Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1005/2021 22.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul vəsaitinin tutulması» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdi: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1569 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini öyrənərkən müəyyən edilmişdir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmiş, iddia ərizəsini imzalayan şəxsin səlahiyyətini təsdiq edən sənəd əlavə edilməmişdir. İddia ərizəsində qeyd olunmuşdur ki, cavabdeh xx.xx.2013-cü il tarixdə Gəncə şəhəri H.Əliyev prospektində idarə etdiyi “VAZ 21214” markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək “Hyundai Elantra” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə 1569 manat dəyərində maddi ziyan dəymişdir. Cavabdeh həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası İXM-in 152.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. “Hyundai Elantra” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də “avtokasko” sığorta növü üzrə sığortalandığından dəymiş zərər “xxxx” ASC tərəfindən zərərçəkənin bank hesabına ödənilmişdir. görə sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxsə 1935 manat sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçı öz tələbinin hansı faktiki əsasa söykəndiyini göstərməmişdir. İddia ərizəsində iddiaçının tələbinin əsasları, yəni onun məhz hansı əsasa istinad edərək “xxxx” ASC tərəfindən zərərçəkmiş şəxsə ödənilmiş sığorta məbləğini subroqasiya qaydasında cavabdehdən tələb etməsi öz əksini tapmamışdır. Digər tərəfdən iddia ərizəsi “xxxx” ASC-nin Hüquq və Sığorta hadisələri Xidmətinin hüquqşünası Xudiyev Şəfahət tərəfindən imzalansa da onun səlahiyyətini təsdiq edən sənəd kimi “xxxx” ASC-nin İdarə heyətinin sədri tərəfindən verilmiş imza hüququnun verilməsinə dair sərəncamın kserosurəti ərizəyə əlavə edilmişdir. Həmin kserosurətə “əsli ilə düzdür” ştampı vurulmuşdur. Məhkəmə qeyd edir ki, bu sərəncam lazımi qaydada səlahiyyətin verilməsini təsdiq edən sənəd hesab edilə bilməz. MPM-in 89.3-cü maddəsinə uyğun olaraq sənədin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti iddia ərizəsinə əlavə olunmalıdır. Hüquqi şəxs tərəfindən verilən etibarnamə səlahiyyətli şəxs tərəfindən imzalanmalı və hüquqi şəxsin möhürü ilə təsdiq edilməlidir. Kserosurət sənəddəki imza və möhürün həqiqiliyini müəyyən etmək mümkün olmadığından belə sənəd səlahiyyətin verilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul vəsaitinin tutulması» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1005/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1005/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver