Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-983/2020 20.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, iddiaçı “xxxx” Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxx” Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 805 manat sığorta ödənişinin və 30,40 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “xxxx” Sığorta Şirkətinə ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məxsus “xxxx" ASC-də xx xxxxxx 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Renault Megane" markalı 21BH455 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxxxx 2020-ci il tarixdə saat 11.00-da Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan "VAZ-21154" markalı 20DH173 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Gəncə şəhəri DYPŞ-nin qərarı ilə ilə Cavabdeh1 qeyd olunan yol- nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan (etibarnamə xx xxxxxx 2020-ci il tarixdə saat 11.30-da qeydə alınmışdır) idarə etmişdir. İddiaçı tərəfindən zərərçəkənin avtomobilinin zədələnməsi əlaqədar 805 manat məbləğində sığorta ödənişi verilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, hadisə baş verdiyi gün səhər saatlarında etibarnamə almaq üçün Gədəbəy Rayon Notariat Ofisinə müraciət etmiş, lakin sistem işləmədiyi üçün etibatnaməni ala bilməmişdir. Bundan sonra onun mobil telefonuna zəng edilmiş, Gəncə şəhəri, Abbas Səhhət xəstəxanasında yaxın qohumlarının əməliyyat olunması bildirilmişdir. Onlar sənədləri Gədəbəy Rayon Notariat Ofisində saxlayaraq, Gəncə şəhərinə getmişlər. Yaxın qohumları əməliyyat olunduğu üçün avtomobili yüksək sürətlə idarə etmişlər və xəstəxanaya çatarkən hadisə baş vermişdir. Hadisə zamanı Cavabdeh1 ilə eyni avtomobildə olmuş, yəni etibar edən şəxs onun yanında olan zaman etibarnamənin olmasına ehtiyac olmamışdır. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında eyniməzmunlu izahat vermişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan İcbari Sığorta Müqaviləsinə Dair Məlumatdan görünür görünür ki, “xxxx" ASC-də xx xxxxxx 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Renault Megane" markalı 21BH455 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxxxx 2020-ci il tarixdə saat 11.00-da Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan "VAZ-21154" markalı 20DH173 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. İşdə olan sığorta ödənişi ilə bağlı Aktın surətindən görünür ki, X1 avtomobilinə dəyən zərər görə “xxxx” Sığorta Şirkəti 805 manat sığorta ödənişi həyata keçirmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə şəhər, DYPŞ-nin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə yazılmışdır. İşdə olan etibarnamədən görünür ki, Alıyev X3 Əli Afiz oğluna xx.xx.2020-ci il tarixdə etibarnamə vermişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehlərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 881.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər . Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Azərbaycan Respublikası İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus “xxxx" ASC-də xx xxxxxx 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Renault Megane" markalı 21BH455 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxxxx 2020-ci il tarixdə saat 11.00-da Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan "VAZ-21154" markalı 20DH173 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Gəncə şəhəri DYPŞ-nin qərarı ilə ilə Cavabdeh1 qeyd olunan yol- nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi əlaqədar 805 manat məbləğində sığorta ödənişi verilmişdir. Hadisə zamanı avtomobilin sahibi avtomobili idarə edən yanında olmuş, yəni, Cavabdeh2 avtomobili idarə etmək üçün etibarnaməsinin olması zərurəti olmamışdır. Bununla belə işə əlavə edilmiş etibarnamənin surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh2 tərəfindən Cavabdeh1 müvafiq etibarnamə verilmişdir. İddiaçı cavabdehlərə qarşı subroqasiya hüququnun olmasını bildirsə də nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, cavabdehlərə qarşı subroqasiya hüququnun olmasını sübut etməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-983/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-983/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver