Məhkəmə qərarları › İş №2(042)-980/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-980/2024

02.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-980/2024 02.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə iddiaçılar İddiaçı1,İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı sənədin şəxslərə məxsus olması və əmlakın naturada bölünməsi tələblərinə dair iddia ərizəsinə və əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı1,İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı JN-182 A KOD 50518018 nömrəli şəhadətnamənin onlara məxsus olmasının müəyyən edilməsi və əmlakın naturada bölunməsi tələblərinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, iddiaçılar cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələblə müraciət etmiş, tələblərdən biri faktın müəyyən edilməsi ilə əlaqədar olduğu üçün xüsusi icraat qaydasında, digəri isə ümumi iddia icraatı qaydasında baxılmalıdır. Ona görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar