən 1.5 metrdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 2(042)-44/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı2 tərəfindən Cavabdeh1 və X2 məxsus həyətin darvazasının bərpa edilməsinə maneələrin yaradılması, yolun daralmasına səbəb olan hərəkətlərin edilməsnin qadağan edilməsi, ictimai tualetə Cavabdeh1 və X2 məxsus həyət tərəfindən gedən yolun bağlanılması qət edilmişdir. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, ümumi sahəsi 138.40 kv.m olan qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 0.01 ha torpaq sahəsinə 13.04.2021-ci il tarixdə İddiaçı2 mülkiyyət hüquqları qeydə alınmışdır. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, ümumi sahəsi 0.0078 ha torpaq sahəsinə 29.03.2011-ci il tarixdə İddiaçı1 mülkiyyət hüquqları qeydə alınmışdır Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhqiq edərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Beləliklə, iş üzrə yerində müayinə keçirilmiş, müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən mübahisəli ərazidə əvvəlki yerindən kənd yolu tərəfə 22 metr irəli çəkilməklə metal darvaza inşa edilmişdir. İddiaçı1 məxsus binanın hasarı ilə təxminən 1 metr məsafədə hündürlüyü təxminən 40-50 sm olan daş hasar inşa edilmişdir və onun qapı vasitəsilə giriş-çıxışı təmin edilmişdir. Digər İddiaçı2 məxsus binanın iki ədəd pəncərəsinin yerləri var, lakin əhəng daşları ilə bağlanmışdır. Binadan 20-50 sm məsafədə metal tor çəkilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş darvazanın dayaq tumbasının kənarı ilə İddiaçı2 məxsus binanın divarı arasındakı məsafə təxminən 1.5 metrdir. Yəni, cavabdehlər İddiaçı2 məxsus obyektin pəncərələrinin açılmasına maneələr yaratmaqla onun mülkiyyət hüquqlarının həyata keçirilməsini əhəmiyyətli dərəcədə pozur. Eyni zamanda, pəncərələrin açılması və metal torun sökülməsi cavabdehlərin hər hansı bir hüquqlarının pozulmasına səbəb ola bilməz. Ona görə də iddia tələbləri qismən təmin edilməli, İddiaçı2 məxsus binanın iki ədəd pəncərəsinin açılmasına yaradılan maneələrə qadağa qoyulmalı, metal tor sökülməlidir. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh1, X3 və Cavabdeh2 alınaraq, İddiaçı2 və İddiaçı1 verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Qət etdi: İddia tələbləri qismən təmin edilsin. İddiaçı2 məxsus binanın iki ədəd pəncərəsinin açılmasına Cavabdeh1, X3 və Cavabdeh2 tərəfindən yaradılan maneələrə qadağa qoyulsun və metal tor sökülsün. Ödənilmiş 10 manat dövlət rüsumu əvəzi Cavabdeh1, X3 və Cavabdeh2 alınaraq, İddiaçı2 verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-911/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-911/2021
29.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver