Məhkəmə qərarları › İş №2(042)-918/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-918/2020

28.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-918/2020 28.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Səyad qızına qarşı “ümumi mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, ümumi birgə mülkiyyətdə olan Gədəbəy rayon X6 xx xxxxx 2001-ci il tarixli 05 saylı qərarı ilə verilmiş, “Torpağa mülkiyyət hüququna dair” JN-06xx xxx 50526018 saylı Dövlət aktı ilə 1.91 ha pay torpaq sahəsinin və xx xxxxx 2001-ci il tarixli 05 saylı JN-528D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 0.30 ha həyətyanı torpaq sahəsinin ona düşən hissəsinin naturada ona düşən payın naturada bölünüb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, onlara Gədəbəy rayon X6 xx xxxxx 2001-ci il tarixli 05 saylı qərarı ilə“Torpağa mülkiyyət hüququna dair” JN-06xx xxx 50526018 saylı Dövlət aktı ilə 1.91 ha pay torpaq sahəsi və xx xxxxx 2001-ci il tarixli 05 saylı JN-528D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 0.30 ha həyətyanı torpaq sahəsini verilmişdir. Halhazırda o cavabdeh, həyat yoldaşı Cavabdeh1 ilə ayrı yaşayır. O, birgə mülkiyyətdə olan pay torpaq sahələrinin və həyətyanı torpaq sahələrinin ona düşən hissəsinin naturada bölünüb özünə təhvil verilməsini istəyir. O, öz adına çıxarış almaq üçün DƏDRX-nin 11 saylı X16 müraciət etsə də idarə tərəfindən ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də o birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1,Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Səyad qızına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayonu İHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 638 saylı arayışdan görünür ki, İddiaçı halhazırda Slavyanka kəndində yaşayır. İşdə olan Gədəbəy rayonu İHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 640 saylı arayışdan görünür ki, Əmiraslanova X3 qeydiyyatdadır, lakin hal-hazırda həmin kənddə yaşamır. İşdə olan Gədəbəy rayonu İHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 638 saylı arayışdan görünür ki, Əmiraslanova X1 qeydiyyatdadır, lakin hal-hazırda həmin kənddə yaşamır. İşdə olan Gədəbəy rayonu İHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 639 saylı arayışdan görünür ki, Əmiraslanov X2 qeydiyyatdadır, lakin hal-hazırda həmin kənddə yaşamır. İşdə olan Gədəbəy rayonu İHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 535 saylı arayışdan görünür ki, İddiaçı 02 saylı təsərrüfatbaşına kitabın 72-ci səhifəsinə əsasən Gədəbəy rayonu. Slavyanka kəndində qeydiyyatdadır və ailə üzvləri bunlardır: özü İddiaçı – 1965-ci il, əri Cavabdeh1 1964-cü il, qızı X10 – 1989-cu il, qızı Cavabdeh3 Səyad qızı – 1993-cü il, oğlu Cavabdeh2 – 1995-ci il, nəvəsi X13 – xx.xx.2015-ci il, nəvəsi X7 – xx.xx.2015-ci il, nəvəsi X15 xx.xx.2017-ci il. İşdə olan “Torpağa mülkiyyət hüququna dair” JN-06xx xxx 50526018 saylı Dövlət aktının surətindən görünür ki, Gədəbəy rayon X6 xx xxxxx 2001-ci il tarixli 05 saylı qərarı ilə Cavabdeh1, İddiaçı, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Səyad qızının birgə mülkiyyətinə Gədəbəy rayonu, Slavyanka kəndində 1.91 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-528D KOD 50526018 saylı şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon X6 xx xxxxx 2001-ci il tarixli 05 saylı qərarı ilə Cavabdeh1, İddiaçı, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Səyad qızının birgə mülkiyyətinə Gədəbəy rayonu, Slavyanka kəndində 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1, İddiaçı, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Səyad qızının birgə mülkiyyətinə Gədəbəy rayonu, Slavyanka kəndindəGədəbəy rayon X6 xx xxxxx 2001-ci il tarixli 05 saylı qərarı ilə“Torpağa mülkiyyət hüququna dair” JN-06xx xxx 50526018 saylı Dövlət aktı ilə 1.91 ha pay torpaq sahəsi və xx xxxxx 2001-ci il tarixli 05 saylı JN-528D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 0.30 ha həyətyanı torpaq sahəsini verilmişdir. İddiaçı cavabdeh, həyat yoldaşı Cavabdeh1 ilə ayrı yaşayır. İddiaçı birgə mülkiyyətdə olan pay torpaq sahələrinin və həyətyanı torpaq sahələrinin ona düşən hissəsinin naturada bölünüb özünə təhvil verilməsini istəyir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MM-nin 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin: 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə qeyd olunan hüquq normaları baxımından qeyd edir ki, Cavabdeh1, İddiaçı, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Səyad qızının birgə mülkiyyətində olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşənGədəbəy rayon X6 xx xxxxx 2001-ci il tarixli 05 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN-06xx xxx 50526018 saylı Dövlət aktı ilə verilmiş 1.91 ha pay torpaq sahəsi və xx xxxxx 2001-ci il tarixli 05 saylı JN- 528D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə verilmiş 0.30 ha həyətyanı torpaq sahəsinin naturada bölünməsini tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. Gədəbəy rayon X6 xx xxxxx 2001-ci il tarixli 05 saylı qərarı ilə“Torpağa mülkiyyət hüququna dair” JN-06xx xxx 50526018 saylı Dövlət aktı ilə Cavabdeh1, İddiaçı, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Səyad qızının birgə mülkiyyətinə verilmiş Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 1.91 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi vəGədəbəy rayon X6 xx xxxxx 2001-ci il tarixli 05 saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-528D KOD 50526018 saylı şəhadətnamə ilə Cavabdeh1, İddiaçı, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Səyad qızının birgə mülkiyyətinə verilmiş həmin kənddə yerləşən 0.30 ha həyətyanı torpaq sahəsi İddiaçı 1/5 (beşdə bir) hissədə payı müəyyən edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumunun əvəzi cavabdeh X4 alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar